Yaddan çıxan olmadı…

1Öncədən də verdiyimiz kimi azarkeşlərin irad və təklifləri həmçinin istək və arzuları “Xəzər Lənkəran“ klubunun ofisində dekabrın 26-da baş tutan görüşdə klub rəhbərliyinə çatdırıldı. Qeyd edək ki, dekabrın 24-dən etibarən iki gün müddətində saytımızda azarkeşlərin fikir bildirmələri üçün şərait yaradılmışdı. Həmin müddətdə 2000-dən çox oxunan yazıya ümumilikdə 70-dən yuxarı azarkeş şərhləri gəlmişdi. “12-ci oyunçu” azarkeş qrupu ənənəsinə sadiq qalaraq bu dəfə də klub rəhbərliyi ilə görüşdə məhz ümumi azarkeş fikirlərini təmsil edən mövqeni ortaya qoydu. Beləki, saytımızda yer alan azarkeş fikirlərinin əsasında ümumiləşdirilmiş 18-bənddən ibarət sənəd klub rəhbərliyinə təqdim olundu. Həmin sənəddə “Xəzər Lənkəran” komandasına qarşıdakı qış transferində daha səviyyəli futbolçuların gətirilməsi və onlarla uzun müddətli müqavilələrin imzalanması, komandanın baş məşqçisi Karles Bakesin işinə klub rəhbərliyi tərəfindən hər hansı müdaxilənin yolverilməzliyi və əksinə ona dəstək olmanın məqsədəuyğun sayılması, stadionun meydançasında ot örtüyünün bərbad vəziyyətdə olması, klubun aşağı yaş qruplarındakı kifayət qədər olan problemlər və futbol akademiyasının yaradılmasının vacibliyi önə çəkilmişdi. Sənəddə həmçinin idman mətbuatının baş məşqçiyə qarşı başlayan hücumların və təzyiqlərin indidən qarşısının alınmasında klub azarkeş birliyinə nail olmaq, Lənkəranda keçirilən oyunlarda stadiona giriş və çıxışlarda yaradılan süni problemlər, əvəzedici heyətin üzvlərinin əsas heyətlə birgə ölkə xaricində keçirilən təlim-məşq toplantısına aparılması və s. məsələlər qabardılmışdır.

Klub tərəfindən görüşə qatılan vitse-prezident təqdim olunan 18-bəndlik sənədi diqqətlə izləyərək bəzi məaqmlarla bağlı münasibət bildirdi. Klub rəsmisi təqdim etdiyimiz sənəddə yer alan bir çox məsələlərin də öz həllini tapacağına görüş iştirakçılarını əmin etməyə çalışdı.

Beləliklə biz “12-ci oyunçu” azarkeş qrupu olaraq üzərimizə düşəni edərək azarkeş fikirlərini klub rəhbərliyinə çatdırdıq. İnanmaq istərdik ki, klub rəhbərliyi azarkeşlərin istəklərini və iradlarını eləcə də maraqlı tkliflərini nəzərə alacaq və bundan da bütün camiəmiz qazanacaq.

45 thoughts on “Yaddan çıxan olmadı…

  • 28 Dekabr 2012 at 03:53
    Permalink

    Düzü, 1-ci görüşdə olduğu kimi, bu görüşdən də radikal bir nəticə gözləmirdim. Azarkeş sual verəndə fikirləşirdi ki, görüş təşəbbüsçüləri sualları bir yerə yığıb, qruplaşdıraraq görüşdə səsləndirəcək və müvafik olaraq bu suallara ardıcıllıqla cavab alacaq. Çünki azarkeş maksimalistdir, ona cavab dərhal və bütöv həcmdə lazımdır. Biz isə nəyin şahidi oluruq, sualları verən böyük bir azarkeş qrupu, cavabı alan isə azarkeşləri təmsil edən bir qrup (düzdür, ən layiqləri) mütəxəssis, jurnalist və azarkeş olur. Sonra isə, admin işin etik tərəfini nəzərə alaraq (reallıq budur) görüşdə səslənən cavabları porsiyalar ilə bizə çatdırır və beləliklə azarkeşi intizarda qalmağa məcbur edirlər. Azarkeşi ən çox maraqlandıran məsələlərdən biri İslam Cabbarlının stadiondan uzaqlaşdırılması məsələsidir. İslam müəllimin buna olan münasibəti artıq bizə çoxdan məlumdur, odur ki, bu haqda ona sual verməyi yersiz bilirəm. Görüşün nəticələrindən belə məlum olur ki, mövcud rəhbərlik durumunda İslam müəllim heç vaxt stadiona ayaq basmayacaq. Fikrimi aydınlaşdırım: Görüş iştirakçısı doktor Mirhafizin açıqlamasından belə məlum olur ki, rəhbərliyin (hər halda Tuyğun Nadirovun) İslam Cabbarlıya olan münasibəti çox pozitivdir və bunu, onun görüşdə iştirak etməsi bir daha sübut edir və məsələ elə aydındır ki, bu haqqda danışmağa dəyməz. Çox gözəl, Arkadi Raykin demişkən, biz bir birimizə hörmət edirik, deməli biz hörmətli adamlarıq. Bu məsələnin bir tərəfi, digər tərəfdən İslam müəllimin mövqeyi bizə məlumdur, bu isə ondan ibarətdir ki, stadiona girişə qadağa qoyan Mais Mənsimovdur və yalnız o, qadağanı ləğv etməli və stadiona girişə icazə verməlidir, və yalnız bu baş verərsə, onda İslam Cabbarlı stadiona qədəm basacaq. Mənim fikrimcə, təəssüf ki, Mais Mənsimov heç vaxt bu addımı atmayacaq, və beləliklə doktor Mirhafizin sözünə qayıtsaq, doğrudan da hər şey gün kimi aydındır. Söhbət əgər adi bir azarkeşdən və ya fanatdan getsəydi, yəqin ki, biz bu qədər narahat olmazdıq, məsələ bundadır ki, söhbət klub ilə azarkeş arasında böyük nüfuza malik olan sayt rəhbərindən gedir, hansı ki, çoxdan azarkeşlərin rəğbətini qazanıb və onların qəlbində özünə yer tapıb. Bəzən hətda absurd bir olayın şahidi oluruq, -azarkeş sual verir, admin isə obyektiv səbəblərə görə cavab verə bilmir, çünki faktiki olaraq onun klub ilə əlaqəsinə qadağa qoyulub. Düzdü, klubda və stadionda informasiya toplamaq üçün onun köməkçiləri var, ancaq bu tamam başqa şeydi. Beləliklə, aldığım informasiya və müşahidələr sayəsində baş verən hadisələrə qiymət verməyə çalışdım, ola bilsin fikirlərim subyektivdir, hər halda reallıq budur.
    Hörmətlə, “Xəzər Lənkəran” aşiqi Fərhad Nəsirov.

    Reply
  • 27 Dekabr 2012 at 23:56
    Permalink

    Esas adam tapmaqdi kifayet qeder gerek azerkew olsun…….. siz ne duwunursuz sizin fikirleriniz cox maraqlidi
    ***
    Mənim bu mövzuda nəsə yazmağım bəlkə də yersiz olardı. Çünki bu sayt istifadəçilərinin özünə aiddir. “12-ci oyunçu” bir azarkeş qrupudur. Azarkeş qrupunda saytı izləməyə bu və ya digər səbəbdən imkanı olmayan azarkeşlərimiz də daxildirlər.

    Reply
  • 27 Dekabr 2012 at 23:08
    Permalink

    Islam bey ne qerara geldiz
    ***
    Saytda bir yazı vermək olar amma hələ tezdir. Bunun üçün hələlik ümzakirələri davam etdirmək yaxşı olardı.

    Reply
  • 27 Dekabr 2012 at 22:58
    Permalink

    Caya teref dedikde diger fan klubla uz be uz….. Islam bey siz bawliq duzeldin yoxsa bele coxlari bizim fikirimizden bi xeberdiler

    Reply
  • 27 Dekabr 2012 at 22:58
    Permalink

    PRESIDENT MIRCEA REDNIK THE VICTORIES YOU DESERVE…. SEN HEQIQETEN LAYIQSEN BU QELEBELERE……GOD LUCK YEAR

    Reply
  • 27 Dekabr 2012 at 22:40
    Permalink

    meslehet gormezdim caya teref sektri..en yaxwisi fanatlarla uzbeuz sektorlardan birinde yer almayimiz yaxwi olar.admin qardawim…hemde oyunu rahat gormey olur
    ***
    Bu mövzuda müzakirələri davam etdirərək sonda nəhayət lazımi qərarı da vermək olar.

    Reply
  • 27 Dekabr 2012 at 22:21
    Permalink

    Admin mence vipin caya teref sektoru en yaxwi yerdi hemde bize levazimatlar lazimdi
    ***
    Bu ilk təklifdir. Görək daha nə təkliflər olacaq.

    Reply
  • 27 Dekabr 2012 at 22:12
    Permalink

    Gəlin 12-cu sektoru təyin edək

    Reply
    • 27 Dekabr 2012 at 22:21
      Permalink

      siz deyin hara qelek ? oyuna kimi hele var amma indiden mueyen elemek pis olmazdi 

      Reply
      • 27 Dekabr 2012 at 22:37
        Permalink

        Dadaw qoy buna islam bey qerar versin her halda onun bu iwde tecrubesi var

        Reply
    • 27 Dekabr 2012 at 22:25
      Permalink

      Namik en yaxwisi kim bu fikirle razidir yazsin sonra vaxt teyin edib goruwek ve bir yerde sohbet edek

      Reply
    • 27 Dekabr 2012 at 22:52
      Permalink

      Aleykum Salam Namik. Tounkarayla Eder Bonfim olabilerki Azerbaycan seviyyesinde ugurlu transfer sayilsin. Ancaq men onlarla ireli getmeyin mumkun oldugunu dusunmurem. Konkret olaraq Tounkaranin ferdi oyunu hecde pis alinmir, amma komanda oyununda catdirmir. Bezen ele epizodlar oluru oturme edeceyi halda komanda yoldasi reqib qapiciyla tekbetek qalabiler, Tounkara ise tek oynamaga daha cox ustunluk verirki neticede topitkisine yol verir. Edere geldikde ise, sanki Eder daha futbol oynamaq istemir. Fiziki cehetden catdirmamagi biryana, ustelik hevessiz oynayir. Eger biz ireli getmek isteyirikse, daima ireli getmek isteyen oyunculardan istifade etmeliyik (yaxsi menada). Tesevvur edin qayiqda 11 nefer eylesib heresininde elinde bir kurek. 1nefer istiqameti mueyyenlesdirir, 5-i sol terefde avar cekir – 5-i sag terefde. Hedefe tez gedib catmaq ucun hamisinin eyni vaxtda kurek cekmeyi mutleqdir. Burda herhansi bir axsama olarsa istiqamet itecek ve neticede hedefe catmaq ucun daha cox vaxt serf edilmis olunar. Mence daha heckimde sebr qalmayib. Artiq avropaya cixmagin zamanidir. Axi nevaxta kimi Azerbaycan brinciliyi ucun yarismaliyiq. Xezere daha seviyyeli oyuncular devet olunmalidir. Diqqetinize gore minnetdaram.

      Reply
  • 27 Dekabr 2012 at 22:06
    Permalink

    Onda herekete bawlamaq lazimdi admin bunu etmek ucun ne etmek lazimdi siz yaxwi bilersiz
    ***
    Ən yaxşısı elə bunu müzakirə etmək yaxşıdır. Hamı öz fikrini deyər və nəticədə orta məxrəc alınar.

    Reply
  • 27 Dekabr 2012 at 21:43
    Permalink

    Admin qabaq 12 ci oyuncu fan klubu vardi indi ise yox gelsene belebir fan klub yaradaq nece fikirdi
    ***
    Düzdür əvvəllər var idi. Amma 2009-cu ildən etibarən “12-ci oyunçu” fan klubu kimi fəaliyyətini dayandıraraq azarkeş qrupu formasında fəaliyyət göstərməyə başlayıb. İnanmıram ki, biz bir daha fan klub kimi fəaliyyət göstərək.

    Reply

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir