“Xəzər Lənkəran” – Əvəzedicilər.

Azarkeşlərin nəzərinə :

Bu gün saat 16:00-da “Fırtınalar Meydanı”nda “Xəzər Lənkəran” komandası əvəzedici heyyətlə yoxlama oyunu keçirir. “Fırtınalar Meydanı”nda futbolçularımızın ifasında yoxlama xarakterli maraqlı bir oyun izləmək istəyirsinizsə buyurun gəlin.

Baxmayaraq ki, komandanın heyyətində Kamran Ağayev, Elnur Allahverdiyev, Rahid Əmirquliyev, Vobay Juius, Elvin Beqiri, Şəhriyar Xəlilov oynamayacaq, bununla belə komandanın digər futbolçuları bacarıqlarını nümayiş etdirməyə çalışacaqlar. Yetənəkli gənc qapıçımız Orxan Sadıxlının sıçrayışlarını, özünə inamlı çıxışı ilə diqqət çəkən Adrian Skarlataçenin ağıllı müdafiəsini, Kosmin Françieskonun səddini, Muşat Nikulayenin səlistiyini, Ruslan Poladovun gücünü, Andrey Mureşanın epizodlara nəzarətini, Katalin Domanın gözlənilməzliyini, Xristu Kyakunun soyuqqanlığını, Stelian Stankunun xətt boyu hərəkətini, Siamo Brunonun sol ayaqla verdiyi ötürmələri, İbrahima Banquranın şığımasını, Alim Qurbanovun klassikasını, Tural Cəlilovun gizli reydlərini, Elnur Abdullayevin idarəçiliyini, Uinston Parksın texnikasını, Opara Emekanın baş zərbələrini və s. bir daha görmək istəyirsinizsə “Fırtınalar Meydanı”na gəlin.

Bundan başqa əvəzedici heyətdə top qovan gənc futbolçularımızın da nəyə qadir olduqlarını bir daha görmək imkanı da yaranacaq.

Xatırladaq ki, stadiona giriş pulsuzdur.

3 thoughts on ““Xəzər Lənkəran” – Əvəzedicilər.

  • 11 Avqust 2012 at 01:22
    Permalink

    Çox sağ olun ! Çox şükür ki bu həyatda sizin kimi insanlarr da var  .

    Reply
  • 08 Avqust 2012 at 19:32
    Permalink

    Admin bilmirəm nədəndir .bir dəfə də yazmışdım ki bəzən yazarların yazdığını oxuya bilmirəm .Hüseyin bəyin yazdıqlarını həmişə oxu  hissi çəkir məni  . Amma “Bertuççi və Musayev  və düşüncə  tərzimiz ”yazısını özümü məcbur etsəm də oxuya bilmədim ki oxuya bimədim .Mövzuya baxıram və ancaq şərhləri oxuyub keçirəm .Halbuki yazılarına dəyər verdiyim insandı .İnanırsınız ki yazını hələdə oxumamışam fikir versəz  ,mövzuya aid şərh də yazmamışam.Bu qəribəliyi sizinlə bölüşmək istədim .Mirhafiz bəyn “Bosman”ın da yazdığı “Razmer”i oxuya bilmədim . Qəribə olduğu qədərdə  ,maraqlıdır .Nə qədər fikirləşirəm səbəbini tapa bilmirəm .Siz də olubmu ,hər hansı yazıya qarşı belə hiss .
    ***
    Mən ümumiyyətlə istənilən uzun yazını da bir neçə saniəyə oxuyuram. Bu mənim 80-ci illərdəki təcrübələrimdən qalan vərdişimdir. Həmin illərdə mən özüm üçün kitab oxumaq və riyazı hesabları asanlaşdırmaq üçün müxtəlif düstürlar yaradırdım. İndi də beynimə həkk olunan düstürlardan bəzən yararlanıram.

    Reply
  • 08 Avqust 2012 at 00:27
    Permalink

    …………………
    ***
    Şükür salamtaçılıqdır. Ortancıl qızın adı Səbinədir. Zəhmətkeş, tez kesən, incə və sevimli,uşaqlıqda çox zəif inkişa edərdi, amma sonradan öznə gələn, dodağı xallı qız – Səbinənin ad günü heç yada da düşmürdü. Ev yiyəsi olan qohumlar su bakı qoyurdular və evin içindəki elektrik xətlərini dəyişirdilər. Buna görə də mən onlara kömək etmişəm. Üstəlik təmir işləri getdiyindən elektrik də kəsilmişdi deyə mən yalnız axşam saatlarında internetə daxil ola bildim. Ən dəhşətli hadisə isə su bakını yuxarı qaldırıb “вышка” ya qoyulanda oldu. Beləki, su bakını yuxarı qaldıranda sürüşüb yerə düşərkən mən kənarda qalsam da özümü bakın altına atdım. Bu yolla 120-manat dəyəri olan bakı xilas etdim. Düzdür bak plasmasdır və buna görə də məni çox da zədələmədi. Amma bakın tin hissəsi başıma elə dəydi ki, bir iki dəqiqəlik huşumu da itirdim, sonra da bir neçə saat başım gücələndi. Hadisədən sonra məni qəhrəman kimi işləməyə qoymadılar. Günortadan sonra həyətdə stulda oturduğum yerdə yuxu da aparıbmış məni. Bu mənzərə hamını qorxudubmuş. Sonradan isə məni sadəcə yuxu tutduğunu və mürgülədiyimi görüncə sakitləşdilər. İş bitəndən sonra hamı mənə eyni sualı verirdilər: “Bəs bakın o hündürlükdən düşdüyünü görüb necə ürək elədin onu saxlamağa ?” Mənim cavabım sadə oldu və tibb sənədlərini onlara göstərib zarafatla bunları dedim: “Həkim sənədlərinə baxın mənim ürəyim çox böyükdür. Ürək genişlənməsi hələ də davam edir. Ürəyi böyük olanlar özlərini hər hansı yükün altına atmaqdan çəkinmirlər”. Kimi mənim dediyimi tibi cəhətdən, kimi mənəvi mənada, kimi də zarafatla anladı. Mən isə növbəti dəfə özümə sübut etdim ki, mən ən kritik məqamlarda hələ də çəkinmirəm və bir başa irli gedirəm. Qərar vermək üçün laızm olan anı itirmirəm. Deməli hələ tam qocaqlmamışam.

    Reply

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir