“Xəzər Lənkəran” hazırlığını davam etdirir…

8    Premyer Liqanın XII turu çərçivəsində noyabr 2-də “Neftçi”nin qonağı olacaq “Xəzər Lənkəran” hazırlığını paytaxtda davam etdirir. Bu gün T.Bəhrəmov adına Respublika stadionunda məşqə çıxan komandamız saat yarım ərzində taktiki çalışmaları yerinə yetirib. Heyətdə olan zədəli futbolçulardan Junior Nildo fərdi məşqlə kifayətlənibsə,Vanderson Skarduelli də hazırlığı yarımçıq tərk etməli olub. Braziliyalı müdafiəçimizin əzələsində olan zədə ona məşqdə sona qədər iştirak etməyə imkan verməyib. Digər zədəli oyunçular – Duqlas Leyte, Zoahir Benouahi və Rasim Ramaldanov komanda ilə birgə məşqlərini davam etdirib. “Xəzər Lənkəran” sabah oyun saatında “Bakcell Arena”da oyunöncəsi son məşqinə çıxacaq.

 

 

 

Mənbə:lankaranfc.com

8 thoughts on ““Xəzər Lənkəran” hazırlığını davam etdirir…

  • 01 Noyabr 2013 at 00:52
    Permalink

    xezerde mesqci deyismeye ehtiyac yoxdu rehberlik istefa vermelidi.basda eylesenler ancag mubarizin pulun yimeye oturublar camaatinda basin aldadir.tuyqunla mais istefa vermelidi.superkubokdan sonra bilet iki manata oldu guya nese ferqli bir sey olmusdu.xezere qisda minimum 6 seviyyeli oyuncu lazimdi.cempionat basliyannan xezer butun oyunlarda 10 neferle oynayir.ama tosak guya bunu gormurki benuahi oynamir?ehhh neden danisasan neden bezdi bu yazig azerkesler

    Reply
  • 31 Oktyabr 2013 at 23:13
    Permalink

    O gun olsun Benuahi zedelensin canimiz dincelsin

    Reply
  • 31 Oktyabr 2013 at 22:50
    Permalink

    Bizimde İslam beye salamimiz var!-Ona şefa arzulayiriq.Allah ozu komeyi olsun!-Saytda hemişe yeri gorunur.

    Reply
  • 31 Oktyabr 2013 at 22:43
    Permalink

    Vaqif bəy, onlar ancaq vəd verməyi bacarirlar. Az qalib bir ay olsun ki, İslam bəy xəstədir. Yalandan vəd verməyə nəvarki. Saytlarda yaxşıca özlərini reklam elədilər. Kasıbın da başının üstündə ALLAHI var.ALLAH İslam bəyin köməyi olsun!

    Reply
  • 31 Oktyabr 2013 at 21:21
    Permalink

    Salam Admin bey necesiz Islam muellimin veziyetini oyrene bilerik necedi

    ****************************************************
    Salam.Hər gün İslam bəyə zəng vurub,narahat etmək istəmirəm.Amma hansı dost-tanış zəng edib hal əhfalın ondan soruşubsa sonradan mənimlə əlaqə yaradıb,onun səhətindən xəbər verillər.İndicə onunla özüm telefon əlaqəsi yaradıb halın xəbər aldım,dedim ki sayt izləyiciləri narahtdırlar…Dedi ki HAMINA MƏNİM SALAMIMI ÇATDIR(!).Qaldı ki onun müalicəsinə klub GUYA sabah onu müainəyə göndərəcək.GUYA ona görə yazdım ki,onun xəstəliyindən buyana bu DÖRDÜNCÜ VƏDDİ(!!!!!!)…Bu YALAN VƏDLƏR məni yaman üzür!!!…Yenə səbr edirik,etməliyik.

    Reply
  • 31 Oktyabr 2013 at 21:07
    Permalink

    iki minata etiraz edirəm.

    Reply

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir