“Xəzər Lənkəran”ın 4-futbolçusu kənarda qaldı

Premyer Liqanın XI turu çərçivəsində bu gün keçiriləcək “Sumqayıt”la oyun öncəsi “Xəzər Lənkəran”ın komandası itkilərlə üzləşib. 12cioyuncu.info saytının əldə etdiyi məlumata görə zədəli Eder Bonfim və hələ də cəzalı durumda olan Elnur Allahverdiyevlə yanaşı, Rikardo Alviz və Ağabala Ramazanov da “Gənclər şəhəri”nin klubu ilə oyunda komandaya kömək edə bilməyəcəklər.  Bu barədə “Xəzər Lənkəran” komandasının baş məşqçisi Yunis Hüseynov özü xəbər verib. Beləki, dünən, oktyabrın 30-da “CTV” kanalının axşam efirində gedən “Stadion” verilişinə canlı telefon bağılantısı ilə qoşulan Hüseynov itkilərlə bağlı bunları deyib:

“Premyer Liqada zəif komanda yoxdur. “Sumqayıt”la da bizi ağır oyun gözləyir. İtkilərimiz də var. Zədəli Eder Bonfim, cəzalı Elnurdan savayı “Qarabağ”la oyunda sarı vərəqə ilə cəzalandırılaraq vərəqə limitini aşan Alviz də bir oyunluq cəzalı duruma düşüb. Ağabala Ramazanov isə əsgərlikdədir. Bu oyun üçün onu buraxmadılar. Beləliklə itkilərimiz bu dörd futbolçudan ibarətdir.”

Aparıcının “Sumqayıt”la oyun üçün “Xəzər Lənkəran”ın strat heyəti ilə bağlı verdiyi sualını cavablandırmaqdan yayınan Hüseynov, Dimitros Sialmasın start heyətdə yer alıb almayacağı ilə bağlı suala da konkret cavab verməyib: “Hər şey futbolçunun özündən asılıdır. Məşqlərdə hansı futbolçu daha çox əmzkarlıqla çalışırsa, özünü yaxşı tərəfdən göstərirsə onun da oyun zamanı meydana çıxması üçün şans yaranır”  

Verilişin qonağı, “Futbol+” qəzetinin bölgə müxbiri Hüseyn Cəbrayıloğlunun “Yünis müəllim siz hansı oyundan öncə inamlı görünürsünüzsə həmin oyunda da komanda uğur qazanır. Bu dəfə bəs  qələbəyə inamınız nə qədərdir?” sualına baş məşqçinin cavabı belə olub:

“Mən futbolçularıma inanıram. İnanıram ki, “Sumqayıt”la oyunda da futbolçularımın əzmkar mübarizəsi ilə qələbə qazanacağıq.”

6 thoughts on ““Xəzər Lənkəran”ın 4-futbolçusu kənarda qaldı

  • 31 Oktyabr 2012 at 15:30
    Permalink

    yunise bir sualim var: goresen bu subashic meshqlerde ne edir ki,hamidan yaxshi olur ve hemishe start heyyetinde yer alir?

    Reply
  • 31 Oktyabr 2012 at 11:19
    Permalink

    Afət bəy Rəğbət deyəndə ki, Allah rəhmət eləsin Rəğbət ölüb, hələ bir 40-ı da çoxdan çıxıb.

    Reply
  • 31 Oktyabr 2012 at 03:19
    Permalink

    admin neceki Agabala esgerdi .. indi 1,6 ay gozliyek yeni tapintiyi? ya oylara gelecek
    ***
    Yəqin bir yol tapıb həll edilər.

    Reply
    • 31 Oktyabr 2012 at 21:25
      Permalink

      deqiq hecne demek mumkun deil?

      Reply
  • 31 Oktyabr 2012 at 02:36
    Permalink

    Halaldi bizim Xezere!

    Reply
  • 31 Oktyabr 2012 at 01:14
    Permalink

    Azərkeşlərin rəğbətini qazanmaq üçün bu oyunu Yunis bəy mütləq böyük hesabla udmalıdır.

    Reply

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir