Samir Ələkbərov və Fabian Veldviyk Mirça Rednikə qarşı…

Böyüklərin kiçik oyunu…

Ardıcıl bir neçə gündür ki, saytımızda “Xəzər Lənkəran”ın məşqini klubun idman direktoru olan Fabian Veldviykin izlədiyini qeyd edirdik. Bu gün məşq zamanı Holland məşqçinin azarkeşlərin arasında deyil əks tərəfdə quraşdırılmış  oturacaqlarda oturduğunu gördük. Onun tək olmadığını da qeyd edək. Holland mütəxəssis əvəzedicilərin baş məşqçisi Samir Ələkbərovla yan-yana oturmuşdu. Fabian Veldviyklə Samir Ələkbərovun birləşərək əsas heyyətin məşqini izləməkdə hansı məqsədi güddüklərini anlamaq üçün məşqin sonunu gözləmək lazım gəldi. Beləliklə “Xəzər Lənkəran”ın məşqi bitdikdən sonra  komandanın məşqçi heyyəti, həkimlər, inzibatçıları, tərcüməçisi və Samir Ələkbərovla Fabian Veldviyk meydançanın azarkeşlərlə əks tərəfində kiçik qapılarla futbol oynamağa başladılar. Samir Ələkbərovla Fabian Veldviykin Mirça Rednikə qarşı komandada oynaması özü də elə məntiqə uyğunluq təşkil etdi. Fabian Veldviyk elə ilk dəqiqələrdən Holland futbolunun incəliklərini nümayiş etdirmək istəsə də Samir Ələkbərovun texnikası daha tez çox gözə dəydi. Rednikin müdafiəsi, Tejanın bir toxunuşlu ötürmələri və Mariusun fiziki hazırlığı bu kiçik oyuna əlavə rəng qatırdı.

Oyun davam edirdi, biz internet klublardan birinə özümüzü çatdırmaq üçün tələsik olaraq stadionun ərazisini tərk etdik. Təssüflər olsun ki, internet klublarda rastlaşdığımız texniki problemlər üzündən materialları saytda 3-saat sonra təqdim edə bildik.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir