Ruslan Abışov Xəzər Lənkərana qayıdır

1707602_FULL-LND“Qəbələ” ilə yolları ayrılan Ruslan Abışovun yeni komandası müəyyənləşib.

Məlumata görə, adı müxtəlif klublarla birgə hallanan yığmamızın üzvü vaxtilə oynadığı “Xəzər Lənkəran”a qayıtmağa qərar verib.

 İyunun 24-də görüşən tərəflər arasında ilkin razılıq əldə olunub. Təkcə müqavilənin müddətini razılaşdırmaq qalıb ki, ona da sabahkı görüşdə aydınlıq gələcək.

 “Neftçi”nin yetirməsi olan Ruslan üçün “Xəzər Lənkəran” yad klub deyil. 28 yaşlı müdafiəçi 2012-2013 mövsümünün birinci hissəsini “ağ-yaşıllar”ın heyətində keçirmişdi. Daha sonra “Rubin”dən təklif alan Abışov Rusiyaya yollanmışdı.

MƏNBƏ: Apasport.az

33 thoughts on “Ruslan Abışov Xəzər Lənkərana qayıdır

  • 26 İyun 2015 at 23:55
    Permalink

    Dediler 12cioyuncu saytinda Abiwovla bagli muzakire gedir. Bura girib oz fikrimi yazmagi ozume menevi borc bildim. Evvela biz Ruslanin Qebeleden getmesini ewidende wok oldug. Cunki Qebele yarananda bizde Ruslan ve Cavid Huseynov kimi keyfiyyetli yerli futbolcu olmayib.tam semimi deyirem.buna gore qebele rehberliyine kesgin etirazimizi bildirdik ve onlari qiniyirig.Ruslan indi Lenkerana kecib ve ona komandamiza etdiklerine gore butun QEBELE azarkewleri adinda tewekkur edirik.sen KIWI adamsan RUSLAN.Xezer azarkewlerinede sozun odurki Ruslan kimi 2-3 futbolcusu olan komanda her il medal qazanar.ugurlar size.Abiwov bundan sonra size emanet !!!!!!!

    Reply
  • 26 İyun 2015 at 16:56
    Permalink

    Xos geldin Ruslan. Cox super transferdi. Bax bize bu cur futbolcular lazimmdi. Qebeledeki oyunlarina fikir verirdim esl liderdi komandasi ucun canin qoyur. Mence merkez mudafiecisi kimi cox gujdudur agilli futbol oynuyur. Hemdeki onun Lenkerandaki savab emellerinden xeberdarug. Skarlaynan ela tandem

    Reply
  • 26 İyun 2015 at 14:11
    Permalink

    Salam Qabil muellim! Werhiniz superdir,menim werhimle eyni fikirlidir.Sizin kimi temiz duwunceli,savadli fikrini catdira bilan ziyalilara hemiwa qenclerin ehtiyaci var.Duwunuram ki,men fikirda olan azerkrwlerimiz coxdur.Tewekkurlar!

    Reply
  • 26 İyun 2015 at 13:40
    Permalink

    Salam, Admin bəy. İlk öncə bildirim ki, tam formalaşmamış bir komandanın ayrı-ayrı futbolşuları haqda bədbin fikirlər söyləməyin əleyhinəyəm. Misal üçün filən futbolçu “Neftçi”nin artıq-urtuğudur və o, bizə lazım deyil kimi fikirlər yürüdən azarkeşlərimiz unudurlar ki, yeganə çempionluğu A.Mircavadov hansı heyətlə qazandı. Peşəkar futbolçu hansı klubla müqavilə bağlayırsa, hansı klubun yetirməsi olmasından asılı olmayaraq müqaviləsi olan kluba mənsubdur. Mən şəxsən çox sevinərəm ki, “Xəzər Lənkəran”ın onlarla yetirməsi digər klublarda futbol oynasın və tanınsın. Nə qədər ki, öz klubumuzun yetirmələri o səviyyəyə çatmayıb deməli onlar bu gün futbolun sirrlərini Vaqifdən, Vüqardan, Ruslandan və digərlərindən öyrənməlidir. Öz yetirmələrimizin də tam ərsəyə gəlməsi üçün hələlik komandamızın digər klubların yetirmələrinə böyük ehtiyacı var. Azarkeşlərimizin fikirlərinə hörmətlə yanaşıram və əgər öz fikirlərimdə yanlışlığa yol vermişəmsə, münasibət bildirsinlər. Qabqcadan təşəkkür edirəm.

    Reply
  • 26 İyun 2015 at 12:59
    Permalink

    salam, vaxtiken Boyukaga mellimin “en sevimli” oyuncusu idi Ruslan, Neftcinin qapisina 2 avtoqolu var, yadinizda?? sehv etmiremse biri de bizimle oyunda qeyde alinmişdi :))))))

    Reply

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir