“Xəzər Lənkəran” iki Braziliyalı ilə anlaşdı…

Çempionlar liqasından tanıdığımız futbolçualar… FOTOLAR

Avstriyanın Fulpmes şəhərciyinin “Stubaierhof” otelində məskunlaşan “Xəzər Lənkəran”komandası bu gün Bakı vaxtı ilə saat 13:00-da sərəncamında olan meydançada səhər məşqinə çıxıb. Səhər saatlarında komandanın məskunlaşdığı oteldə görünən iki yeni futbolçu da hazıqlıq prossesində iştirak edib. Həmin futbolçular haqqında ətraflı məlumatlar öyrənməyə çalışdıq. Hər ikisinin ağ dərili Braziliyalı futbolçular olduğunu dəqiqləşdirdik. Məlumatda daha sonra deyilir ki, yeni futbolçular çempionlar liqasında bir neçə dəfə fərqləniblər.   Futbolçuların transfer qiymətlərinin də yüksək olduğu qeyd olunur.  Səviyyəli futbolçu olduqları bildirilən  Braziliyalılarla bu gün və ya sabah müqavilə imzalanacağı gözlənilir.  Adları da məhz müqavilə imzalanandan sonra açıqlanacaq.

Avstriya ilə əlaqə kəsilməzdən öncə məlumatın sonunda belə deyilirdi. “Siz onları çempionlar liqasından tanıyırsınız.”

Həmin iki Braziliyalının fotoşəkli qaçış zolağında.

QEYD: Məlumatdan istifadə edildikdə istinad zəruridir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir