“Xəzər Lənkəran” niyə qalib gələ bilmədi ?

Avroliqanın birinci təsnifat mərhələsində “Fırtınalar meydanı”nda Estoniyanın “Nomme Kalyu” klubunu qəbul edən “Xəzər Lənkəran” komandası 2:2 hesablı heç-heçə ilə razılaşmağa məcbur oldu.

Qarşılaşmanın  ilk yarısında daha üstün oyun nümayiş etdirən komandamız fasiləyə 2:1-lik üstünlüklə yollanmışdı. İkinci hissədə isə futbolçularımız artıq ilk yarıdakı sürətli hücum futbolunu nümayiş etdirə bilmirdilər. Düzdü topu özlərində saxlamağı bacarırdılar, lakin bu kəsərli hücumların qurulmasına yetmirdi. İnsafən qeyd etmək lazımdır ki,hər iki hissədə futbolçularımızın iki dəfə zərbələri qapı dirəyinə tuş gəlmişdi. Üstəlik baş hakim də sanki haradansa məhəllə futbolundan çıxmış bir hakim idi. Oyun boyu yersiz cərimə zərbələri və sarı vərəqələri ilə futbolçularımıza normal oynamağa imkan vermirdi. Lakin bu da “Xəzər Lənkəran”ın qələbəni əldə buraxmasına bəraət qazandırmır. Bu oyunda diqqət çəkən məqam o idi ki, Branamir Subaşiç gözlənildiyindən daha yaxşı çıxış etdi. Əksinə Adrian Skarlatake və Ruslan Abışovla güclənən müdafiə xətti heç də özünü doğrultmadı. Qapımıza vurulan hər iki qolun günahı mərkəz müdafiəçilərinin və qapıçının üzərinə düşürdü. “Nomme Kalyu”nın qapıçısı matç ərzində ən azı 4-5 dəfə real qoldan komandasını xilas etdisə, bizim qapıçı cəmi bir qurtarışla yadda qaldı və qapıçımıza yönələn 3-zərbədən ikisi qolla nəticələndi.  Xüsusi ilə qeyd olunmalıdır ki,heç də güclü olmayan “Nomme Kalyu”klubu ilə “Fırtınalar meydanı”nda  keçirilən oyunda qələbə qazanmaq şansını əlindən qaçıran “Xəzər Lənkəran” komandası indiyə qədər Avropa kuboklarında keçirdiyi 11-oyunun hələki heç birində qalib gələ bilməyib. İnanmaq istərdik ki, cavab qarşılaşmasında komandamız sərfəli hesabla mərhələ adlamağı bacaracaq. Hərçənd bu indi bir o qədər də inandırıcı görünmür…

108 thoughts on ““Xəzər Lənkəran” niyə qalib gələ bilmədi ?

  • 06 İyul 2012 at 22:27
    Permalink

    ne qadar asablasmay olar premer liqanIn avvalindada axrndada avro liqadada asablasiriy yunis h ne vecine burda 2 2 ya deir orda udarIq ordada uduzanda diar man bele oyun kozlamirdim burda asablasan xazari isdianar di

    Reply
  • 06 İyul 2012 at 16:46
    Permalink

    Nəqədər ki X.L.-nin rəhbərliyi yerli mütəxəssislərə tapşirilmayacaq belə də olacaq.Tuyqun Nadirovlardan yaxşi hec nə gözləməyin.

    Reply
    • 06 İyul 2012 at 17:07
      Permalink

      Məsələ yerli-yersizdə deyil, ən əsası peşəkarlıq, təmizlik və düzlükdür!

      Reply
  • 06 İyul 2012 at 16:08
    Permalink

    Tunkaranı axıra kimi oyunda saxlasaydı nəticə başqa olardı 1- HİSSƏDƏ BONFİN qətiyyən Tunkaraya öturmə etmədi halbuki Qarabağ oyununda oyunun taleyini Tunkara həll etdi. Q OMEŞ MEYDANA çıxandan sonra Bonfin onunla oynamağa başladı bəzi oyunçular ayrı seçkilik etməklə bizim əsəblərimizlə oynayırlar.PİT yerli-yuersiz cərimə zərbələrini yerinə yetirir hal buku Ruslan ondan daha yaxşı icra edir.YUNUSUN sözunə əhəmiyyət vermirlər oyun zamanı…Todoruvu və Abdullayevi oyuna buraxmır…….

    Reply
  • 06 İyul 2012 at 14:46
    Permalink

    Admin Siz böyük yaxş  əməl sahibisiniz .Bu qədər insanın qarşısında təkbaşına durmusuz .Valah bu Fitınalar Meydanında durub azarkeşlik etməkdən min dəfə artıq bir işdir və komandaya ən böyük sevginizdir .Sizi komandadan ayrı salmaq istəsələr də bacarmadılar .Siz komand üçün etiklərinizdən daha artığını edirsiz .və heç kimin bacarmadığı bir işi .Bu sizə daha da sitimul verməlidir ki yolunudan dayanmayasız .Allah böyükdür .bizim güvəndiyimiz ODUR ! Bu yolda O, sizə yardımçı olacaq !
    Şərhimlə şərhlərin sayının  Rekorda çatdırdığım  olduğum üçün  çox xoş oldu.Admin yəqin Ginnesin Rekordlar kitabına düşərik .(bu zarfatdı ) 
    ***
    Öz aramızdır zarafat zarafat saytımız bir çox idman portallarından çox oxunur. Komandanın baş məşqçisi də bu saytı izləyir, bir çox futbolçular da, hətta bəzi legionerlərimiz də saytdakı yazıları müxtəlif tərcümə proqramlarının yardımı ilə izləyirlər. Klub rəhbərliyində isə əvvəldən saytımızda kıbütün yazılar və şərhlər diqqət mərkəzində olur. Bu sayt öz unikallığı ilə Azərbaycan futbolunu işıqlandıran elektron informasiya vasitəsləri arasında ilk və hələ də yeganədir. Bizi bəyənməyənlər olsa da belə.

    Reply
  • 06 İyul 2012 at 14:24
    Permalink

    Ola bilər ki, Xəzər-Lənkəran səfərdə qalib gəlib mərhələ keçsin. Amma mən bunu istəmirəm. Çünki, bu komandaynan, bu oyunnan ikinci mərhələdə yəqin rusvayçı hesabnan məğlub olar. Onnansa elə indi uduzsa yaxşıdı. Ona 100% əminəm ki, əgər Cüneyt Biçər osaydı biz dünən böyük hesabnan qalib gələrdik. Redniki Rednik eliyənlər dünən Yunisi Yunis eliyə bilmədilər. Götürün keçən il Makkabiynən oyunu dünənki oyunnan müqayisə edin. Görün bir il müddətinə komanda nə qədər “böyük inkişaf” yolu keçib. Bizim bircə futbolçuya, məsələn Ruslan Abışova verilən pulla “Nomme Kalyu” nun bütün futbolçularının aldığı təxminən eynidir. Oyuna baxanda isə göz qabağındaydı. Öyrəndi ya öyrənmədi bilmirəm Yunis müəllim rəqib məşqçidən dünənki oyunda çox şey öyrənə bilərdi.Bununnan belə hələ dünənki oyundan razı qaldlğınıda deyir.90 dəqiqə ərzində bircə dənə belə düşünülmüş hucum görmədik.Plansız və pərakəndə oyun. məğlubiyyətin( buna məğlubiyyət demək olar) yeganə səbəbi elə məşqçilərin arasındakı səviyyə fərqi idi.
    Yunis Hüseynovda günah yoxdur. O əlindən gələni edir. Əlindən gələn isə elə budur. F-16 qırııcısını tapşırıblar O7 şoferinə. Şoferdə nə günah? Ona da iş lazımdı, pul lazımdı. Günah bunu tapşırandadı. Mərhələ keçməsəkdə Yünis müəllimə toxunmaq lazım deyil. Ona vaxt vermək, şans vermək lazımdır. Hələ qoy işləsin. Onun məsələsinə çempionatın gedişində baxılar. Məsələn İnterə ya Bakıya 0-3 ya 0-4 (0-5 olmaz, çünki inanmıram Yunis müəllimə qarşıda kimlərsə İttifaq bağlayıb xəyanət etsin. “Futbolçu”larnan dil tapmağı bacarır) hesabıynan uduzar və ikinci ya üçüncü cəhddə onu istefaya göndərərlər. Növbəti gələn məşqçidə Ağabala Ramazanovu qovar Ramazan Ağabalayevi gətirər (çünki Ramazanovlarnan münasibəti yoxdur Ağabalayevlərnən dostdu) və belədə davam edər. Bütün bu işlərə nə vaxt son verilər, bunu deyə bilmərəm. Bu ancaq klubun prezidentindən və ya fəxri prezidentindən asılıdı.

    Reply
    • 06 İyul 2012 at 16:55
      Permalink

      Yəni siz ümüd edirsiz ki, 07 sürücüsü qısa müddət ərzində F-15 qırıcısını idarə etməyi bacarar? Bacarsa da, o, yalnız Lənkəran stadionu üzərində, maksimum Azərbaycan ərazisi üzərində bir-iki dövrə vura bilər, heç Dağıstana da keçə bilməz, çünkü orda “Anji” var.

      Reply
  • 06 İyul 2012 at 13:45
    Permalink

    Bu nə Bəladır düşmüşük Allah .Bizləri çaşdırdı Rəhbərlik İndi də çəkirik .Ah .
     Boş xülyalara qapılmayaq gərək .Hörmətli Admin hamımız az qalmışdı inanaq .Hamısı ürəyimizin təmizliyindəndir .Bir də nəsə artıq  yazıb sizi əlavə zəhmətə salmışamsa bağışlayın .
    ***
    Bir statistikanı qeyd edirəm: Sizin şərhiniz saytımızda bir yazıya verilən rekord 101-ci oldu. İndiyə qədər saytımızda təqdim olunan hər hansı bir yazıya bu qədər şərh verilməmişdi.

    Reply
  • 06 İyul 2012 at 13:19
    Permalink

    Eh, Avropa Çempianatının bütün xoş anlarını yadımızdan çıxartdılar .Bu gün özünü köklə də cavab oyununa görüm necə kökləyirsən .Məncə heç kimdə günah yoxdur .Bütün günah Rəhbərlikdədi .İldə 3 məşqçi və heyət dəyişərlər .Yazıqlar ,heç olmasa bir il bir yerdə oynasınlar ki bir-birlərini sözsüz başa düşsünlər .Məncə Xəzər bu ildə nəsə gözləmək olmaz .Mən bu qənaətə gəldim ki Bütn günüh yarıtmaz  Rəhbərlikdədir .İnter ola bilər ki qurupa düşsün .Amma o biri komandalardan bir şey gözləməyə dəyməz .Neftçi də Bakı da Xəzərin yolu ilə gedir onları da eyni aqibət gözləyir . 

    Reply
  • 06 İyul 2012 at 11:34
    Permalink

    Buraxılan hər iki qolu müdafiəçilər və qapıçının ayağına yazmaq lazımdır. Rəqib keçiləsi rəqibdir. Umid edək cavab qarşılaşmasına. Ruslar demişkən “yeşe ne veçer”

    Reply
  • 06 İyul 2012 at 11:22
    Permalink

    bu camaatin basi futboldan cixmirki cixmir. Sehere kimi fikirlewmiwem o qollar niye getdi goresen kamran topa cixmirdi yoxsa ruslanla skarlatake ilk oyun idi diye biraz ozlerin itirmiwdiler ha fikirlewdim axirda bele qerara geldim camaat kamran superdi vallah zarafat etmirem ama dunenki oyunda sehvi vardi o da adamdi sehv eliye biler. Skarlatake ruslan inwalah cavab oyununda inamli tesir bagiwlayarlar. O ki qaldi hucuma bax bu derddi pitin asmalarina bawini ayaqini soxan yaxsi hucumcu lazimdi

    Reply
  • 06 İyul 2012 at 10:03
    Permalink

    ne qeder ki kamandada kamran kimi qapici varsa biz merhele kece bilmerik

    Reply
  • 06 İyul 2012 at 09:43
    Permalink

    Xəzər yaxşı oynadı bu oyuna görə Yunis Hüseynova təşəkkür edirəm. Ancaq bir futbol sevər kimi stadionumuzdan narazı qaldım ay qardaş bu Mubariz niyə pul xərcləyəndə baxmır ki nəyə xərcləyi korkorana kimə gəldi savadı oldı olmadı əsas oduki qohumu olsun iş tapşırır bunun da əziyətin stadiona gələn cəkir xarici stadionlara gedəndə adamın ürəyi açılır 60 min adam birdən stadiondan çıxanda (orda 10 dəqiqə qalmış stadiondan çıxmırlar) bir adam bir adama toxunmur bele bizdə axıra 8 min qalır olarda bir birlərinin çiynində çıxır. Deməli pul olmaqnan deil adamın gərək dünyanı qavrama bir qabiliyyəti ola

    Reply
  • 06 İyul 2012 at 09:11
    Permalink

    Xezer yaxshi oyunla yadda qaldi. Sadece bu oyundu ve oyunda sehv de olar. Qelebe gozleyirdik amma alinmadi. Inshallh umid edek ki orda yaxshi netice olar. Eger Xezer bele oyun sergilese orda o halda neyese umid etmek olar. Xezer uquale arzu edek.

    Reply

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir