“Xəzər Lənkəran”ın məşqində

 Premyer Liqanın XXI turu çərçivəsində marrtın 3-də səfərdə “Sumqayıt“ klubu ilə qarşılaşacaq “Xəzər Lənkəran“ komandasının dünən, fevralın 26-də doğma şəhərə qayıtdığı barədə məlumat vermişdik. Beləliklə komandamız fevralın 26-da saat 16:00-da “Frtınalar meydanı”nın yardımçı meydançasında məşqə çıxdı. Güneyt Biçərin millinin baş məşqçisi Berti Foctsın dəvəti ilə Dubaya yollanması səbəbindən “Xəzər Lənkəran”ın məşqini məşqçilər Cem Yılmaz və Faik Vural keçdilər. Millinin heyətində olan futbolçulardan əlavə  yalnız Antonio Semedo hazırlıq prossesinə qatılmamışdı. Sonradan öyərənə bildik ki, Portuqaliyadan Türkiyəyə gedən futbolçumuz İstambul-Bakı reysi ilə ölkəmizə hələ dünən səhər saatlarında gəlməli olsa da təyyarəyə gecikdiyindən növbəti reysi gözləməli olub. Beləcə Semedonun bu günki məşqdə artıq komanda ilə birgə olacağı gözlənilir. “Qəbələ” ilə oyundan komandaya verilən sonra 3-günlük istirahətini vətənlərində keçirən digər futbolçularımız isə artıq qayıdıblar. Bunlar; Roberto Alviz, Elvin Beçiri, Katalin Doman və Stefan Batesdir.

Fevralın 26-da keçən məşq qısa sürdü. Məşqçilər bunu futbolçuların paytaxtdan yol gələndən sonra yorğun olmaları ilə əlaqələndirdilər. Hazırlıq prossesini 10-yaxın azarkeş izlədi. Əlavə edək ki, komandanın növbəti məşqi bu gün saat 16:00-da stadionun yardımçı meydançasında keçiriləcək.

13 thoughts on ““Xəzər Lənkəran”ın məşqində

  • 01 Mart 2012 at 20:47
    Permalink

    Admin  Xəzərin tarixində  bu məşqçilərdən ən qısa ən uzun ömürlüsü hansı olub ?
    ***
    İqor Ponamaryov 15-oyunda, Viktor Pasulko və Nazim Süleymanov isə 17-oyunda baş məşqçi kimi komandanı meydana çıxarıblar.

    Reply
  • 01 Mart 2012 at 11:43
    Permalink

    Bəs belə,  şeir yazırsınız. Admin ,niyə deyirsiniz, materyal yoxdu. Bəs bu nədi? Həm mənası, həm  ahəng qanunu yerli yerində. Şer çox xoşuma gəldi ,yazıb götürdüm.'” Sağlam  ruh” da yazdığlarınızdan görmək istərdim. Bu bir oxucunuzun arzusudur. Xoşunuza gəlməsə də, bir söz demək istəyirəm. Böyuk istedadınız və qəlbiniz var. Bunlar hə istedadı olan insanda olmur. Ele olur ki, görürsən savadlı yazıb hər bir ölçü yerində  amma qup qurudu. Ürək yoxdu. Ha oxuyursan, yapışmır insana. Amma bütün bunlar sizdə ola-ola istifadə etmirsiz ya da etmək istəmirsiz .Rayonuzda belkə də tanıyırlar bizdə tanımaq istərdik. Televiziyada at oynadanlardan, heç bir cəhətdə geri deyilsiniz , çoxda üstünsünüz.  

    Reply
  • 01 Mart 2012 at 02:35
    Permalink

    Admin bunu mene niye didiz basha dushmedimki
    ***
    Nəyi nəzərdə tutursunuz, şeri mi?

    Reply
    • 01 Mart 2012 at 02:45
      Permalink

      Admin mene qonderidiyiniz Xezerin meshqcileri hakda
      ***
      Mən heç vaxt sifarişlə şer yazmamışam. Ürəyimdən keçəndə yazıram. Baxın sizin üçün yazdım. “Xəzər Lənkəran”ın məşqçiləri haqqında belə demək mümüknüsə ayaqüstü yazılmış bu şerdə əslində böyük həqiqtlər yer alır. Saytımızın ən çılğın istfadəçisinin şərəfinə bir şer yazmaq olmazmı?

      Reply
      • 01 Mart 2012 at 02:51
        Permalink

        Admin cox saqolun minataram hakizi hec vaxt odiye bilmerem cox saqolun ne qeder disem azdi

        Reply
  • 28 Fevral 2012 at 17:49
    Permalink

    Şebnəm xanım, İnşalla bu il, tələbə adını qazanarsan. Bu xəbəri də 12ci oyunçu saytı vastəsi ilə bizlərə çatdırarsan. Sən cəsarətli qizsan, bəzi oğlanlarda olmayan cəsarətdən artıqdir. Bu məni sevindirir və təhsilində də belə inadkar olmağını arzulayiram. Çünki təhsil insan həyatı üçün ən önəmlisidir. Bir böyuk kimi  öz iradımı bildirmək istəyirəm. Başqalarının fikirlərinə hörmətlə yanaşmaği bilməlisən . Bizlərdə Kamranı çox sevirdik ta ki onun mənən  ikiləşdiyinə qədər. Onun milli komandaya Xəzərə verdiyi xeyirləri  bilirik, bunu danmıriq. Bu danılmazdır indi o tamailə başqalaşıb azərkeşlərin ondan soyumasını normal qarşılamalısanBunun səbəblərini sən də bilirsən. Ona görə Dadaşla işin olmasin onun sənin fanatliğınla işi yoxdur. Hamı fikirlərində azaddır.  O, öz fikrlərini yazir, sadiq Xəzər azərkeşi kimi və qərəzli deyil.  O çox səmimi oğlandır xətrinə dəymə. Sən onu acılama doğrusu bu məni çox pəjmürdə edir. Mənim Dadaşa boyuk hörmətim var .Allah ona kömək olsun! .Sənə isə uğurlar yolun açıq olsun!.

    Reply
  • 27 Fevral 2012 at 21:51
    Permalink

    salam admin bey sumqayit – xezer lenkeran oyununu canli vererler ya yox bilmirsiz ?
    ***
    Hələlik əlimizdə bu məlumatlar vardır. Bu məlumatlardan göründüyü kimi “Sumqayıt” “Xəzər Lənkəran” oyunu canlı yayımlanmayacaq.

    03.03.2012. 14:30 Futbol. Premyer- Liqa. “Bakı” – “İnter” ( Aztv)
    03.03.2012. 14:30 Futbol.Premyer- Liqa. “Qarabağ” – “Azal”. (İdman Azərbaycan)
    03.03.2012. 16:30 Futbol.Premyer- Liqa. “Rəvan” -“Qəbələ”.(İdman Azərbaycan)

    Reply
  • 27 Fevral 2012 at 17:25
    Permalink

    Mövzuya aid olmasa da, həmişə məni düşündürən və təssüf hissi yaradan bir məqamdan yazacam. Bilirsinizmi bizim cəmiyyətdə insan həyatına  biganəlik  çoxdur. İstər incəsənət, istərsə də idmanda öz şəxsi  həyatlarıni qurban verən insanlar biganəliyin güdazına gediblər. Bir neçə müğənni, olsun aktyor olsun heyatlarinin son günlərini yoxsulluq və tənhalıqda başa vurublar. İdman aləmində ,təkcə bir futbolçudan kiçik bir misal gətirəcəm. SSRİ dövründə,  yeganə  burunc medalçımız, ölümündən  sonra adı dillər əzbəri olan onun şərəfinə turnir keçirən qurumlar  Anatoli Banişevsknin necə vəziyyətdə dünyasini dəyişdiyini gözəl bilirdilər.  Bu insana kömək etmədilər. Onun həyat yoldaşı olmuş qadınin müsahibəsini oxumuşam, insanı dəhşət bürüyür. Bu biganəliyə görə alkaqola qurşanmışdı yazıq.  İnsana sağlığında qiymət vermək lazımdır. Fədai insanlar niyə fədai olurlar çünki onlar qəlbi  gördüyü işə sevgisi tükənməzdir. Ürəkdən gəldi yazdım .Şərhi oxuyanlar mənim nə demək istədiyimi başa düşəcəylərinə ümid edirəm.     

    Reply
  • 27 Fevral 2012 at 00:19
    Permalink

    Stefan Batesin mudafiede bize komeyi olacaqmi?

    Reply
    • 27 Fevral 2012 at 02:27
      Permalink

      xeyir olmuyacaq olari alib amma qene Piti arxada oynadir bu mehkci cox zeifdi Xezeri qara qunler cox qozleyir cox zeifdi Futbolcular fiziki meshq kecmir bu adam. o komandadan ne qozleyirsen?

      Reply
  • 27 Fevral 2012 at 00:08
    Permalink

    men saba qedecem Xezerin meshqine Shebnem qelirse qelsin orda olacam!
    ***
    Sizə yenə də $ebnem.KAMRANIN FANATI. nikli sayt istifadəçisindən mesaj var. Həmin mesajı təqdim edirik:

    $ebnem.KAMRANIN FANATI.
    Awksiz@kiz.com

    27.02.2012 at 18:20
    Dadaw bey men mewqe gelmeyecem.mewqlere tez-tez gelmemin ucbatindan derslerimden xeyli zeiflemiwem.awi ABITURIYYENTem.day gec-gec gelecem.ne vaxt gelesi olsam ureyini sixma senede diyecem.menede maraglidir ki,goresen Kamrani sevmiyen ozunden razi bu Dadaw bey kimdir ve nece oglandir,ozunden razi olmaga deyer ya yox.birdeki Kamran mewqde deyilse menim orda ne itim azib.çaliwacam ki,KAMRAN gelenden sonra mende gelim.sene yaxwi yol.ADMIN mumkunse bu werhi «xezer lenkeranin mewqinde»adli yazida Dadash beye cavab veresiniz.

    Reply
    • 01 Mart 2012 at 02:03
      Permalink

      Men ozumnen razi hec vaxt olmamisham! Kamraninda reqibi dorem o menim komandamin oyuncusudu
      ***
      Məxsusi olaraq sizin üçün indicə yazdım. Qeyd edim ki, elə belə köhnə xobbimin hesabına yazdım bunu və şəxsən sizin şərəfinizə də təqdim edirəm:

      Nazim Süleymanov:

      Komandanı yığmış idim bir təhər,
      Nə oldusa, işlər getdi tərsinə…
      Öz əlimlə mənə torba tikdilər,
      Qovladılar, baxmadılar fərqinə…

      Rasim Kara:

      Mən gələndə yaman gəldim buraya,
      Mahnı qoşub həsr etdilər tək mənə.
      Nə oldusa kimsə girdi araya…
      Qovladılar, baxmadılar fərqinə…

      Viktor Pasulko:

      Mən sevənəm intizamı əzəldən,
      Bunlar isə bilməyirlər nizam nə…
      Uduzmadım bircə oyun belə mən,
      Qovladılar, baxmadılar fərqinə…

      İqor Ponamryov:

      Altı ayı yola verdim yarımcan,
      Buralarda işləmək də təntənə…
      Tapşırıqla gəlmiş idim AFFA-dan,
      Qovladılar, baxmadılar fərqinə…

      Ağasəlim Mircavadov:

      Beş titulun dördünü mən almışam,
      “Qollu oyun”, “pullu oyun” fərqi nə ?
      Bayram edib sevindilər, güldülər…
      Qovladılar, baxmadılar fərqinə…

      Mirça Rednik:

      Sevdi məni azarkeşlər, sevindim…
      Xoş gəlmədi sevilməyim Raminə.
      Öyrədilmiş altı nəfər bir yetim…
      Qovladılar, baxmadılar fərqinə…

      Reply

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir