“Raston” preparatının dəstəyi ilə “Xəzər Lənkəran”ın məşqində…

Vobay və Opara Avstriyada məşq edirlər… FOTOLAR.

Avstriyada təlim məşq toplantısında olan ”Xəzər Lənkəran” komandası bu gün sərəncamında olan meydançada axşam məşqinə çıxıb. Komandanın düşərgəsinə yeni futbolçuların gəlişinin davam etdiyini qeyd etməklə yanaşı, onu da bildirək ki,  viza məsələsi həll olunandan sonra komandanın düşərgəsinə qoşulan Vobay Julius və Opara Emeka komandanın axşam məşqində  iştirak ediblər. Son 10-gün ərzində Bakıda  fərdi məşqlərlə formalarını saxlamağa çalışan hər iki futbolçumuzun yeni qurulmuş komandaya uyğunlaşma prossesinə baş məşqçi Mirça Rednik özü nəzarət edir. Bu məqsədlə Rednik  köməkçilərinə adı çəkilən futbolçularla xüsusi  məşq proqramı ilə məşğul olmalarını tapşırıb.

QEYD: Məlumatdan istifadə edildikdə istinad zəruridir.

Fotolara həqiqi ölçüsündə baxmaq üçün üzərinə klik edin.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir