Xaqani Məmmədov cavab ver!

1004Mayın 28-də keçirilən finaldan bir neçə gün ötdü. Oyun sonrası baş verənlər  kifayət qədər müzakirələrə səbəb olmuşdur. Oyun sonrası penalti seriyasında “Neftçi”nin qapıçısı Saşa Stamenkoviçin meymunsayağı hərəkətləri ətrafında da az fikirlər deyilməyib. Amma penaltilərin yerinə yetirilməsindəki qayda pozuntuları tamamilə diqqətdən yayınıb. Beləliklə, buna diqqət yetirək:

Serbiyalı uzun boylu şimpanze  penalti zərbələri vurularkən futbol qaydalarını kobud şəkildə pozmuşdur. Topu Sialmasa çırpmaqla və daha sonra onun qarşısında meymunluq etmək bir yana, penalti yerinə yetirilərkən Stamenkoviç futbolun sadə qaydalarına belə riayət etməyib. Beləki, penalti zərbəsi yerinə yetirilərkən o qapı xəttindən xeyli irəlidə olub. Amma bu o biri penaltilərdə də təkrarlandığından Azərbaycan kubokunun finalında “Neftçi”nin bu yolla, yəni qaydalardan kənar formada qələbə qazanmasına görə oyunun hakimlər briqadası başda baş hakim Əliyar Ağayev və nəhayət bu hakimləri finala təyin edən AFFA hakimlər komitəsi məsuliyyət daşıyır.

Müqayisə üçün aşağıda iki video görüntü təqdim olunur. Bizim iddiamızın düzlüyünə özünüz qərar verin. Futbolun inkişafını həqiqi mənada düşünən ölkələrdə keçirilən futbol oyunlarında penalti zərbələri zamanı qapıçı irəli çıxdığında penalti təkrarlanır. Növbəti dəfə belə hal olduqda bir daha təkrar yerinə yetirilir və qapıçıya sarı vərəqə göstərilir. Azərbaycan kubokunun finalında futbol qaydalarına riayət olunsaydı o zaman meymunluq etdiyinə görə Stamenkoviç birinci, penalti zərbələri vurulduqda dəfələrlə irəli çıxdığına görə ikinci sarını və ardıyca qırmızı vərəqə almalı idi. Daha bir müqayisə, Toni Doblas bütün penaltilərdə qaydalara uyğun olaraq qapı xəttinin üzərində qalmışdı.

Xaqani Məmmədov cavab ver, indi nə deyəcəksən? 

http://www.youtube.com/watch?v=aT_HAX8rQTY
http://www.youtube.com/watch?v=lRSJbr0Vrjo

8 thoughts on “Xaqani Məmmədov cavab ver!

  • 01 İyun 2013 at 22:47
    Permalink

    ela muqayisedi,ancaq bu qayda qanunun bizim olkede olanda,biz artiq gozumuze eynek vurub,esanan gezerik.

    Reply
  • 01 İyun 2013 at 16:02
    Permalink

    salam admin men diqqeti bir epizoda cekmek istirem…..sialmas topla uc dord oyuncunu kecir onu yixirlar..hakim cerime verir rewad sadiqov yaxinlawib hakimin sinesinden yumruqla vurur..hakim ona hec bir vereqe zad vermir..oyunun yazisi varsa o epizodu gundeme getirin

    Reply
  • 01 İyun 2013 at 15:45
    Permalink

    ………………….
    ***
    Diqqətli olduğunuz üçün təşəkkür edirəm.

    Reply
  • 01 İyun 2013 at 15:04
    Permalink

    İslam muellim salam.Her vaxtiniz xeyirli olsun.
    Bunlar bizlerin eseblerini tarima cekib.Sizin qoydugunuz videonu izledim super.Halaldir size.Men youtube da Idman Azerbaycanin cekilishine baxdim orada sizin dediyiniz meqam daha aydin gorunur.videonun 7:45 e zehmet olmasa baxin.
    ***
    Təşəkkürlər.

    Reply
  • 01 İyun 2013 at 12:54
    Permalink

    Əla bir faktın ortaya çıxarmısınız .Nftçi kulubu özü Azərbaycan futbolunun cəriməsidi .Qirmızıi vərəqəlik .!! Yəqin nə demək istədiyim anlaşəlar

    Reply
  • 01 İyun 2013 at 12:41
    Permalink

    ……………….
    ***
    Təəssüf ki, biz onlara heç nə deyə bilmərik. Özləri bilərlər. Biz müstəqil şəkildə azarkeş saytı olaraq öz işimizdəyik.

    Reply
  • 01 İyun 2013 at 12:27
    Permalink

    Sizə halaldı, İslam müəllim,sən demə bizim hakimlərimiz futbolun adi qaydalarından xəbərsizmiş…Artıq Neftçi rəsmiləri mətbuatı əlinə alır.Dünən gecə saatlarında “futbol11.az”da Güloğlan Cabbarov haqda bir şok məlumat getdi.Arada heç 15 dəqiqə keçmədi ki, həmin xəbər ümumiyyətlə həmin saytdan yığışdırıldı.

    Reply
  • 01 İyun 2013 at 11:56
    Permalink

    Əhsən, İslam müəllim, əla müqayisədir.Bu videoları hər yerdə yaymaq lazımdır.İRƏLİ!!!

    Reply

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir