Sən bir azadlıq nəğməsisən ki, notlarını oxuya bilməz kölələr…

“Xəzər Lənkəran”ım… (Təkrar)

Ağ-yaşıl sevginlə yaşayan minlərlə azarkeşin

“Haydı irəli Lənkəranın Xəzəri !“ hayqırtısını,

bəyənməz kökündən bixəbərlər…
Davam edir,

səni sevdiyimizə görə təhqirlər, təzyiqlər…

Səsimizi boğmaq istəyir qara dəyənəklər…

Sənə düşmən kəsilənlərin,  səni sevənlərə

xəyanət etdiyi bu məmləkətdə,

haqqını istədiyin günlərin say artımı davam edir…

Sənin haqqını yedi gədalar,

yaltaqlar boyun əydi düşməninə,

sənə qarşı birləşmək üçün…

Ağ-yaşıl  sevginlə yaşayan minlərlə azarkeşin,

“Haydı irəli Lənkəranın Xəzəri  !“ hayqırtısını,

bəyənməz kökündən bixəbərlər,

3-arxasını unudanlar…

Səni sevən ürəklərin yer aldığı sinələrə

dəyənəklər vursalar da

sındıra bilməzlər bu sevgimizi…

Sən bir azadlıq nəğməsisən ki,

notlarını oxuya bilməz kölələr…

Adını çəkərkən dilləri dönər şərəfsizlərin…

Səni sevə bilməz “yaşıl”ına kor baxanlar,

“Xəzər Lənkəran”ım…

Sən olduğun kimi

görünən bir həqiqətsən,

Sən ədalətin tərəfində yer aldığından

sən özün bir ədalətsən !

Sən “təkrarçılığın qala”sını uçurdan bir igidsən…

Sən Xan Lənkəranın yurd sevgisindən doğan günəşsən ki,

şəfəqlərini görərkən  gizlənər yarasalar…

Sənə sevgi dolu ürəklər bağlı ikən nəyə lazımdır ki, titullar…

Sən bizim titulumuzsan,

sən bizim fəxrimizsən “Xəzər Lənkəran” !

 

“Ultras Xəzər Lənkəran”

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir