“Səhv düşəndə yerimiz”

 “Xəzər Lənkəran”ın keçmiş baş məşqçiləri haqqında məlumatları azarkeşlərimizə çatdırmağa davam edirik. Artıq xəbər verdiyimiz kimi komandamızın keçmiş baş məşqçisi Mirça Rednik “Xəzər Lənkəran”dan ayrılandan sonrakı müddətdə vətənində ardıcıl iki klubda, “Astra” və “Petrolul” klublarında çalışmışdır. Hər iki klub hazırda Rumıniya çempionatında turnir cədvəlinin liderlər qrupuna daxildir. Nəhayət iki gün əvvə Rednik vaxtı ilə futbolçu kimi formasını geydiyi Belçikanın “Standard” Leige klubunun baş məşqçi postuna yiyələnib. Bu barədə saytımızda ətraflı məlumatlar təqdim olunmuşdur.

Bu arada Türkiyə mətbuatında yayılan xəbərlərə görə “Xəzər Lənkəran”ın digər keçmiş baş məşqçisi Güneyt Biçer də özünə iş yeri tapa bilib. Lakin Mirça Rednikdən fərqli olaraq Güneyt Biçer nəinki Türkiyənin Super Liqa, hətta 1-ci liqa təmsilsçisi ilə də deyil, əsasən yarım həvəskarlardan ibarət 2-ci liqa Qırmızı qrup komandalarından olan “Nazili Bələdiyyəspor” komandası ilə anlaşa bilib. BURADAN İZLƏ

Qeyd edək ki, bu fakt bir daha bizim dönə-dönə bildirdiyimiz fikirlərin həqiqət olduğunu isbatlayır. Beləki, Mirça Rednikin “Xəzər Lənkəran”dan min bir yolla istefasına nail olunduqdan sonra klubun aşağı yaş qruplarına rəhbərlik edən Güneyt Biçərin komandanın başına gətirilməsinə kəskin etiraz etmiş və bu addımı qeyri peşəkarcasına atılan addım kimi dəyərləndirmişdik. Buna cavab olaraq isə həmin ərəfələrdə klub rəhbərliyi tərəfindən bizə müxtəlif təpkilər və təzyiqlər olmuşdu. Bundan əlavə bəzi “küy”ə gedənlər də az qala bizi “Xəzər Lənkəran”ın düşməni kimi qələmə verməyə çalışırdılar. Müəyyən zaman keçdikdən sonra isə həqiqət ortaya çıxdı. Eyni ilə də bizim haqlı olduğumuz da bir daha göründü. Artıq hansı məşqçinin hansı səviyyədə olması konkret faktlarla göz önündədir – Mirça Rednik Belçikanın məşhur klublarından birinə baş məşqçi təyin olunduğu halda, Güneyt Biçer isə Türkiyə çempionatının nə Super liqası, nə də 1-ci liqası deyil, yalnız 2-ci liqa təmsilçisinin başına keçib. Yəqin ki, əlavə şərhə ehtiyac yoxdur.

8 thoughts on ““Səhv düşəndə yerimiz”

  • 31 Oktyabr 2012 at 15:33
    Permalink

    Əlavə şərhə ehtiyac var hörmətli admin. Redniki Güneyt Biçərlərlə müqayisə edib çikiltdiz indi zəhmət olmasa əlavə şərh verib Yunisnəndə müaqyisə edin dahada çikildin, yeni lap 0 eliyin
    ***
    İradınıza hörmətlə yanaşıram. Amma siz də razılaşın ki, Rednikin yerinə Biçeri təyin edənlər bu müqayisə üçün meydan açmışdılar.

    Reply
  • 30 Oktyabr 2012 at 01:34
    Permalink

    Hər dəfə  saytda bir  Mirzə Qərənfilimiz olmalıdır ,Qərənfillərin çox olması heç də yaxşı deyil ,Anlanmayanı anlatmaq çox çətin məsələdi ,

    Reply
  • 29 Oktyabr 2012 at 14:30
    Permalink

    Qeyri obyektiv yazıdır. Əvvəla Türkiyənin həvəskar komandaları belə Azərbaycan çempionatının komandalarından güclüdür. İkincisi isə Rednik də ikinci dəstədə çalışıb. Bu ayıb deyil ki. Amma Rednikdən fərqli olaraq Biçər hansısa bir komandanın aşağı diviziyaya düşməsində rol oynamayıb. ))
    ***
    Biz kiminsə şəxsiyyətinə toxunmaq fikrində deyil ki. Biz öz iddiamızın üzərində qalaraq bir daha bildiririk ki, Mirça Redniki min bir fırıldaqla çalışaraq istefa verməyə məcbur etdikdən sonra Güneyt Biçerin “Xəzər Lənkəran”a baş məşqçi təyin olunması gülünc addım idi. Biz bu iki insanın futbol məşqçisi kimi fərləqinin böyük olduğunu bildiririk. Qaldı ayıb məsələsinə. Rednik “Xəzər Lənkəran”dan sonra iki klubda çalışdı, az müddətdə olsa belə. İndi həmin iki klub Rumıniya çempionatının böyük klubları ilə birlikdə ilk beşlikdə yer alırlar. Rednik məşqçi kimi nəyə qadir olduğunu hər yerdə sübut edə bilir. Siz isə nəyisə qarışdırırsınız və elə müqyisələr verirsiniz ki, bu həqiqətə xidmət etmir. Şərhinizdə elə fikirlər var ki, güya yazıda biz səhv yazmışıq və güya Biçer Rednikdən güclü məşqçidir. Sizin məntiqnizlə Avropanın mərkəzi sayılan Belçikada adlı sanlı klublardan olan “Standard”Leige klubunun rəsmiləri futboldan anlayışı olmayanlardır ki, Mirça Redniki komandanın başına gətiriblər. Eyni ilə sizin məntiqinizlə belə çıxır ki, Türkiyə 2-ci liqasında yarımhəvəskarlardan ibarət olan “Nazili Bələdiyyəspor” klubunun rəsmiləri daha çox futbol biliyinə malkdirlər ki, Güneyt Biçeri komandaya məşqçi təyin ediblər.
    İndi mən də sizə sual verirəm, “Obyektiv”lik qiymətini verən hörmətli Zabil Madoj, sizin “məntqizinizə” biz obyektiv yanaşsaq həmin məntiqinizə hansı qiyməti verməliyik? Axı sizin məntiqinizlə bir az da irəli getsək belə alınar ki, zambağ quraqlıqda bitir, palıd ağacı qərənfildən hündür olmur, “Mersedes” “Zaporjets”dən zəif maşındır, komputerlə radio qəbuledicinin fərqi yoxdur, məhəllədki meyxana deyən Bilibala, dahi Məhəmməd Fizulidən güclü şairdir,Xəzər dənizi okeandır, sakit okean isə göldür,pəncərə şüşələri kağızdandır və s.

    Reply
    • 29 Oktyabr 2012 at 18:04
      Permalink

      Məncə Redniki bu qədər şişirdməyiniz artıqdır. Hamı kimi Rednik də bura pul qazanmağa gəlib. Deməyin ki, o öz pulunu millətə paylayırdı. Ətrafında çalışan bir-iki nəfərə 10 manat cib xərcliyi veribsə bu o demək deyil ki, o öz milyonlarını talış xalqının yolunda sərf edirdi. Elə olsaydı ən azından sizə turnir üçün vəd etdiyi 5000 manatı göndərərdi. Özü gələ bilməsəydi belə bank vasitəsi ilə göndərərdi. Onun transferlərdən qatdaladığı pullar 10 manat cib xərcliyinin yanında heçnədir. Birdə ki, yaxşı məşqçi əvvəllər harada işləməsi ilə seçilmir. Ona qalsa Berti Foqt Almaniya millisi ilə Avropa çempionu olub, amma Azərbaycan millisi ilə ondan-bundan futbol dərsi öyrənir. Məsələn Ser Aleks Verginson MY-ə gələndə Şotlandiyanın ikinci diviziyasında oynayan bir komandadan gəlmişdi. Baxın artıq neçə ildir ki, bu komandada uğurları sıralayır. Mənə elə gəlir ki, Cüneyt Biçər pis məşqçi deyildi. Sadəcə ona bir az zaman lazım idi. Sizin bəh-bəhlə təriflədiyiniz Rednikin isə Astrada heç bir rolu olmadı. Çünki onun rəhbərliyi altında bu komanda keçən ili 12-ci yerdə bitirdi. Məhz onun gedişindən sonra bu komanda özünə gəldi. Əgər demək istəyirsinizsə bu onun hesabına baş verib, yanılırsız. Əgər o belə güclü iş qurucusu olsaydı onun gedişindən sonra “Xəzər Lənkəran”da aləm bir birinə dəyməzdi. O hansı komandada çalışıbsa o komandanı bədbəxt edib. İndi də sıra “Standart”ındır. Yaşıyarıq görərik məntiqli qardaş. ))) Mənitiqi tuta bilmirsinizsə bu sizin probleminizdir. Yəqin məntiq tutmaq bacarığınızın “indiqator”u yanıb. Son olaraq məntiqdən danışdığınız üçün sizə bir böyük qardaş məsləhəti verim. Məntiqli insan admini olduğu saytda şərhlərə şərh verməz. Şərhi təhqir sayırsınızsa heç sayta yerləşdiməyin, yerləşdirmisinizsə şərh yazmayın. İstifadəcilərin şəxsi fikirlərinə hörmətlə yanaşın!
      ***
      Hansı əsasla qeyd edirsiniz ki, şərhlərə münasibət bildirmək məntiqsiz hərəkət sayılır? Bunu yazmaqda əsasınz nədir?
      Bu saytın rəhbəri kimi şərhlərə münasibət bildirmək mənim haqqımdır. Məgər haqqımdan istifadə etmək mənim üçün məntiqsiz əməl sayılmalıdır?
      İndi keçək Rednikin pul paylaması məsələsinə.
      Özünüz də qeyd edirsiniz ki, Rednik hamı kimi bura pul qazanmağa gəlmişdi. Bu da tam olaraq təbiidir. Məgər Rusiyaya gedən Azərbaycanlılar oraya pul qazanmağa getmirlərmi? Burda nəsə pis bir şey yoxdur ki. Biz də bilirik Rednik “Xəzər Lənkəran”a qabqcadan razılaşdırılmış maliyyə şərtləri olan müqaviləyə imza ataraq gəlmişdi ki,bu da tam normal haldır. Onun kiməsə cib xərcliyi verməsinin şəxsən şahidi olmamışam. Həmçinin millətə pul paylamağından da məlumatsızam, ümumiyyətlə bu nə söhbətdir heç baş açmıram. Rednik məşqçi idi ya bankir? O ümumiyyətlə niyə kiməsə pul verməli idi ki? Biz onun məşqçilik bacarığından yazı ilə çıxış etmişdik.
      Daha sonra Mirça Rednik nəyə görə pullarını sizin yazdığınız kimi Talış xalqının yolunda sərf etməli idi. Axı o burada futbol komandasında çalışmağa gəlmişdi, xeyriyyəçilik etməyə? Qeyd edim ki, oğullar var ki, milonları var amma öz xalqı üçün bir qəpiyindən də keçmirsə bunu niyə bir Rumın futbol məşqçisi etməlidir ki? Sizin bu şərhinizə necə münasibət bildirməyim axı? Siz camaatı nə hesab edirsiniz? Bu nə söhbətlərdir burada yazırsınız? Bütün bu fikirləriniz çox qarışıqdır.
      Keçək turnir məsələsinə. Rednik bizə yox, ay vətəndaş bir daha qeyd edirəm, bizə yox, turniri təşkil edənə telefon söhbətində demişdi ki, gəlsəm qalib komandaya mükafat verərəm. Amma sonradan Lənkəranda bəzi şəxslərin təxribat yarada biləcəyi ehtimalını əsas götürərək turnirin təşçkilatçısı özü Mirça Rednikdən bura gəlməməyini xahiş etmişdi. O zaman Rednik həmin pulu göndərmək niyyətini açıqlamış lakin turnir təşkilatçısı bundan da imtina etmişdi. Turnir təşkilatçısının bu hərəkətini də alqışlamaq lazımdır. Axı biz bir millət olaraq niyə də digər millətin nümayəndəsinin pulu barədə düşünməliyik. Siz də həcmcə böyük şərhinizin müəyyən hissəsini Mirça Rednikin “ona buna pul verməsinə” aid etmisiniz, axı bu bizlərə yaraşmaz. Öz yavan çörəyimizlə günümüzü keçirməyimiz daha şərəflidir. Niyə biz başqalarının pulunu saymalı və ya onların pullarının dərdini çəkməliyik? Axı həyatda hər şey pulla ölçülmür. Mən Azərbaycanda hələ də ilk və yeganə olan azarkeş saytını hansı ki, 600.000-dən çox izləyicisi var, bu böyüklükdə olan saytı pulsuz parasız çalışdırırıamsa, deməli pul heç nədir. Siz isə şərhinizi pulla o qədər bağlamısnız bu heç də yaxşı alınmır. Pulla ölçmək yaxşı hal deyil.
      Sonda: Məntiq məsələsinə bir də qayıdıram. Şəhrinizin sonunda “sizə bir böyük qardaş məsləhəti verim” yazmaqla heç də yaxşı iş görməmisiniz. Beləki, mən sizi şəxsən tanımıram, ümumiyyətlə siz özünüzü təqdim etmədən, yaşınızı göstərmədən (qeyd edim ki, şərhinizdən heç də ağsaqqala oxşamadığınızı göstərmisiniz) “özünüzü böyük qardaş” kimi göstərərk başqasına məsləhət vermək xəyalına düşmüsünüz. Bu işin özün də heç məntiq yoxdur. Hiss etmirsinizmi?

      Reply
      • 29 Oktyabr 2012 at 21:28
        Permalink

        gaga sen canun milleti ozuve guldurme… ne vaxdan turkiyenin qeyri pewekar klubu azerbaycan 4empionatindaki klublardan guclu olub?? inter bakinin bu yay 11-0 uddugu klublar??? turkiye superliqasinda 3-4 klubdan bawga he4 1i bizim 3lukdeki klublardan guclu deil beraberseviyyelidi..!!!

        Reply
    • 30 Oktyabr 2012 at 03:23
      Permalink

      Hormetli Inzibatci, men bu qardashin bir fikri ile raziyamki, bele sherhe serh ile cavab vermeye ehtiyac yoxdur. Bu da onun shexsi fikridir. Axi bu Bicerinde gerek ki, bir azerkeshi olsun. 🙂
      C……………………..
      ***
      Maraqlı yanaşmanız diqqət çəkir. Həqiqətən də Biçerin də gərək heç olmasa bir tərəfdarı olmalıdır. Sadəcə alındı cavab verdim, bəlkə də vaxtımı itirdim, bilmirəm. Şəxsən tanımadığım insandır, bacardıqca nəzakətli olmağa çalışırdım.
      Qaldı ki, şərhiizin sonuncu hissəsinə hansı ki, silmişəm, (səbəbini də yəqin ki, anlayışla qarşılayarsınız) bax həmin sualınızla bağlı cavab verirəm ki, sizə diqqətinizə görə təşəkkür edirəm, hazırda normaldır.

      Reply
  • 29 Oktyabr 2012 at 14:05
    Permalink

    Elave serhe ehtiyac odur ki, Cuneyt Bicerin futbola harada baslamasi meqamina fikir vermekdir. O futbola ilk defe “Torbali” klubunda baslayarken,  futboldancox, hem de torba-nin sirlerini daha yaxsi oyrenib. Burada da bu sirlere nece yiyelendiyinin ustaligini gostere bildi. onun haqqinda:” Spor Toto 2. Lig Kırmızı Grup ekiplerinden Nazilli Belediyespor’da, Mustafa Ceviz’den boşalan teknik direktörlük görevine Cüneyt Biçer getirildi.Geçen hafta teknik direktör Mustafa Ceviz ile yollarını ayıran siyah-beyazlı ekip, Cüneyt Biçer ile 1 yıllık sözleşme imzaladı.Futbola Altay altyapısında başladıktan sonra Torbalıspor, Üsküdar Anadolu, Aliağa Belediyespor ve Ödemiş Belediyespor’da forma giyen Biçer’in, Azerbaycan FC Bakü, Pazarspor, Muğlaspor, Ulucak Belediyespor ve Bucaspor’da görev yaptığı bildirildi.”

    Reply

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir