“Xəzər Lənkəran” bir günlük istirahətdən sonra

Xəbər verdiyimiz kimi Premyer Liqanın X turu çərçivəsində oktyabrın 27-də “Fırtınalar meydanı”nda keçirilən oyunda “Qarabağ” üzərində 2:0-hesabı ilə qələbə qazanan “Xəzər Lənkəran” komandası qarşılaşmadan sonra bir günlük sərbəst buraxılmışdı. 12cioyuncu.info saytının əldə etdiyi məlumata görə komanda oktyabrın 29-da səhər saat 10:00-da Bakıda yerləşən “Happy İnn” otelində bir araya gəlib. Saat 11:00-da isə komandamız Yol Polisi İdarəsinə məxsus stadionda məşqə çıxıb. “Qarabağ”la oyunda 70-dəqiqə ərzində meydanda olan futbolçular üçün keçirilən ayrıca məşq əsasən toplu çalışmalardan ibarət olub. Qeyd olunan qarşılaşmada sonradan əvəzolunma ilə meydana daxil olan futbolçular və ehtiyat skamyasında oturanlar ayrıca hazırlaşıblar. İkincilərin məşqində daha çox üstünlük fiziki hərəkətlərə verilib.

Xatırladaq ki, “Xəzər Lənkəran” komandası Premyer Liqanın X turu çərivəsində oktyabrın 31-də “Sumqayıt” klubunun qonağı olacaq.

 QEYD: Bu məlumat heç bir reklam və sponsor yardımı olmadan 12cioyuncu.info saytı tərəfindən hazırlanmışdır. Reklam yönümlü informasiya vasitələrinin məlumatdan istifadəsi zamanı istinad zəruridir.

6 thoughts on ““Xəzər Lənkəran” bir günlük istirahətdən sonra

  • 30 Oktyabr 2012 at 17:43
    Permalink

    Başqa saytlara daxil olan kimi istər idman portalları olsun istərsə digər  saytlar olsun reklamlar bolluğunun şahidi olursan. Çox təssuf ki, Ölkənin 1 nömrəli azakeş saytı olan 12-ci oyunçu saytı reklam şırkətlərinin diqqətindən kənardadır. Klub Rəhbərliyi Xəzərə aidiyyatı olmayan saytlara reklam üçün vəsait ayırır, amma  bu sayta gələndə isə, əlləri ciblərindən boş çıxır. Saytın azrkeşlər üçün nə qədər önəmli olduğunu dəfələrlə qeyd  etmişik. Rəhbərlik özünü eşitməməzliyə vurur. Əvvəl Evin içi, sonra Çölüdür. 12-ci oyunçu evimizin daxilidir. Bunu bilməyən sadəcə olaraq manqurtdur.
     Admin cüzi məbləğ deyirsə deməli o qədər, kiçik rəqəmdir ki, yazmağı belə özünə sığışdırmayib. Amma necə deyərlər- heçə lənət.
    ***
    Anlayışınıza görə sizə təşəkkür edirəm.

    Reply
  • 30 Oktyabr 2012 at 14:46
    Permalink

    admin diesen reklam barede ireleyish vare? tebrik edirem her halda azda olsa bir komeyi deyer
    ***
    Təşəkkür edirəm. Dünən qısa söhbət oldu, düzdür məbləğ çox kiçikdir, amma heç olmasa saytın aylıq ödənişini çatdırmaq üçün bu reklama razılaşdım. Bəlkə də başqa vaxtı olsaydı belə kiçik reklam məbləğinə razı olmazdım. Sadəcə düşündüm ki, nə vaxta qədər mənim qohumlarım aylıq ödənişləri verəcəklər. Axı Lənkərana və ümumiyyətlə cənuba aidiyyatı olmayan, “Xəzər Lənkəran”a da azarkeşlik etməyən qohumlarımın yardımı olmasaydı son 10-ayda çətinlik çəkərdim.

    Reply
  • 30 Oktyabr 2012 at 00:15
    Permalink

    niye acmadin yazimi?
    ***
    Axşam yeməyim gecikmişdi, ac qarına şərhi aktivləşdirmək də olmur. Şərhinizi ləngitdiyimi yəqin ki, bu dəfə keçərsiniz.

    Reply
    • 30 Oktyabr 2012 at 23:08
      Permalink

      Nuw olsun. hec bir problem yoxdur, sadece her yerde Xezer Lenkeranin 1-ci olmagini isteyirem, yeqin bildiz sohbet neden gedir! ugurlar
      ***
      Bu istəyiniz ancaq alqışa layiqdir.

      Reply
      • 31 Oktyabr 2012 at 00:14
        Permalink

        Tewekkurler, en boyuk alqiwlar hele size duwur ki, rahat fikrimizi yazmaqda bize komek olursunuz! Allah her zaman yardimciniz olsun! ugurlar.

        Reply
  • 30 Oktyabr 2012 at 00:06
    Permalink

    eziz azerkewler taktika.az saytina girib ses verin zehmet olmasa

    Reply

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir