“Sumqayıt” – “Xəzər Lənkəran”

Premyer Liqanın XI turu çərçivəsində bu gün  “Xəzər Lənkəran” komandası “Sumqayıt” klubu ilə qarşılaşır. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda saat 15:00-da başlayacaq oyun heç bir televiziya kanalı ilə yayımlanmayacaq. Bununla belə meydan sahibi “Sumqayıt” klubunun rəsmi internet saytında oyunun yayımının təqdimi də ola bilər.

Qeyd edək ki, “Sumqayıt” – “Xəzər Lənkəran” oyununu Əliyar Ağayevin başçılıq etdiyi hakimlər briqadası idarə edəcək. Baş hakimə laysmanlar Mehman Mahmudov, Namiq Hüseynov və dördüncü hakim Fərid Məmmədov yardım edəcəklər.

BURADAN İZLƏ

13 thoughts on ““Sumqayıt” – “Xəzər Lənkəran”

  • 31 Oktyabr 2012 at 23:17
    Permalink

    Son: Yunis Hüseynov rəsmən “Xəzər Lənkəran”dan getdi

    “Xəzər Lənkəran” klubunun baş məşqçisi Yunis Hüseynov istefa verib. O, bu gün Sumqayıtda keçirilən oyundan sonra qərarını açıqlayıb.

    1:1 hesabı ilə başa çatan oyundan sonra Hüseynov cənub kubunda qalmamağı lazım bilib. Bunu klubun mətbuat xidmətinin rəhbəri Yalçın Əliyev də təsdiqləyib. O bildirib ki, komanda müvəqqəti olar Emin Quliyevə tapşırılıb.

    Reply
  • 31 Oktyabr 2012 at 20:56
    Permalink

    Oten ilin Xl sevh etmiremse 10 oyuna (7 qelebe, 2 hech-hece ve 1 meqlubiyat almishdi)  23 qal qazanmishdi:) indi ise 10 oyuna 13 xal.

    Bilmirem sherhe ehtiyac varmi?

    Varsa buyurun…………………….. 

    Reply
  • 31 Oktyabr 2012 at 18:02
    Permalink

    Admin axşaminiz xeyir Siz bu oyun haqqda nə deyə bilərsiniz.Kazimli hesabi bərabərləşdirdi yoxsa Sumqayit 1-0 hesabini qoruyacaqdi.Komandada yenə nə baş verir yəni həqiqətən komanda hansisa bir xəstəliyə tutulub.Xəzər səfərdə oynaya bilmir deyə
    sən səfər sindromu adlandirmaq olar bu xəstəliyi
    ***
    Mən bu oyun barədə düzü tam məlumata malik deyiləm. Çünki təcili olaraq Sumqayıtı tərk etməli olmuşam. Bəzi məsələlərin müzakirsi üçün fəal azarkeşlərlə görüşməli idim və belə də etdim.

    Reply
  • 31 Oktyabr 2012 at 17:39
    Permalink

    Salam Admin Təşəkkürlər sənə istənilən vəziyyətdə bizi klubun xəbərləri ilə məlumatlandırırsiz/ Mən neçə vaxtdı bu saytı izləyirdim ama ilk dəfədi şərh yazıram. ALLAH səndən razı olsun. İNŞALLAH sayta reklam verende olar. Mənim yaşım elədə çox deyil. XƏZƏRİMİZİNdə oyunlarını,xəbərlərini və s. əvvəllər izləyirdim . ama axır vaxtlar artıq XƏZƏRlə nəfəs alıram. əvvəl ancaq sadə bir azarkeş kimi idim. Ve bu yaxınlarda bir proyektim var ama əvvəlcə sənlə məsləhətləşəcəm sonra burda yazmıyım hamı görər sonra=).birdaha təşəkkürlər admin sənə.
    ***
    Minnətdaram. Buyurun müraciət edin, fikirlərinizi burada şərhlə və ya 12-ci-oyuncumfk@mail.ru e-malına göndərə bilərsiniz.

    Reply
    • 01 Noyabr 2012 at 01:04
      Permalink

      Mən başa düşə bilmirəm, LocaL, siz yazırsız ki, “Mənim yaşım elədə çox deyil” və özü də ilk dəfə şərh yazırsız, bəs onda hansı məntiqlə tanımadığın adama sən deyə müraciət edirsiz.

      Reply

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir