Rednik yeni komandasını məşqə çıxardı

“Xəzər Lənkəran”ın keçmiş baş məşqçisi Mirça Rednik oktyabrın 29-da “Standard” Leige komandası ilə ilk məşqinə çıxıb. Bir vaxtlar Lənkəranda keçirilən məşqlərdə olduğu kimi Leige şəhərində də baş tutan hazırlıq prossesində Rednik yeni komandasının üzvlərini heyrətləndirib. Beləki, futbolçularla birgə məşq edən çalışdırıcı özüməxsus zarafatlarından qalmasa da ciddiliyini və nizam intizam sevməyini də nümayiş etdirib. BURADAN IZLƏ.  İlk növbədə “Standard”ın qapıçıları ilə maraqlanan Rumın məşqçi köməkçisi Mihay Teja ilə birlikdə daha sonra mövqelər üzrə futbolçuların hazırlıq səviyyəsinə diqqət yetirib. Yarımmüdafiəçilərin fiziki hazırlıq üzrə normativləri bir-bir yoxlanıldıqdan sonra taktiki çalışmalar başlayıb. Rednik komandanı səfərdə keçiriləcək qarşılaşmaya hazırlayıb. Xatırladaq ki, “Standard” Leige komandası çempionatın XIII turu çərçivəsində oktyabrın 31-də “KRC Genk” klubunun qonağı olacaq.  Qeyd edək ki, bütün fotolar Standard.be saytından götürülmüşdür.

6 thoughts on “Rednik yeni komandasını məşqə çıxardı

  • 31 Oktyabr 2012 at 03:25
    Permalink

    diyir Muselmana yaxwiliq yoxdu 1 ilde 2 ci yer ve kobuk . ona saqol demekden qaraci dediler ..

    Reply
  • 30 Oktyabr 2012 at 23:53
    Permalink

    Avropa saviyyali bir masqcini qovub yеrinda gor kimi gatiriblar.Admin bu dardi kima diyak.15 min stadionda azarkеs olurdu,indi hеc 5 min da olmur,100 , 150 azarkеs sarh yazirdi,indi hеc 10 nafarda yazmir.Har dafa sakillara baxanda azab kеciriram.Hеc o vicdansizlar azab kеcirirlarmi
    ***
    Düz qeyd edirsiniz ki, “Standard” Leige klubu kimi tarixi ənənəsi olan klubda çalışmaqla Mirça Rednik bir daha məşqçilik səviyyəsinin böyüklüyünü göstərir. Onu bəyənməyənlərin arqumentləri isə özlərinə qaldı. Heç inanmıram ki, Belçikada kimsə “Mirça Rednik Qaraçıdır” və ya “Rednik bura pul qazanmağa gəlib” kimi düşük, ibtidai düşüncənin məhsulu olan fikirləri ilə diqqət çəksin. Ölkəmizdə azarkeşlərin müəyyən hissəsini futboldan iyrəndirənlər özləri iyrəncdirlər. Belələri hər vəclə sadə azarkeşin gündən günə ölkə futboluna nifrət etməsinə səbəb olan addımlar atırlar.

    Reply
    • 31 Oktyabr 2012 at 02:50
      Permalink

      Bəlkə K. Tuayevi göndərək Belçikaya, ezamiyyətə?

      Reply
  • 30 Oktyabr 2012 at 23:32
    Permalink

    Rеdniki burdan qovanlar ,torba tikanlar Azarbaycan futbolunun dusmanlaridir Indi baxib utansinlar .Haman insanlara olmak lazimdir.Ar olsun bеla insanlara.

    Reply
  • 30 Oktyabr 2012 at 20:01
    Permalink

    kim deyirdiki rednik getsin budur rednik baxin utanin. Rednikin bildiyini
     siz yuxudada gormazsiniz

    Reply
  • 30 Oktyabr 2012 at 18:53
    Permalink

    Əsi fədakarasan .Rednik .Qədrini bilməyəyənlərə ar olsun .Sənə pul üçun gəldiyini deyənlər .dar düşüncəli insanlardı . Hər bir kəs gördüyi iş üçün pul almaldır .Amma deyəsən bu Rednikə qadağa olunub ki  A ..Xanlarov və onun kimi  düşünənlər deyirlər ki Rednki gəgrək pulsuz işləsin ,. Allah bizi cahillərdən uzaq etsin !

    Reply

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir