“Xəzər Lənkəran” səfərdə qələbə qazandı

oyunAzərbaycan kubokunun ¼ final mərhələsinin ilk oyununda “Xəzər Lənkəran” komandası səfərdə “Rəvan” klubu ilə üz-üzə gəlib. “Bayıl Arena” stadionunda saat 17:00-da start götürən qarşılaşmanı Rauf Cabbarovun başçılıq etdiyi hakmlər briqadası idarə etdi. Ona laysmanlar İlham Əliyev və  Coşqun Həsənov, eləcə də dördüncü hakim  Ramil Diniyev yardım etdilər. Bu oyun heç bir kanalla yayımlanmadı.

İlk dəqiqələrdən ardıcıl və kəskin hücumlarla irəli atılan meydan sahibləri oyunun 5-ci dəqiqəsində hesabı açdılar 0:1. Bununla da “Xəzər Lənkəran” son zamanların ənənəsini davam etdirmiş oldu. Fasiləyə qədər hesab dəyişmədi. İkinci hissədə “Xəzər Lənkəran”ın oyunu “irəli at” prinsipi ilə mübarizə apardıqca hesabı bərabərləşdirə bilmirdi. Yalnız 73-cü dəqiqədə kapitan Rahid Əmirquliyev uzaq məsafədən  güclü zərbə ilə topu doqquzluğa göndərdi 1:1.  Uzaqdan zərbələrin nəticə verdiyini görən futbolçularımız cəhdlərini davam etdirdilər. Beləki, 80-ci dəqiqədə Uğur Pamuk kapitanın uğurunu təkrarlamaq niyyəti ilə Adrian Pitin ötürməsindən sonra uzaq məsafədən topu yerlə uzaq küncə göndərdi 1:2. Hesabda irəli çıxan “Xəzər Lənkəran” komandası özünə gəldi və oyunun sonuna qədər meydanın hakimi qaldı. Beləliklə, “Xəzər Lənkəran”  ölkə kubokunun ilk qarşılaşmasında səfərdə  “Rəvan”a səfərdə qalib gəldi. Xatırladaq ki, cavab qarşılaşması  “Fırtınalar meydanı”nda mart ayının 7-də keçiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir