Rednik: Biz sözümüzü tutmağı bacarırıq.

 mirceaƏvvəlcə qarşımıza məqsəd qoymuşduq ki, ilk altı komanda arasında yer alaq, biz buna nail  olduq. İndi isə ilk üçlük barədə düşünürük. Komandam vuruşdu, mübarizədən çəkinmədi. Biz sözümüzü tutmağı bacarırıq.” bu sözləri “Xəzər Lənkəran”ın keçmiş baş məşqçisi hazırda isə Belçikanın Standard” klubunu çalışdıran Mirça Rednik Belçika mətbuatına açıqlamasında bildirib. Rumın mütəxəssis qış transferində  bir neçə  yeni futbolçunu heyətə qatmaq  niyyətində olduğunu da dilə gətirib. “İndidən hamısının adını çəkmək istəmirəm, təbii ki, yeni simalar olacaq. Onlardan biri Rumıniya millisinin üzvü Alexandru Maximdir. Lazım olan futbolçuların əldə olunmasında problemimiz yoxdur, amma son qərarı yenə də klub prezidenti verəcək.” Belçika mətbuatının verdiyi məlumata görə yoldaşlıq oyununda Belçika millisinin qapısına vurduğu qolla yadda qalan 22-yaşlı gənc hücuma meyilli yarımmüdafiəçi Alexandru Maximi əldə etmək  üçün İspaniya, İtaliya və Almaniya klubları da hərəkətə keçiblər. Sudinfo.be saytı  Alexandru Maximin “Standard”a  mümkün keçidinə belə münasibət bildirib: Rumın futbolçuların Belçikada çıxış etməsi təzə bir şey deyil, beləki, Mirça Rednik özü də vaxtı ilə 5-il ərzində “Standard”ın heyətində futbolçu karyerası yaşayıb.

Xatırladaq ki,  “Xəzər Lənkəran”ın məşqçisi olduğu vaxtda Mirça Rednikin  dəvət etdiyi Rumın futbolçular ölkəmizdə heç də hamı tərəfindən yaxşı qarşılanmamışdı. Beləki, futbol qurumları və bəzi mətbuat nümayəndələri eləcə də  “Xan Lənkəran” fan klubu tərəfindən gah “Qaraçı” adlandırılır, gah da müxtəlif  təhqir və yersiz tənqidlərə məruz qalırdılar. Nümunəvi mədəni davranışa malik  Belçikalıların futbol qurumları və mətbuatı yəqin ki,  bu məsələdə fərqli düşüncədədirlər. Yəqin ki, Belçikada “Xan Lənkəran” fan klubu kimi fan klub da yoxdur…

8 thoughts on “Rednik: Biz sözümüzü tutmağı bacarırıq.

  • 03 Yanvar 2013 at 13:01
    Permalink

    Elwan Imamaliyev  kimi dunayada insan yoxdur…
    Allah cezavi versin.Admin, zehmet olmasa werhimi alava edin
    ***
    Mümkünsə ad çəkməyin xahiş edirəm. Bu arada qeyd edim ki, onlar hələ arsız-arsız deyirlər ki, güya saytımızda şərhləri də özümüz yazırıq. Görün nə qədər düşüncəsizdirlər. Düşüncəsizlərdən isə nə desən gözləmək olar.

    Reply
  • 01 Yanvar 2013 at 15:03
    Permalink

    rednik hemise qelbimizdedir ve hemise qelbimizde olacaq

    Reply
  • 31 Dekabr 2012 at 15:16
    Permalink

    her defe Redniki gorende, onun haqqinda xeber oxudugumda gozlerim yasharir VALLAH..
    Redniki  Lenkerandan didergin salanlarin ALLAH belalarin versin..Verir onsuz yavash-yavash..Kamran getdi..Novbe Tuyqun Nadirovdadir..

    Reply
  • 30 Dekabr 2012 at 20:24
    Permalink

    her defe Rednikin adin ewidende deli bir aqlamaq kecir könlümden.göresen o bilir hesretle onun yolunu gözdüyür xezer lenkaran azerkewi

    Reply
  • 30 Dekabr 2012 at 19:21
    Permalink

    Ey BÖYUK REDNİK: SƏNİ GÖRƏNDƏ HƏM SEVİNİRİK HƏM DƏ KƏDƏRLƏNİRİK.SEVİNİRİK ONA GÖRƏ Kİ,YUXARILARA QALXMISAN,KƏDƏRLƏNİRİK VAXTINDA SİZİN QƏDRİNİZİ BİLMƏDİK.NƏDƏNSƏ SİZİ UNUDA BİLMİRİK.

    Reply
  • 30 Dekabr 2012 at 19:13
    Permalink

    Rednik gedəndə demişdi ki ,”Mənim bura -Lənkarana  qaydışım MÖHTƏŞƏM  olacaq ”  Yəqin ki qazanacağı  titullardan söhbət gedirmiş və doğurdanda sözün tutmağı bacarır . İnşallah yenə də Xəzər də baş məşqçı işləyər ,Mübariz Mənsinmov kimi fəxri prezdentimiz var ,Onu öz kulubunda işləməyə razı salar .O vaxta kimi ,AFFA vəPFL  də Futbolun inkişafını ,öz Cibinin inkişafından ,daha çox istəyən insanlar ,rəhbərlik edər ,

    Reply
  • 30 Dekabr 2012 at 17:19
    Permalink

    EHhhhhh heyifler. Chox chox heyifler. Hormetli Admin, inanin bu yerde Kor Arabin mahnisi yadima dushdu. “Ne eshq olaydi, ne ashiq. Ne xelq olaydi ne xaliq” Men hegigeten bu gozel insani ve gozel meshgchini ureyimden hech curre chixara bilmirem.

    Reply
  • 30 Dekabr 2012 at 16:55
    Permalink

    Heyif səndən Rednik! Senin qədrini bilmədik, futbol fəlsəfən Azərbaycan üçün yararsız oldu.

    Reply

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir