“Xəzər Lənkəran”ın məşqində.

Məşq sonra da trinajor…

”Xəzər Lənkəran” komandası martın 30-da saat 17:00-da “Fırtınalar Meydanı”nın birinci yardımçı meydançasında axşam məşqinə çıxdı. Hər günki heyyətə yalnız dünənki yoxlama oyununda meydana çıxan Elvin Beqiri əlavə olunmuşdu. Vobay Juliusun hələ dünəndən düşərədə olacağı bildirilsə də Afrikalı futbolçu gözə dəymədi. Aleks Pitsurkadan isə ümumiyyətlə heç xəbər yoxdur. Bu günki məşqin də özünə məxsusluğunu qeyd etməliyik. Beləki,bir neçə gün öncə keçirilən məşqlərdən fərqli olaraq bu gün daha çox futbolçuların fiziki dözümü üzərində qurulmuş  məşq prossesi əvvəlcə meydançada daha sonra isə trinajor zalında davam etdi. Komandanın bəzi futbolçuları isə Rednikin rəhbərliyi ilə sona qədər açıq havada davam edən hazırlıqda iştirak etdilər.

Onu da qeyd edək ki, məşqlə eyni vaxtda aşağı yaş qruplarına nəzarət edən klubun idman direktoru Fabian Veldviyk tabeçiliyində olanları bir araya yığaraq stadionun ərazisində toplantı keçirirmiş. Toplantıda konkret olaraq nəyin müzakirə olunduğu haqda bilgi əldə edə bilməsək də dünən keçirilən yoxlama oyununda əvəzedici heyyətin 0:7 hesablı məğlubiyyətinin və aşağı yaş qruplarında iş mexanizminin yenidən qurulması məsələlərinin müzakirə olunduğu güman edilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir