Sevimli Rednik…

Rednikin “Xəzər Lənkəran” ailəsində bu qədər sevilməsinin, “ağ-yaşıl”ların camiəsindən kənarda isə nifrətə layiq görülməsinin səbəbini anlamaq istəyi ilə araşdırma apardıq. TƏKRAR.

Başlı başın saxlasın…

Azərbaycan futbolunda son illər çalışan adlı-sanlı əcnəbi məşqçilərin ölkəmizdən necə göndərilməsini yada salmaq kifayət edir ki, futbolumuzda şübhə doğuran hallar barəsində düşünək. Bizim futbolda  nə var ki, məşqçilər müəyyən müddətdən sonra  buradan necə deyərlər baş götürüb qaçırlar.

Millinin baş məşqçiləri braziliyalı Alberto Torres  və  makedoniyalı Hacıyevski Azərbaycanda az qala dəli olacaqdılar. Makedoniyalı hər şeydən əlini üzüb ötən mövsüm gənclərdən ibarət  və premyer liqada sponsorsuz qalmış komandaya  başçılıq qedən  məşqçiyə də çevrildi. Petrejela ilə Dimyanenkonun başına gələnləri və  digər buna bənzər hadisələri də analiz etdikdə Azərbaycan futbolunun reallığı ilə dünya futbolu arasındakı uçurumun varlığı ortaya çıxır.

İdarəçilik.

 Azərbaycan futbolunda sponsorunun kimliyindən, daha doğrusu hansı nazirlik və ya komitə səviyyəsində təmsil olunmasından asılı olaraq klubun gücü bilinir. Klubların yalnız biri istisna olmaqla hamısı xüsusi göstərişlə maliyyələşir. Nazirlik və ya komitələrin müxtəlifliyindən asılı olmayaraq maliyyə mənbəyi birdir- dövlətin və xalqın pulu. Qeyd olunan klubların heç biri təmiz biznesdən maliyyələşmir. Bu biabırçılığın zirvəsində isə “Neftçi” dayanır. Beləki, “Neftç” klubu nəinki dövlətdə rəhbər vəzifədə çalışanların himayəsindədir, hətta “ağ-qara” klub bir başa dövlət  neft şirkətinin nəzdindədir. Adları çəkilən futbol klublarının arasında istisna kimi qeyd oluna bilinəcək və daim ögey münasibətlə qarşılaşan  “Xəzər Ləkəran” isə ölkə xaricində yaşayan iş adamının maliyyə yardımı ilə fəaliyyət göstərir ki, məhz bu səbəbdən də  bu klubun Azərbaycan reallığında açıq aşkar təklənməsi  labüdləşir.

Özgəsinin pulunu sayanlar.

 Azərbaycanda hər hansı futbol klubunun yaşaması klubun yuxarı eşalonunda çalışanlar üçün bir başa yeyinti mənbəyidir. Bu fikir çox yayılıb.  Amma nədənsə yeyinti haqqında söhbət düşərkən həmişə “Xəzər Lənkəran” yada salınır və dövlət təşkilatlarının maliyyələşdirdiyi klublar unudulur. Halbuki heç kimə sirr deyil ki, “Xəzər Lənkəran” klubunun fəxri prezidenti ilə klub prezidenti qardaşdırlar. Digər tərəfdən isə “ağ-yaşıl”ların prezidenti eyni zamanda “Palmali”nin Azərbaycan üzrə rəhbəridir. Belədə ölkə xaricində fəaliyyət göstərən şirkətin pullarının və ya bir ailəin iki üzvünün ailə büdcəsini necə və hara xərcləməsini araşdırmaqla hamılıqla əsas həqiqətdən uzaqlaşmış olurlar. Buraya daha  bir nüansı da əlavə etmək olar ki, “Xəzər Lənkəran” klubunun ölkədə ən yaxşı stadionu və bazası kağız üzərində deyil faktiki olaraq realdır. Bundan başqa “Xəzər Lənkəran”ın da daxil olduğu “Palmali”nin Azərbaycanda “Palsüd” kimi böyük istehsalçı təşkilatı da fəaliyət göstərir. Birmüddət əvvəl tam hazır olmasına baxmayaraq  bəzi dövlət məmurları tərəfindən “Palmalife” istirahət mərkəzlərinin istifadəsi süni maneələrlə yubadılırdı.  Ümumiyyətlə maraqlı fakt odur ki, Mənsimovların pullarını saymaq istəyənlərin sayı getdikcə nəinki azalmır hətta bəzən bu mənada artım da müşahidə olunur. Eyni zamanda Mənsimovların var-dövlətinin fikrini edənlər dövlətin və xalqın pullarını müxtəlif maxinasiyalarla mənimsəyən digər klublarımızı unudurlar. Yenə də “Neftçi”ni misal  göstərmək olar. Bir başa dövlətdən maliyyələşən “Neftçi” klubunun rəsmi internet saytına bir dəfə nəzər saldıqda “ağ-qara”ların hansısa dövlət idarəsindən heç nə ilə fərqlənmədiyini görmək olar. Hələ indiyə qədər  “Neftçi”nin maliyyə mənbəyi  rəsmi məlumat şəklində də  yayılmayıb. Burada digər məsələ də diqqət çəkir. Dövlətin maliyyə balansında olan “Neftçi” İSM –in (İdman Sağlamlıq Mərkəzi) yetişdirdiyi gənc  futbolçuları “Neftçi” klubunun güya Azərbaycan futboluna bəxş etdiyi yeni gənc futbolçular kimi göstərməklə ictimaiəti həyasızcasına aldatmış olurlar. Beləliklə də maliyə mənbəyi göstərilməyən “Neftçi” klubundakı yeyintiləri kölgədə saxlayaraq “Xəzər Lənkəran”ın ətrafında gəzən söhbətlərin hələ də səngiməməsini təəssüflə qeyd etmək lazımdır.

 Xal hədiyyələri.

Azərbaycan futbolunda xal hədiyyəsi məsələsi əvvəldən kök salmış xəstəlik olub. Futbolumuzun tarixinə diqqət yetirdikdə bu xəstəliyin hələ sovet dönəmində də geniş vüsat  aldığını görmək olar. İndinin özündə də “Neftçi” klubu ilə şübhəli oyunlarda xal verən klubların ümumi siyahısını  tutmaq olar. “Neftçi” rəhbərliyinin arxasının  dövlət neft şirkətinə gedib çıxması həmin xal verilməsi  ilə şübhəli bilinən oyunlarda xal verən klubların rəhbərliklərinin hansı mənəviyyata sahib olmalarını da açıqlayır. Amma bunun üzərində çox qalmaq özü də sadəlövlük olardı. Çünki, misal üçün nəqliyyat nazirliyi ilə dövlət neft şirkətini müqayisə etdikdə ikincinin daha böyük səlahiyyətlərə sahib olduğunu nəzərə almaq lazımdır. Buradan da güzəştlər edilməsi zərurəti ilə qarşılaşan klub rəhbərlikləri yaxşı yaşamaq üçün əldə etdikləri imkanlarını futbola görə qurban verməmək naminə susurlar və beləcə  məcburiyyətdən geri çəkilirlər.

 Yaralı yerimiz.

Hər bir Azərbaycanlı “Qarabağ” klubuna qarşı simpatiya göstərir. Bəziləri bunu klubun avroliqadakı müəyyən uğurları ilə əlaqəndirirlərsə də əslində burada daha incə məsələlər var. İşğal altında olan torpaqlarımızın adını daşıyan “Qarabağ”ın adı gələrkən biz Azəraycanlılar bir az geri çəkilirik. Amma futbolda bunun yanlış olduğunun fəriqinə vara bilmirik. Biz bütün məsələlərə daha geniş prizmadan baxa bilmədiyimizdən belə zəiflik nümayiş etdirirk. Düzdür istənilən klubumuzun ölkə xaricindəki yarışlarda mübarizəsində həmin kluba dəstək olmağımız və bu zaman isə “Qarabağ”ı daha çox dəstəkləməyimiz normaldır. Lakin ölkə daxilində turnirlərdə bərabər rəqabət olmalıdır. Üstəlik Ağdam təmsilçisinin heyətində yeri futbolçuların çoxluğu da bizi çaşdırmamalıdır. Biz yerli futbolçularla bağlı konkret fikrə gəlməliyik. Əgər legionerlərə qarşı nifrət hisslərimiz davam edəcəksə bir dəfəlik onların ölkə futboluna yolunu bağlamalıyıq. Amma onu da nəzərə almalıyıq ki, hələlik ölkə xaricində qazandığımız uğurların sayiahısında tək qalan MDB kubokunda iki dəfə bombardir olan futbolçularımız da klublarımızın heyətində çıxış dən  legionerlər olublar. Eqoist düşüncələrlə inkişafa nail olmaq da mümkün deyil. Elə götürək adı çəkilən klubun bəzi oyunlarının az qala zorla Quzanlı stadionunda keçiriləməsinə nail olmaq cəhdləri qapalı düşüncəni dəstəkləyən və sivilizasiyanı inkar edən addım sayılamlıdır. Hisslərə qapanmaqla bütün sahələrdə olduğu kimi futbol da inkişafa nail olmaq mümkün deyil.

Onun böyük ürəyi…

 Mirça Rednik “Xəzər Ləkəran” klubuna baş məşqçi təyin olunandan sonra azarkeşlərlə klub rəhbərliyi arasında xoş münasibət yarada bildi. Yaranan münasibət hesabına isə klub rəhbərliyi haqqında azarkeşlər daha çox informasiya əldə etdilər. Beləcə “Xəzər Lənkəran” klubunun rəhbərliyinin hansısa xəzinəni sağ-sola xərcləməyi haqqında olan rəvayətlərin yalan olduğu aşkarlandı. Azarkeşlərə məlum oldu ki, bu klubda cibdən cibə heç nə ötürülmür, hər bir xırda məsələ klubun peşəkar əməkdaşları tərəfindən sənədlərdə qeyd olunur, gündəlik klub prezidentinə məlumatlar  verilir və maliyyə xərcləri qəpiyinə qədər hesab-kitab olunur, klub əməkdaşları cib xərclikləri almırlar, onlar adi  qaydada müqavilələr əsasında aylıq maaşla çalışırlar. Komandanın məşqləri zamanı klub prezidenti azarkeşlərin arasında dayanaraq onlarla birgə məşqləri izlədi, klub rəsmiləri azarkeşlərin minlərlə suallarına cavab verərək bütün qaranlıq məsələrə aydınlıq gətirdilər. Azarkeşlər komanda ilə bağlı istək və arzularını əvvəllər olduğu kimi mətbuat  vasitəsi ilə və ya oyunlar zamanı hansısa etiraz aksiyasıyla deyil bir başa klub rəhbəliyinə çatdırmaq imkanı qazandılar. Beləcə arada olan gərginlik və  belə demək mümkünsə uçurum yoxa çıxdı.

Nəticə

Rednik klub rəhbərliyinə əlavə xərclərin yersiz olduğunu göstərə bildi. Baş məşqçi üçün xüsusi ev, maşın, sürücü və s.-dən Rednik imtina etdi.  Hər oyun üçün futbolçulara verilməsi nəzərdə tutulan böyük məbləğdə mükafatlardan imtina edərək,  Rednik  komanda ilə birgə gümüş medalları və ölkə kubokunu qazandı. Əvvəlki illərdən fərqli olaraq transfer xərcləri 2-dəfə azaldılsa da daha səviyyəli futbolçular komandaya gətirildi. Yeni futbolçularla ucdantutma mənasız müqavilələr bağlanmadı. Hər bir futbolçu ilə ayrıca müqavilələrin şərtləri müzakirə olundu. Klubun futbol qurumlarına və hakimlərə rüşvət verməməsi də müxtəlif cərimələrlə sonunclandısa da bu “Xəzər Ləkəran” klubunun ölkə futbolunda uzun illər öncədən kök salmış maxinasiyalarda iştirak etməməsi səbəbindən idi. Mirça Rednik alicənablığı ilə Azərbaycan futbolunun eybəcərliklərini  müəyyən səviyyədə göstərə bildiyindən “Xəzər Lənkəran” camiəsindən kənarda sevilə bilməzdi də.

Rednik hər məşqdən sonra azarkeşlərin çox saylı suallarına cavab verməkdən yorulmadı, o kiçik yaşlı uşaqla belə fotoşəkil çəkdirməkdən də vaz keçmədi. O əvəzedici komandanı diqqətdən kənarda saxlamadı və bütün perspektvli  gənc  yerli futbolçulara zaman-zaman əsas heyətdə şans verdi. Rednik azarkeşlərin tədbirlərində məmuniyyətlə iştirak etdi. O ölkənin ən böyük azarkeş ordusuna futboldan zövq almağa imkan verdi.

Rednikin “Xəzər Lənkəran” ailəsində bu qədər sevilməsinin, “ağ-yaşıl”ların camiəsindən kənarda isə nifrətə layiq görülməsinin səbəblərindən bəzilərini qeyd etdik. Mirça Rednik kimi məşqçi Azərbaycan futbolunun faciəvi reallığına  yaddır. Onu Azərbaycanda “Xəzər Lənkəran” camiəsindən  başqa kimsə bəyənməyəcək və qəbul etməyəcək. Bu acı həqiqəti də biz qəbul etməyə məcburuq, vəssalam.

 

3 thoughts on “Sevimli Rednik…

  • 14 Noyabr 2011 at 02:02
    Permalink

    NEFCİDƏ ÖZLƏRİNƏ KARYERA QURANLARİN HANSI BİRİ NEFÇİ DEYİLƏN KOMANDA ÜÇÜN ŞƏXSİ BÜCCƏLƏRİNDƏN 1 MANAT PUL XƏRCLƏYİBLƏR? ƏLBƏTDƏ NEÇ BİRİ. AMMA ONLARIN HƏR BİRİ ŞƏXSİ BÜCCƏLƏRİNİ KAMANDANIN HESABINA FORMALAŞDIRIBLAR.
    (ATALAR MİSALI).HAMAM SUYUNA DOST TUTMAĞA NƏ VAR Kİ.
    BELƏ YERDƏ KOMANDA RƏHBƏRİ OLMAQA NƏ VARKİ. HAZİR TƏYİNAT, PUL QAZANMAQA ƏLVERİŞLİ YER, HESAB SORUŞAN DA YOX.ƏLBƏTDƏ HAZİRİN HAZİRI OLANLAR ÖZ ƏMƏLLƏRİNİ ÖRT BASDIR ETMƏKDƏN ÖTRÜ QAZANDIQLARINDAN BİR AZ DA QƏPİK QURUŞ MƏTBUATA VERİB XƏZƏRİN BÜCCƏSİNDƏN, PULU NECƏ XƏRCLƏDİKLƏRİNDƏN YAZDIRIB XALQIN VƏ İCTİMAYYƏTİN FİKRİN ÇAŞDIRMAQA ŞALIŞIRLAR Kİ, ÖZ ƏMƏLLƏRİ YADDAN ÇIXSIN.
    A BALAM BU PUL BU KİŞİNİN, KAMANDA BU KİŞİNİN ÖZ ZƏHMƏTİ İLƏ QAZANDIQI HALAL PULDUR ÖZÜ BİLƏR NECƏ XƏRCLƏYƏR.YAXŞI OLAR Kİ, TUTDUQUNUZ O MÜVƏQQƏTİ VƏZİFƏDƏ MİLLƏTİN VƏ XALQIN PULUNU NECƏ XƏRCLƏDİYİNİZ HAQQINDA MƏTBUATA VƏ XALQA HESABAT VERƏSİZ. HƏPİNİN BOSTANIDI MƏGƏR . HƏR BİR XƏZƏR-LƏNKARANLININ TİKƏSİ OLAN BÜCCƏDƏN TİKƏMƏZDƏN YEYİB ÜZÜMÜZƏ AĞ OLANLAR.

    Reply
  • 13 Noyabr 2011 at 15:20
    Permalink

    1. Rednik cox INSAN adamdir! Bele sadelik helem rast gelmir! Germushukde bashgalarini geynen gedenleri! 2. Avropani germush meshqcidir, Ishini yaxshi bilir! 2 deyishme etmekle oyunun neticesini helln edir! 3, Bu INSAN ramin m,.xaqani m.,ve s, bele moshenniklerin arasinda suni qurulmush UNIbank Premyerliqasinda calishir! 4. Bu meshqci bizim AZERBAYCAN ucun calishir! Qazanarsa: titul ve medallar Azerbaycan futbolunun inkishafina,tarixe yazilir! Ruminiyanin yox AZERBAYCANin!!!!!

    Reply
  • 13 Noyabr 2011 at 13:41
    Permalink

    Qoy bunu neftçinin yalançı azarkeşləri və affa və pfl-də işləyən “Şərəfli” adamlar oxuyub gözlərinə su alsınlar! İndi fərqi görürsünüz? Rednik necə insandı? Bu insana heyranam! Çox sadə insandır! Çox dürüst insandı! Belə insan işinə vicdanla yanaşır deyə bəzi “VİCDAN və ŞƏRƏF təşəbbüskeş”-ləri ona qarşı qısqanclıq edirlər. Ataların belə sözü var. Kor kor, gör gör….Hər şey göz qabağındadır! Rednik kimi insan əsl humanizm nümunəsidir!

    Reply

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir