“Rəvan” – “Xəzər Lənkəran”

kubokAzərbaycan kubokunun ¼ final mərhələsi çərçivəsinə bu gün, fevralın 27-də “Xəzər Lənkəran” komandası “Rəvan” klubu ilə qarşılaşacaq. “Bayıl Arena” stadionunda saat 17:00-da start götürəcək oyunu Rauf Cabbarovun başçılıq etdiyi hakmlər briqadası idarə edəcək. Ona laysmanlar İlham Əliyev və  Coşqun Həsənov, eləcə də dördüncü hakim  Ramil Diniyev yardım edəcəklər. “Rəvan” – “Xəzər lənkəran” matçı heç bir kanalla yayımlanmayacaq. Qeyd edək ki, “Xəzər Lənkəran” dünən saat 17:00-da “Bayıl Arena” stadionunda oyun öncəsi son məşqini keçirmişdi. Baş məşqçi Karles Bakesin istefasından sonra komandanı məşqə Erik Roketa və Emin Quliyev çıxarıblar. Hazırlıq prossesində komanda daxilində ab-havanın həmişəkindən daha fərqli olması diqqət çəkib. Beləki,  Baksein gedişindən sonra futbolçularda əlavə xoş əhval ruihiyyə yaranması hiss olunub. Bir saat sürən məşqdə futbolçular toplu çalışmalardan əlavə qapılara müxtəlif məsafələrdən zərbələr üzərində də işləyiblər. Oyun öncəsi son məşqdə taktiki hazırlığın əsasən hücum üzərində qurulması da diqqətdən yayınmayıb.

Beləliklə, “Xəzər Lənkəran” komandası bu gün “Rəvan” klubu ilə Azərbaycan kubokunun ¼ final mrəhələsinin ilk oyununda qarşılaşır. İnanmaq istərdik ki, ara sıra rəhbərliyə şikayət edərək baş məşqçinin taktikadan başı çıxmadığını və zəif məşqçi olduğunu iddia edən bəzi futbolçularımız da bu gün daha əzmkarlıqla mübarizə apararaq qələbə qazanmağa çalışacaqlar. Həmçinin inanırıq ki, bu gün  “Xəzər Lənkəran” komandası son zamanlarkı matçlardan  daha yaxşı çıxış edəcək.

“Xəzər Lənkəran”a uğurlar arzulayırıq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir