Tükdən asılılıq…

asiliAltılığa gedən yolun finişinə çataçatda “Bakı” 21-ci turda Zaqatalada qələbə qazana bilməyincə, altılıq şansını dəyərləndirmək üçün, belə demək mümkünsə, bu məsələni tam olaraq, “Xəzər Lənkəran”ın öz ixtiyarına buraxdı. Belə ki, çətin Qəbələ səfərindən ancaq qələbə ilə ayrılmağımızın lazımlı olmasına baxmayaraq, “Bakı” bu işi bizim üçün bir az da asanlaşdırdı. Yəni, “Xəzər Lənkəran” Qəbələ səfərindən ən azı heç-heçə və nəticədə bir xalla qayıdıb, təsnifat mərhələsinin son turunda evdə “Sumqayıt” üzərində qələbə çalacağı təqdirdə ilk altılıqdakı yerini özəlləşdirmiş olacaqdı. “Bakı” istəmədən bu şansı bizə verdi. Qəbələdə futbolda olan üç nəticədən ikisi bizi tam qane edirdi. Qələbə qazanacağımız təqdirdə əlbəttə evdə “Sumqayıt”la bərabərə qalmaq kimi asan bir işin öhtəsindən gəlməliydik. Heç-heçə edəcəyimiz təqdirdə evdə “Sumqayıt” üzərində mümkünlüyü çox real olan qələbə qazanmaqla istəyimizə nail ola biləcəkdik. Ən pis nəticə olan məğlubiyyət idi ki, bu da öz acısını bizə yaşatdı. Bundan sonra altılıq şansımız tükdən asılı vəziyyətə düşdü. Bu nazik tükün qırılması “Bakı”nın “Rəvan” üzərindəki ev qələbəsi ilə baş verə biləcək ki, buna da şübhə ilə yanaşmaq, möcüzəyə inanmaq kimi bir şeydir. İsəyirsən biz son təsnifat turunda “Sumqayıt”ın qapısından hələ yer üzündə qeydə alınmamış qədər top keçirək. Bu və bu kimi oxşar möcüzələr də köməyimizə çata bilməz.

Amma futbolda hər şey olur deyimi də var. Bir də gördün BATE kimi bir komanda “Lill”kimi Fransa nəhəngini onun yerində 1:3, “Bavariya” kimi Alman nəhəngini də doğma divarlar arasında həmin, 3:1 hesabı ilə məğlub etdi. Bu baxımdan “Rəvan”ın da “Bakı”nı büdrədəcəyi ehtimalı var, hətta heç-heçəylə. Heç bir şeyə baxmadan “Xəzər Lənkəran” növbəti çempionat oyununa həvəslə çıxıb qələbəsinə nail olmalıdır. Kubok yarışlarında da iddiamız davam edir. Ruhdan düşməmək bacardıqca irəli gedilməlidir. Bu matçlarda isə oyun planında, taktiki və bütün cəhətlər nəzərə alınmaqla irəliləyişə nail olmaq lazımdır. Bugünki oyun səviyyəsi bizi qane etmir və hesab edirik ki, belə oyunla heç nə altılığa düşüb fiaskoya uğramaq lazmdır, nə də həm ölkə kubokunda və ya avrokuboklarda pərt vəziyyətə düşmək. Bu yarışlarda döyüşə hazır ola bilmiriksə, onda iştirakın da əhəmiyyəti yoxdur. Bundansa, aşağı altılıqda oynayıb səhvlərimizi düzəltmək, oyun planında təcrübə və uyğunlaşma dövrü keşmək daha məqsədə uyğundur. Amma necə? Bunu demək fikrimizcə hələ tez sayıla bilər. Qarşıdakı həlledici oyunlardan sonra qəti fikirlərimizi söyləməyi düşünürük.

Biz “Xəzər Lənkəran” azarkeşləriyik. Tək yaxşı günün dostu deyilik. Həmçinin çətin gündə komandaya dayaq olmalıyıq. Bizi bu komandaya ülvi sevgi hissləri bağlayır. Çətin anlarda ona arxa çevirmək olmaz. Yalnız çətinliklərin həll olunmasında yardımçı olmalıyıq. Bunun üçün də qarşıya çıxanların kimliyindən və çətinliyin ölçüsündən asılı olmayaraq səddləri aşmalıyıq. Ata, ana və dost kimi müqəddəs sevgi anlayışları var. Onların çətin və ya xəstə, yaşlı vaxtlarında biz onlardan imtina etməli, onları xəstəlikləri ilə baş-başa buraxmalı və ya qocalar evinə verməliyikmi? Bəs onda biz hansı vicdanın sahibi olar və bu el arasında, Allah qarşısında necə qarşılanar və dost dediyimiz  insanın hansı nifrətinə səbəb ola bilərik. Onların yerində özümüzü də təsəvvür etsək eynən çarəsiz nifrət hissi ilə baxarıq. Amma əsl sevgi bu deyil! Biz əsl sevgimiz olan “Xəzər Lənkəran” uğrunda indi daha həssas olmalı və bir daha qarşıya çıxan maneələri dəf etməliyik. Bunun üçünsə, həlledici məqam olan növbəti turu və kubok oyununu və ya oyunlarını gözləmək lazımdır. Bu sevgi uğrunda deyəcəyimiz sözlər və görəcəyimiz işlər hələ çoxdur. 

MƏNBƏ: Bosman.at.ua

46 thoughts on “Tükdən asılılıq…

  • 25 Fevral 2013 at 12:52
    Permalink

    Umud sonda olen anlayiw var Ya Allah Allah bilen meslleheddi . Fodbuldu qazanmaqda mumkundu qazanmamaqda bilinki xezer 9 ilin kumandasidi lap 6 liqa duwmese bu boyuk bir we olmaz . berke bu 6 liq bizim genc oyunculer ucun ela bir furset oldu.. mende butun Lenkaran ve taliw azerkewleri kimi cox uzulecem eker Allah elemesin xezer 6 liqa duwmese … Amma men size 100% deirem Baki Revannan bacarmiyacaq xal itirecey … Deilene gore 100% heyatda olmasa men deirem Baki xal itirecey .. Qaldiki sumqayit seddi kecmek ..

    Reply
  • 25 Fevral 2013 at 02:50
    Permalink

    Müəllif komandanın çətin günlərində azarkeşi onun yanında olmasına, öz sevgisini əsirgəməməsinə çağırır. Bununla razılaşmamaq qeyri mümkündür. Bəli sevgidə gecə-gündüz, istirahət, fasilə, bayram olmaz, bir sözlə sevgi “круглосуточно” olmalıdır. Düzdü, biz öz sevgimizdə təmənnasızıq, halbuki, əsl sevgi qarşılıqlı olmalıdır. Müəllifdən fərqli olaraq, demək istərdim ki, indi yataqda ağır vəziyyətdə çabalayan komanda deyil, məhz, layiq olmadığı uğursuzluğu qəlbinə çox yaxın buraxan azarkeşdir. Komandanın bu vəziyyətə düşməsi hər halda bu günün, dünənin işi deyil, qeyri-peşəkar, səriştəsiz rəhbərliyin son 1-2 il ərzində planlaşdırılmış səyi nəticəsində komanda bu vəziyyətə düşüb. Çox absurd bir vəziyyət yaranıb, komandanı bu günə qoyan rəhbərlik qalıb bir tərəfdə, sadiq azarkeşi komandaya daha da yaxın olmağa çağırırıq. Bizim azarkeş onsuz da çox mülayimdir, çətin ki, öz sevgisini əsirgəsin !

    Reply
  • 25 Fevral 2013 at 01:14
    Permalink

    ay camaat  eshitdiyime gore  xezer rehberliyi  MUBARIZ muellime zeng vurub  vicdanlarinin oyandiqlarini dile getirib  ishderin ohdesinden gele bilmediylerini  esas getirerek  istefa veribler  .ALLAHA  shukur .

    Reply
  • 25 Fevral 2013 at 01:07
    Permalink

    Zaur bəy, əsəbi olduğunuz hiss olunur. Özləri aldanmış deyəndə, kimləri və nəyə aldandıqlarını deyə bilərsinizmi? Məgər yazıda “hər şey yaxşıdır, hər şey yaxşı olacaq” fikirləri varmı”? ki biz aldanaq. Sadəcə növbəti oyuna qədər səbirli olmağın vacibliyini komanda naminə demişik. Dəyərli fikirlər irəli sürüb, bizimlə birlikdə etirazlarınızı çatdırmaq üçün sizi də dəvət edirik. Gəlin birlikdə müzakirələr aparaq və sözümüzü lazımi ünvana çatdıraq. Əlaqə saxlamaq istəsəniz bunu admindən xahiş edin!

    Reply
    • 25 Fevral 2013 at 10:39
      Permalink

      Dr.Mirhafiz bey esebi olmaqim yeqin ki, Xezere sevgimdendir yazida ele wey olmasa da burda bezileri klubun bezi rehber shexslerine aldaniblar.onlarin naqillarina inaniblar.men ise ekseriyyet azerkewler kimi inanmiram.

      Reply
  • 25 Fevral 2013 at 00:59
    Permalink

    Admin sizce de boykot etmek lazimdi? 
    ***
    Təkcə komandaya ya təkcə klub rəhbərliyinə və ya kluba yaxud bütövlükdə camiəyəyə?

    Reply
    • 25 Fevral 2013 at 01:13
      Permalink

      Yalniz rehberliye
      ***
      Dadaş deyəsən siz məni kimləsə səhv salırsınız. Axı o vaxt elə rəhərliyi baykot etdiyim üçün məni stadiona inidyə qədər buraxmırlar da. Maraqlıdır ki, indi bülbül kimi cəh cəh vuranların o vaxt mən sinəmi güllə qabağına verəndə heç səsi çıxmırdı axı. O vaxtı səsimə sə vermək lazım idi. İndi isə gecdir, qatar gedib. Yeri gəlmişkən Dadaş bu yazılanlar sizə aid deyil. Çünki siz həmişə mənə dəstək olmusunuz.

      Reply
      • 25 Fevral 2013 at 01:27
        Permalink

        Admin Bosman fan klubu ile birlikde edek boykot amma bezi satkinlar olmasin neceki sherhde rehberliyi soyub sora sohbet eden kimi aradan cixanlar olmasin.
        ***
        Dadaş onda “Bosman” fan klubu ile birge meydanda tek-tek qalanlardan biri də siz olarsınız.

        Reply
  • 25 Fevral 2013 at 00:44
    Permalink

    Özleri aldanmish insanlar bawqalarini da aldatmasin xaish edirem.bizim gözlerimiz achiqdir ne bash verdiyin görürük ve yalandan her wey yaxwidir ve ya yaxwi olacaq demirik.birinci azerkesilerin mararlarin nezere almaq lazimdir.kamanda da eksperiment aparirlar onu gönderirler bunu getirirler.Baskes de getsin barselonali mekteblilere katalon dilinden dersini kechsin.seviyeli oyuncu getirmek ücün birinci seviyeli mewqchi getirmek lazim idi.

    Reply
  • 25 Fevral 2013 at 00:25
    Permalink

    Futbol klublarini futbolu bilen adam idare etse yaxwi olar.azerkewleri incitmesinler azerkew olmasa komanda da olmaz xezerin oyununa gelen insanlarin 90 faizi adi azerkewlerdir fanklub üzvleri deyil onlar klubdan üz dönderse onda Xezerin de oyunlarina 100-150 nefer gelecek.

    Reply
  • 25 Fevral 2013 at 00:18
    Permalink

    Biz azerkewler kamandamizdan üz döndermerik amma bizi de gic yerine qoymasinlar.kamanda bele oynayir ki, böyükaqa kimi BAMBILININ dili bir metr uzanib.pullari düzgün xercleye bilmirler yeyib daqidirlar.bizleri …ine alan da yoxdur.ne qeder ki,bizim klubda ve bizim futbolda futbola aidiyati olmayan,futboldan bawi chixmayan insanlar var futbolumuz inkiwaf etmeyecek.

    Reply
  • 25 Fevral 2013 at 00:17
    Permalink

    Hörmətli şərh bildirənlər! Yazının altında mənbə göstərilib. “12cioyuncu.info”nun adminini yazı müəllifi kimi qınamayın. Nə fikriniz varsa, “Bosman.at.ua” cavab verməyə hazırdır. Biz bütün azarkeşlərimizə həmişə hörmətlə yanaşırıq. Bu da təsadüfi deyil ki, əksər azarkeşlərimizin fikri təmizdir və bizimlə üst-üstə düşür. Xahiş edirik ki, yazını diqqətlə oxuyasınız. Komandamızın qarşıdakı oyununu da gözləyək. İndi ruhdan salmaq olmaz komandanı. Sonra elə sizin qınadığınız adamlar deyərlər ki, belə münasibətlə azarkeşlər komandanı ruhdan saldı. Bir də klub və komanda anlayışlarını adam bəzən əsəbi olduqda qarışdırır. Komandada oynayan oyunçuları ruhdan salmayaq. Klubldan isə izahat tələb etmək haqqımızdır. Yazıdan da anlaşıldığı kimi bu ərəfədə “Xəzər Lənkəran” adına dözümlülük göstərməyin vacibliyini dərk edirik. Yazıda da qeyd olunduğu kimi -” Bunun üçün də qarşıya çıxanların kimliyindən və çətinliyin ölçüsündən asılı olmayaraq səddləri aşmalıyıq.” kimi cümlə var. Hamınızın köməyi lazımdır. Amma dağıdıcı yox sivil yolla, özü də monitor arxasından deyil. Siz birşeylər təklif edin. Bəlkə daha mütərəqqi oldu. Biz isə fikrimizi göstərdiyimiz məqamda deyəcəyik, necə ki, hər zaman demişik. Geniş formada hamınız bunu görəcəksiz. Bir daha xahiş edirik ki, kimin mütərəqqi fikirləri varsa, buyursun. Biz “Xəzər Lənkəran”ı zirvələrdə görmək istəyirik, dağıtmaq yox!
    “Bosman” fanklubu 

    Reply
    • 25 Fevral 2013 at 00:43
      Permalink

      qelin boykot edek rehberliya qarshi cixaq istefa isteyek 

      Reply
  • 25 Fevral 2013 at 00:10
    Permalink

    Ay millet. Bakes mesqci deyil. Novbeti oyunun neticesinden asili olmayaraq “istefa”ya cagirmaq lazimdir. Vessalam.

    Reply
  • 25 Fevral 2013 at 00:02
    Permalink

    Admin vezyet ele pisdiki adam bilmir ne elesin Admin eqer altiliqa dushe bilmesey biz qerey boykot edek Mubariz Mensimova muraciyet edek her qun stadionun qabaxinda toplashib istefa istefa isteyek onda beke neyese nail olduq 
    ***
    Əgər Dadaş da mitinq – filən etmək istəyirsə o zaman vəziyyət bundan sonra mütləq gərginləşcək.

    Reply
  • 24 Fevral 2013 at 23:37
    Permalink

    Bosman yene başlayıb nagıl danışmağa… BAKES sabah gedir. XL altılıqda olmayacaq  bu sezon 🙁 
    ***
    Nağılı uşaqlar üçün danışarlar. Yazını diqqətlə oxuyub başa düşsəniz bilərsiniz ki, “Bosman” fan klubu nə deyir.

    Reply
    • 25 Fevral 2013 at 02:42
      Permalink

      Ey, digital (rəqəmli) hiki, nağılı bir az böyük uşaqlar üçün danışarlar. Sənin kimi çağalara soska verirlər ki, sakit qalasan. Özün klub rəhbərliyinə sığınmaq üçün dəridən qabıqdan çıxırsan. Amma istəyinə nail ola bilmirsən. Elə bilmə ki, tanımadım. Bir də sən hardan bilirsən ki, Bakes haçan gedir, klubun daxili işlərindən bəzən şərhlər də yazırsan. Bunu mən bilirəm. Sadəcə izləyicilərə də aydın olsun deyə iki məqamı qeyd etdim. Danışanda bil kiminlə və nə danışırsan! Hələ türk demişkən kiçiksən. Böyüyəndə nağıla da qulaq asarsan. 

      Reply
  • 24 Fevral 2013 at 23:37
    Permalink

    admin men fikir verirem ki siz elebil rehberliyin tarafdarlarindansiz men qabul ede bilmirem XAZAR 1ci yerde olmamagini ALLAH XAZARI PIS GUNE SALANIN OZUNU PIS GUNE SALSIN ANIN
    ***
    Siz yaxşı fikir verə bilmirsiniz. Əgər yaxşı yaxşı fikir versəniz görərsiniz ki, mən klub rəhbərliyinin tərəfində olanlardan deyiləm. İlyarımdır ki, stadiona getmirəm və bu da öz xoşuma deyil. Güman edirəm ki, bu sizə bir ip ucu verər ki, mənim hansı tərəfdə olduğum haqqında özünüzdə fikir formalaşdıra biləsiniz. Qaldı sonuncu cümlənizə mən də həmin cümləyə əlavə edə bilərəm. İstəsniz növbəti şərhlərin birində bunu edərəm.

    Reply
  • 24 Fevral 2013 at 23:17
    Permalink

    Salam.bu veziyete düwmek chox biabircidi.revanin bakini büdretmesine ümüd etmek utancvericidi.belke de altiliqa düwmesek yaxwidir.orda qapazalti olmaqdansa ikinci altiliqda oynamaq yaxwidir.

    Reply
  • 24 Fevral 2013 at 22:44
    Permalink

    Salam. axshaminiz xeyir olsun. eziz azerkeshler, uzulmeyin. her shey yaxshi olacaq. men size bir soz deyim. bakinin oyunu nichya olacaq. hech keyfinizi pozmayin. gedin xezerimize destek olun. admin sene de minnetdarligimi bildirirem ki, bizi vaxtinda melumatlandirirsan.

    Reply
  • 24 Fevral 2013 at 22:42
    Permalink

    EZIZ AZERKESLER BUTUN GUNAHLAR YALNIZ KLUBU IDARE EDENLERDEDIR. HER SEYE ONLAR CAVABDEHDIRLER. NE MESQCININ NE DEKI OYUNCULARIN GUNAHI YOXDUR. HER SEY GOZ QABAGINDADIR. KLUBUN UGURSUZLUGUNDA HEC AFFANIN VE PFL DE GUNAHI YOXDUR. BELI RAZIYAM BIZ KLUBU ONUN VAR OLDUGUNA GORE SEVIRIY AMMA BIR SEYI UNUDMAQ LAZIM DEYIL KI HER SEYIN HEDDI VE OLCUSU VAR, HEC KIME IXTIYAR VERILMEYIB KI AZERKESLERIN HISSIYATI ILE OYNASIN. 

    Reply

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir