“Sumqayıt” – “Xəzər Lənkəran” 2:5

Premyer Liqada çıxış edən klubların əvəzedici heyətləri arasında keçirilən Azərbaycan çempionatının XI turuna yekun vurulub. “Xəzər Lənkəran”ın əvəzediciləri səfərdə “Sumqayıt” klubunun əvəzedici heyəti ilə üz-üzə gəlib. Ötən iki turda ardıcıl qələbələri sıralayan gənclərimiz bu dəfə də uğura imza atıblar. Beləki, “Gənclər şəhəri”nin təmsilçiləri ilə qarılaşmada “Xəzər Lənkəran”ın əvəzediciləri qapılarından buraxdıqları 2-topun əvəzini 5-topla çıxaraq qələbə qazanıblar. PFL-in rəsmi saytının yaydığı məlumata görə komandamızın qollarını Fərid Əsədov, Kamran Abdullazadə, Anar Babazadə, Fuad İsmayılzadə oyundan və  Akif Tağıyev penaldan vurmuşlar. Bu oyundan sonra 11-oyuna 11-xal toplayaraq “Xəzər Lənkəran”ın əvəzedici heyəti  turnir cədvəlinin 7-ci pilləsinə yüksəlmişdir.

8 thoughts on ““Sumqayıt” – “Xəzər Lənkəran” 2:5

  • 02 Noyabr 2012 at 21:00
    Permalink

    Ey Farid ele danisirsanki gorunur futboldan anlayisin yoxdu bu futboldu 3 oyun 3 qelebe hec gedib evezedicilerin oyunlarina baxmisan indi deyirsen qeribedi bos bos seyler danismayin arasdirin sonra ne bilim komek edirler mesqci qalsin uduzanda soyursuz udanda bos bos danisirsiz bes usaqlar ne etsinler udmassinlar heves vermekden bax ne deyirsen biraz otur fikirles!!!!!!!!

    Reply
  • 31 Oktyabr 2012 at 01:03
    Permalink

    Admin düzəltmək lazımdır ,köhnə vaxtla işləyir sayt ,
    ***
    Gərək texniki adminə xəbər edəm.

    Reply
  • 31 Oktyabr 2012 at 00:59
    Permalink

    Bir məsəl var,- varlı  təzə nəsə alanda, deyirlər -Mübarəkdi. Kasıb isə  təzə nəsə alanda deiylər -hardan almısan? 
    İndi komnda qələbə qaznır  yəqin ki, klub diqqət ayırıb ki ,gənclər də həvəslənib oynayırlar. Qələbə qazanıblar ,davamlı olsun. Ruhlandırmaq lazımdır gənclərimizi. 

    Reply
  • 30 Oktyabr 2012 at 23:16
    Permalink

    8 oyuna 2 xal, 3 oyuna 9 xal – çox maraqlıdı! Ələxsus da dalbadal 3 qələbə baş məşqçiyə xəbərdarlıqdan sonra baş tutub. Olmaya keçmiş futbolçu yoldaşları – hazırki rəqib məşqçilər baş məçqçimizə işini itirməməsi üçün kömək edirlər?! Bəlkə kimsə Xəzərin hesabına qazanmaq fikrinə düşüb?! adamın heç inanmağı gəlmirki bir qulaqburması vəziyyəti belə kökündən dəyişə bilər
    ***
    Həqiqətən də çox maraqlıdır. Amma bu arada əvəzedici heyətin üzvlərinə yaxın olan azarkeşlərdən ötürülən məlumatlara görə qələbələrdə “qələbəyə görə mükafat”ların boyun alınması rol oynayıb. Həmin azarkeşlərin dediklərinə görə “Qələbə” üzərində qazanılan qələbədən sonra klub rəsmilərinin söz verdikləri mükafat “Qarabağ”la oyundakı qələbədən sonra nəhayət ki, gənc futbolçulara verilib və həvəs üstə olan gənc futbolçular da “Sumqayıt”la oyunda daha da coşublar. Təbii ki, azarkeşlərin ötürdükləri xəbərlər heç bir rəsmi mənbə ilə təsdiq olunmayıb və hələki bu bir ehtimaldır. Ehtimalın nə dərəcədə özünü doğruldacağı isə yəqin ki, növbəti oyunlarda görünəcək. Əgər sizin variant düz olarsa o zaman məntiqlə “Xəzər Lənkəran”ın əvəzedici komandası böhranı adladığından daha belə ardıcıl qələbələri sıralamamalıdır. Yox mənim qeyd etdiyim ehtimal düzdürsə o zaman komandanın bundan sonra da ardıcıl qələblərinin şahidi olacağıq. İstənilən halda həqiqətin ortaya çıxmasında maraqlıyam.

    Reply
    • 31 Oktyabr 2012 at 00:14
      Permalink

      ele maraqlidi get dublun oyununa bax gor niye udur?!!!!!!gorunurku ele futboldan anlaisin yoxdu!!!goyasan bos bosuna danisalar
      ***
      Icazə verin sizin şərhinizə müdaxilə edim. Bu azarkeş saytıdır. Azarkeşləriiz də fikir bildirmək də azaddırlar. O sadəcə əvəzedicilərin çıxışındakı qəribə dönüşünə maraq ifadə edərək ehtimal irəli sürüb vəssalam. Gəlin biri-birimizi qəribçiliyə salmayaq.

      Reply
  • 30 Oktyabr 2012 at 21:43
    Permalink

    Əvəzedici komandanın birdən-birə belə yüksəlişə qədəm qoyması çox sevindirici haldır. Deməli potensial var. Yalnız normal ab-hava və oyunlara motivasiya olunmaq lazımdır. Bunun da əsas yükü klub rəhbərliyinin məşqçilərə və komanda heyətinə necə dəstək olmasından çox asılıdır. Əvəzedicilərin yüksəlişi heç də əsas komandanın uğurlarından az sevindirmir. 

    Reply
  • 30 Oktyabr 2012 at 20:08
    Permalink

    HALAL OLSUN !!!!!

    Reply
  • 30 Oktyabr 2012 at 20:00
    Permalink

    Belə davam etsələr əla olar.Qoy biz azerkeşlər həmişə belə qələbələrə sevinək

    Reply

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir