Ruhumuz sağlam olaydı

sağlam-ruh31-dekabr dünya Azərbaycanlılarının həmrəylik günü kimi qeyd olunur. Eyni zamanda təqvimlə 2012-ci ilin son günüdür. Qarşıda isə yeni 2013-cü il gəlir.

 Kaş yeni ildən bir az dəyişəydikbir az səmimi olaydıq, bir az da sadələşəydik. Azca yaxşılaşaydıq dostlarımıza qarşı, pisləşəydik düşmənlərə qarşı çoxlu-çoxlu. Beləcə bilinəydi bütöv bir xalq olmağımız. Kökümüzün saflığını tarixçilərin yalançı əsərləri ilə yox gözəl əməllərimizlə sübut edəydik. Qarabağın bizə məxsus olduğunu mahnılarda və şerlərdə deyil Şuşaya gəzmək məqsədi ilə gedərək  göstərə biləydik !

Kaş  üzümüzə gələn ildə Azərbaycanı  dünyada neftinə görə yox, ağıllı insanlarına görə tanıyaydılar. Gömrükxanadan başlayan təmiz əməllər dükan-bazara qədər davam edəydi, polislər insanlara görə qanunları yox, qanunlara görə insanları qoruyaydlar, həkimlər nəhayət ki, heç olmasa bu yeni ildə xəstəliklə mübarizəni xəstələrin özləri ilə mübarizədən üstün tutaydılar. Ziyalılarımız boynundan qalstuk asdığına görə deyil əxlaqı ilə seçiləydi aramızda, sirrlər də qalaydı aramızda əmanət kimi, susaydı yalançı dillər, sağ əlin verdiyini sol əl bilməyəydi, həyat maraqlı olaydI…

Qarşıdan gələn 2013-cü ildə kaş bir az səxavətli olub ehsan edəydik yaxşı əməllərimizi, yuxarıdan aşağıya, aşağıdan yuxarıya. Çox yox, heç olmasa  cavanlarımızın həyat tərzində indikindən azca fərq görünəcək qədər məntiq olaydı. Diqqətli olaydı icarədarlar, insaflı olaydı xəzinədarlar. Bir az dəyişərək ədalətli olaydıq, bir az mədəni olaydıq, bir az həqiqətsevər, bir az da dəyişərək etibarlı olaydıq, sonda yenə Azərbaycanlı qalaydıq.

Kaş hər günün sonunda və hər yeni günə başlamadan öncə etiraf edəydik səhvlərimizi və sevinəydik uğurlarımızla səmimiyyətlə, beləcə  ruhumuz sağlam olaydı.

 Azərbaycanlı kimi həmrəy olaydıq.

16 thoughts on “Ruhumuz sağlam olaydı

  • 31 Dekabr 2012 at 17:46
    Permalink

    salam bayraminiz mubarek size uzun omur can sagligi birde arzulariviza catarsiz amin…………..

    Reply
  • 31 Dekabr 2012 at 15:29
    Permalink

    Salam hörmətli Admin və bütün Xəzər Lənkəran azarkeşləri.Hmını 31 dekabr dünya azərbaycanlılarının həmrəylk günüi və yeni 2013-cü il münasibətilə təbrik edirəm.Hər birinizə can sağlığı, ailə səadəti və şəxsi işlərinizdə bol-bol uğurlar və müvəffəqiyyətlər arzulayıram.İnşallah yeni il hamımız üşün düşərli olsun.İnşallah yeni ildə sevimli komandamız qələbələri sıralasın.İnşallah yeni ildə sevimli komandamızın səsi mötəbər beynəlxalq yarışlarda hallansın.AMİN!!!

    Reply
  • 31 Dekabr 2012 at 14:00
    Permalink

    Admin bayraminiz mubarek olsun,nece bele iller,saglam ruh,xosbextlik arzulayiram,eyni zamanda butun Xezer-Lenkeran kollektivini ve onun mohtesem azerkeslerini tebrik edirem.

    Reply
  • 31 Dekabr 2012 at 13:30
    Permalink

    Admin Çox gözel arzulardi.Bu arzularin indiki realliqla çin olma ehtimalı az olsada Mən başda siz olmaqnan butun sayt isdifadəçilərini və butun Xəzər-Lənkaran sevərləri gələn yeni il munasibəti ilə təbrix edirəm.Hamiya uğurlar,sağlamliq arzu edirəm.

    Reply
  • 31 Dekabr 2012 at 12:45
    Permalink

    Tesekkur,admin,Insallah siz yazdiginizdan da ela olsun.istekleriniz gercek olsun

    Reply
  • 31 Dekabr 2012 at 11:14
    Permalink

    hamini tebrik edirem bayramiz mubarek ! nece bele ilere 

    Reply
  • 31 Dekabr 2012 at 07:13
    Permalink

    Hormetli Admin, sizi ve sizin ailenizi garshidan gelen yeni il munasibetiyle semimi gelbden tebrik edirem. Sizlere can sagligi, aile seadeti, ve choxlu choxlu pul arzu ediremki, duynani geze bilesiniz ailenizle birge. Allah sizin ailenize sebir versin. Ona goreki, siz heyatinizin chox hissesini biz azerkeshlere hesr etmisiniz. Allah sizi ve sizin ailenizi gorusun.
    ***
    Təşəkkürlər, qarşılıqlıdır.

    Reply
  • 31 Dekabr 2012 at 00:53
    Permalink

    Çox gözəl arzulardı Admin! 

    Reply
  • 31 Dekabr 2012 at 00:26
    Permalink

    Salam admin! Xahis edirem Manusta adiyla kim sehr yazir onu  xahis edirem sayta verme. Bu barede etrafli sohbet ederem. Qatiq-qatiq sozler yazillar sonrada adini qoyullar Mamusta. Amin done-done xais edirem bu meseleye fikir ver zehmet olmasa!!!!
    ***
    Mən sizi başa düşdüm.

    Reply
    • 31 Dekabr 2012 at 00:33
      Permalink

      Cox-cox sag ol admin. Men sizdende uzur isdeyirem.   (Sizdendee)

      Reply
  • 31 Dekabr 2012 at 00:06
    Permalink

    Inwallah 2013 cu ilde arzuladiqimiz xezer lenkerani goreydik . Amin

    Reply

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir