“Xəzər Lənkəran” Yunis Hüseynovla yollarını ayırdı

Bu gün Premyer Liqanın XI turu çərçivəsində baş tutan “Sumqayıt” – “Xəzər Lənkəran” oyunundan sonra Klubumuzun rəhbərliyi və baş məşqçi Yunis Hüseynovun iştirakı ilə iclas keçirilib. Toplantıda cari mövsüm çempionatının ilk dövrəsinin yekunlarına dair fikir mübadiləsi aparılıb, nəticələr müzakirə olunub. İclasın yekununda “Xəzər Lənkəran” Futbol Klubu və Yunis Hüseynov qarşılıqlı surətdə yollarını ayırmaq qərarına gəliblər. Klub rəhbərliyi Yunis müəllimə məhsuldar əməkdaşlığa görə minnətdarlığını bildirərək mütəxəssisə gələcək karyerasında uğurlar arzuladı.

 Həmçinin Klub rəhbərliyi tərəfindən qərara alınıb ki, yeni baş məşqçi təyin olunmayınca futbolçularımızın hazırlığı müvəqqəti əsasda tam olaraq baş məşqçinin köməkçiləri – intizam üzrə məşqçi Emin Quliyev və fiziki hazırlıq üzrə məşqçi Erik Roketa Kapillaya həvalə edilsin.

MƏNBƏ: lankaranfc.com

28 thoughts on ““Xəzər Lənkəran” Yunis Hüseynovla yollarını ayırdı

    • 02 Noyabr 2012 at 15:20
      Permalink

      ele yaxsidir qoy gelsin burdakilerden hekne kxmaz IMZA C.RONALDO

      Reply
  • 01 Noyabr 2012 at 21:06
    Permalink

    Admin eşitdim Xəzərə baş məşqci lazimdir duzdur? imkan olsaydi məndə bir iki ay Xəzərdə məşqci işləyərdim.İmkan varda nə qədər Tuyqun ordadi Lənkəranda hər kəsə mərşqci işləməyə vaxt catar.Admin əsəbdən belə yazdim.Axşaminiz xeyir!

    Reply
  • 01 Noyabr 2012 at 18:14
    Permalink

    mence yunis gozel futbol oynadan ve hucum futboluna ustunluk veren mewqcidi.bu heyetle kim olur olsun xeyri yoxdur.komandada reqabet yoxdur.11 lik gucle qurulur.zedelenen ve zezali oyuncunu evez edecek oyuncu yoxdur.rehberlik xususende tuyqun istefa vermese xezer bu gunde olacaq.yunisin istediyi3-4 oyuncu alsaydilar tam bawqa xezer  olardi.neise kecdi getdi.lenkerana ele mewqci lazimdirki bu rehberliyden cekinmesin.mence xarixi mewqci indi bu veziyyetde hecne ede bilmez.qurban qurbanov gelse ela olar.esil barselona tipli futbol oynadirki buda lenkeran camaatinin esil istediyin usuldu.azerkewlerimiz gozel futbol terefdaridi.yoxsa vur qabaqa.deli bir top girsin otursunlar mudafieye hesab qorumaqa bu xezer lenkerana yarawmir.qurbani getirib imkan versinler gorsunler ne gozel futbol oynayan komanda yaradir

    Reply
  • 01 Noyabr 2012 at 17:36
    Permalink

    Komnadaya Rednikə bərabər məşqçi gətirməlidir ,Elə bir məşqçi gəlməlidir ki , ilk tələbi  rəhbərlikdən, onun işinə qarışmamağı şərt qoymalıdır .Əks halda könə hamam ,köhnə tas olacaq .

    Reply
  • 01 Noyabr 2012 at 16:33
    Permalink

    ARİF ƏSƏDOV-da yoxlamaq lazımdır bu da o biri məşqçilər kimi olsa onda Xaricdən məşqçi gətirmək lazımdır…….Yoxsa bunlar azərkeşlərin…….

    Reply

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir