Rednik: Braziliya, Hollandiya və İspaniyadan futbolçular gətiririk…

Mirça Rednikin azarkeşlərə müsahibəsi…

İlk olaraq onu qeyd edək ki, qızğın iş rejimində çalışan Mirça Rednik menecerlərlə söhbətini yarımçıq saxlayıb suallara cavablandırmağa razılıq verdi. Beləki, söhbətin azarkeşlərdən getdiyini eşidən Rednik menecerlərdən ayrılaraq kənara çəkildi və məmnuniyyətlə suallara cavab verəcəyini bildirdi. O sualları diqqətlə izləyib cavablandırdığı dəqiqələrdə həmin menecerlər ora bura var-gəl edir, baş məşqçimizi gözləyirdilər. Xüsusi olaraq vurğulamaq istərdik ki, Mirça Rednik heç bir informasiya vasitəsinə müsahibə vermədiyi halda məhz azarkeşlərin suallarını cavablandırmağa razılıq verdi. Onu da qeyd edək ki, sualların böyük əksrəiyyəti oxaşlıq təşkil etdiyi üçün suallar ona ümumiləşdirilmiş formada təqdim olunmuşdu. Beləcə bütün suallar öz cavablarını tapmış oldu.

Komandanın heyəti avroliqanın oyununa qədər tam formalaşa biləcəkmi, vaxt qıtlığı buna mane olmayacaq ki ?

Təbii ki, vaxtımız azdı, amma gecə-gündüz calışırıq, həm məşqlərdə , həm də yeni oyunçuların komandaya dəvətiylə bağlı. Özünüz də bilirsiniz ki, bizə rəqib olan “Makkabi” həqiqətən güclü komandadı. Avropada tanınır, müntəzəm olaraq avrokuboklarda cıxış edir. Biz də boş oturmuruq, bəzən elə gün olur ki, heç yatmağa vaxtım olmur. Ümid edirəm ki, sonda zəhmətimiz bəhrəsini verəcək.

Uinston Parksı elə siz ölkəmizə gətirmisiniz, onun gedişindən sonra belə səviyyəli futbolçunu komandaya gətirməyi düşünürsünüzmü ?

Bildiyiniz kimi, avrokuboklarda praktiki olaraq zəif rəqib yoxdu. Bunun üçün heyətimizə güclü oyunçular dəvət etmək məcburiyyətindəyik. Düşünürəm ki, yeni gələn oyunçular Parksı layiqincı əvəz edə biləcəklər, hətta ondan da uğurlu cixış edib onu unutduracaqlar.

Manuel Skarlatake kimi səviyyəli mərkəz müdafiçəsini komandaya dəvət etmək fikriniz varmı?

Əlbəttə, uğurulu çıxış etmək üçün hər bir mövqedə güclü oyunçular olmalıdı. Biz də çalışırıq ki, heyətdəki zəif mövqeləri gücləndirək, eyni zamanda da müdafiə xəttini.

Cənab Rednik bildiyiniz kimi bütün azarkeşlər sizi dəstəkləyirlər. Avroliqa öncəsi komandaya neçə səviyyəli futbolçu və hansı mövqelərə gətirmək fikriniz var ?

Komandada rəqabəti gücləndirmək üçün əksər mövqələrə oyunçu dəvət edirik. Bir neçə variantlar var. Qarşidakı günlərdə Braziliya, Hollandiya və İspaniyadan oyunçular komandaya qoşulmalıdırlar.

Dosunmu Tosin və Marius Onofraş yaşca 30-u adlayıblar. Növbəti transferlər gənc futbolçular olacaq ? 30-yaş və ya daha yuxarı ?

Bilirsiz, avrokuboklarda uğur qazanmaq üçün heyətində təcrübəli futbolçular olmalıdı. Məhz buna görə avroturnirlərdə oynamış futbolçulara ehtiyac var. Nisbətən gənc və Avropa təcrübəsi olan futbolçuları Azərbaycana gətirmək üçün razı salmaq heç də asan deyil. Komandaya qoşulacaq yeni oyunçular arasında nisbətən gənc futbolçular da olacaq. Gənc və təcrübəlilərin vəhdətindən rəqabətə davamlı komanda yaratmağa calışacağıq.

Adrian Pitsin yubanmasına səbəb nədir ?

Onun özüylə də, meneceriylə də danışmışam. Sabah ya da birisigün komandaya goşulması gözlənilir. Bəzi həll olunası məsələlər var, ümid edirəm ki, komanda rəhbərliyi bunu yoluna qoyacaq.

Cənab Rednik, komandaya Wobay kimi 1 yarımmüdafiəçi də lazımdı. Sizin fikriniz nədir ?

Mən də sizinlə razıyam, yuxarıda qeyd etdiyim kimi, Braziliya, Hollandiya və İspaniyadan gələcək futbolçular məhz Wobay tipli oyunçulardır.

Komandada Lənkəranlı gənc futbolçulara yeni mövsümdə yer veriləcəkmi ?

Mən də komandada yerli futbolçuların olmasını çox istərdim. Amma təəssüf ki, hələ əsas komandaya yüksəlmək səviyyəsində futbolçu yoxdu. Klub rəhbərliyi gördüyüm qədəriylə uşaq futbolunun inkişafı üçün calışır.Hər şey planlı şəkildə həyata keçirilərsə garşıdakı 2-3 ildə heyətdə yerli futbolçu görə bilərik.

Cənab Rednik bilirmi “Xəzər Lənkəran” komandası avroliqada qara zolaqdadır, o inanırmı ki, qara zolaqdan komandanı çıxara bilər ?

Baxmayaraq ki, rəqibimiz çox güclüdü , inanıram ki, bu uğursuz seriyaya nəhayət son qoya bilərik.

Adrian Mutunu “Xəzər Lənkəran”a gətirmək mümkündür ?

İndi bu bir az mümkünsüz görünür. Bəlkə də bir neçə ildən sonra onun Azərbaycana gəlişi baş tuta bilər. Hazırda isə onu heyətində görmək istəyən klub böyük məbləğdə xərcə düşməlidi…

Komandada pleymekr problemi var, siz bu problemi bu dəfə həll etməyi düşünürsünüzmü ?

Əlbəttə, həmin mövqedə də yeni oyunçumuz olacaq.

Opara Emekaya komandada ehtiyac varmı ?

Oyunun taleyini dəyişə biləcək futbolçu olmasa da, hər halda komandaya xeyri dəyir.

“Makkabi”nin casusları komandamızın oyununu izləyirsə siz də israil komandasının oyununn ilzəməyə nümayəndə göndərirsinizmi ?

Hələ yox, amma onların növbəti yoxlama oyunlarını hökmən izləmək fikrimiz var.

Parksı ölkəmizə siz gətirmisiniz, onun digər klubla danışıqlar apardığından məlumatınız var idimi, var idisə tədbir görməməklə hansı nüansları nəzərə almışdınız ?

Parks yaxşı futbolçudu. Keçən mövsümü uğurlu başa vurmaqda bizə koməyi dəydiyi üçün ona təşəkkür edirik. Amma təəssüf ki, o maddi cəhətdən özünə daha sərfəli variantı seçdi. Bu haqda daha çox danışmaq istəməzdim. Artıq nəyisə dəyişmək gecdi. İrəliyə baxmaq və nikbin olmaq lazımdı. Ümid edirəm ki, hər şey yaxşı olacaq.

Sonda bütün azarkeşlərə salamlarımı çatdırıram. Onları avrokubok oyunlarında sevindirmək üçün əlimizdən gələni edəcəyik!!!

Avstriya –Fulpmes – Azərbaycan – Lənkəran

QEYD: Məlumatdan istifadə edildikdə istinad zəruridir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir