“Xəzər Lənkəran”ın oyunu ekranlardan kənarda qaldı

Premyer Liqanın XI turu çərçivəsində sabah, oktyabrın 31-də “Xəzər Lənkəran” komandası “Sumqayıt” klubunun qonağı olacaq. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda saat 15:00-da start götürəcək qarşılaşma heç bir kanal vasitəsi ilə yayımlanmayacaq. Belədə isə yalnız   “Sumqayıt” klubunun rəsmi saytı vasitəsi ilə təqdim oluna biləcək yayıma ümid etmək qalır. BURADAN İZLƏ.

Bu arada PFL-in rəsmi saytının yaydığı məlumata görə “Sumqayıt” – “Xəzər Lənkəran” oyununu Əliyar Ağayevin başçılıq etdiyi hakimlər briqadası idarə edəcək. Baş hakimə laysmanlar Mehman Mahmudov, Namiq Hüseynov və dördüncü hakim Fərid Məmmədov yardım edəcəklər.

Xatırladaq ki, “Xəzər Lənkəran” komandası ehtiyatında bir oyun olmaqla 12-xalla turnir cədvəlinin 8-ci pilləsində yer alıb, meydan sahibi olan “Gənclik şəhəri”nin klubu isə 11-xalla 9-cu pillədə qərarlaşıb.

3 thoughts on ““Xəzər Lənkəran”ın oyunu ekranlardan kənarda qaldı

  • 30 Oktyabr 2012 at 19:01
    Permalink

    Admin axşaminiz xeyir.Xəzərin ev oyunlari niyə yayimlanmayir
    ***
    Bu məsələ klubla PFL arasında olan məsələdir. Təbii ki, bizim nə klubla nə də PFL-lə bağlantımız olmadığından biz də sizin kimi məlumatsızıq.

    Reply
  • 30 Oktyabr 2012 at 18:34
    Permalink

    Admin xəbəriniz varmı yeni Şerlok Holms peyda olub ,Xəzərin saytını  təftiş edir , Gərək Tuyqun Nadirov ehtiyatli olsun ,Dedektiv Elçin Cəlilov təftişə başlayıb  bir az sonra Kulubun təftişinə başlayacaq .,İndi görsün neynir də ..?! Elçinə görüm-baxım etsin .Reklam pulu  sən  yamnmışsan ,Gör insanları nə hala salır ,Özün bir çarə et .bu binəvalara . 
    ***
    Biz kifayət qədər bu mövzuda fikirlərimizi vaxtında bildirmişik. Yeri gəlmişkən vəmin vaxtlarda biz klubun rəsmi saytını yerində və haqlı olaraq tənqid etdiyimizdə o vaxtıar klubdan reklam paralarını alanlar bizə qarşı böyük kampaniyaya başlamışdılar. İndi onlarla birləşən Vidadidir ya bilmirəm Vidadioğludur kimdir bizə qarşı böyük çirkin işlər aparırdı.

    Reply
  • 30 Oktyabr 2012 at 17:54
    Permalink

    Xəzərin oyunların deyəsən telekanallarımız göstərməyəcək  ikinci dövrənin   noyabrın ,4-də olan ilk oyunu  da canlıyayımla verilməyəcək .Amma ki ən maraqlı oyunlar da elə Xəzərin iştirakı ilə keçrilən oyunlardı 

    Reply

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir