“Xəzər Lənkəran”ın məşqində.

Hazırlığa yekun vuruldu.

“Xəzər Lənkəran” komandası martın 31-də saat 17:00-da “Fırtınalar Meydanı”nın yardımçı meydançasında axşam məşqinə çıxdı. Bu gün  məşqçilər korpusu futbolçuların fiziki hazırlıqlarına yekun vurub komandanın taktiki sxemlərlə oyunu üzərində çalışdılar. Müxtəlif kombinasiyaların üzərində çalışmalarla davam edən məşqdə üçtoxunuşlu, iki toxunuşlu və bir toxunuşlu ötürmələrin tətbiqi ilə iki tərəfli oyun da keçirildi. Komanda daxili ab-havanın yüksək olmasını və “Bakı” ilə oyun öncəsi futbolçuların qələbə ruhunda olmasını qeyd etmək də lazımdır. Elə məşqi izləyən və məşq sonrası futbolçularla foto şəkil çəkdirən azarkeşlər də futbolçulara qarşıdakı oyunun nə qədər əhəmiyyətli olmasından danışırdılar. Xatırladaq  ki, premyer liqanın XXV turu çərçivəsində aprelin 2-də saat 16:00-da “Bakı” klubu ilə qarşılaşacaq “Xəzər Lənkəran” komandası, aprelin 1-də səhər Bakıya yol düşəcək. Komandanın  təqribən saat 16:00-da paytaxta çatacağı gözlənilir ki, bundan az sonra da komandamız oyunun keçiriləcəyi T.Bəhrəmov stadionunda oyun öncəsi son məşqinə çıxacaq.

3 thoughts on ““Xəzər Lənkəran”ın məşqində.

  • 09 Mart 2015 at 22:28
    Permalink

    Yalniz Sizə aiddir və arxivdə qala bilər.
    …………………
    …………………
    …………………
    ***
    Görürsünüz o başdan ayağa nə qədər quş buraxır? Necə yəni “səninkimi ……”, yəni demək istəyir ki, biz……
    Nə isə.
    Deməli o danışığını və yazdığını bilən birisi deyilmiş. Onun yazdıqlarını oturub xırdlasaq o qədər səhv taparıq ki, gəl görəsən. Ona görə də onun başı ağrıyacaq, amma əsla bizlik deyil bu baş ağrıları. Elə sizlik də deyil. Gəlin daha bu mövzuda özümüzü yormayaq.

    Reply
    • 09 Mart 2015 at 22:42
      Permalink

      Tşk edirəm.Mənidə bu narahat edirdi deyə sakitliyə ustunluk verirəm hələlik.
      ***
      Deməli elə düz də edirsiz. Onda nə vaxt məsləhət bilsəniz, qəşəng mövzu olsa yazı göndərərsiz.

      Reply
      • 09 Mart 2015 at 22:45
        Permalink

        İnşallah.Hələlik yaya kimi səbr etməliyik.İstəyimizdən asili olmayaraq.

        Reply

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir