…qütblərin fərqinə varmadan…

…eşidirsənmi  Belçikalı ?..

Yaşayasan Avropanın mərkəzində, əziyyətsiz filənsiz dövlət hesabına, nə bilim arvad hesabına, yaşayasan, yaradasan, şərqdə yaşayan qarasaçlıları da bəyənməyəsən, hələ üstəlik evinin tinində yığışsın NATO nun bosları, oturub öz aralarında “mırt tut”sunlar, söhbət eləsinlər ki, “Liviyanı bombaladıq, gəlin indi də Suriyanı da bombalayaq, finlənkəsi belə-belə edək”, lya-lya-lya, lya-lya-bom… hə nə olsune…

Heç sizin tanımadığınız və ya tanımaq istəmədiyiniz bir balaca ölkənin futbol komandası gəlib sizinlə oyunda elə  müdafiəyə çəkildi ki, az qala məcbur olub tindəki NATO-çulara müraciət edəcəkdiniz. Bir daha bütün dünyaya sübut olundu ki, qapımıza penal təyin olunduğu üçün futbolçularımız həvəsdən düşdülər siz də yüklədiniz… Güya vurduğuz penal düz idi ? Yox canım, həmin vəziyyətdə nanəciblik edən və öz həqiqi trayektoriyasını azan,həmçinin  müxtəlif sosial şəbəkələrdəki  populist çıxışlara uyaraq, ölkəmizdəki inkişafı ləkələməyə çalışan bəzi xarici şirkətlər tərəfindən maliyyələşən qüvvələr kimi “top” da bizə qarşı çıxaraq futbolçumuzun  əlini tapmışdı. Hələ qəflətdən əsən şimal-Alyans  küləyini demirəm…

Avropanın futbol hakimlkəri də hələ bizimkilərdən öyrənməlidirlər. Bizdə elə hakimlər var ki, ölkədəki siayasi vəziyyəti, tribunadkıların sosial durumunu, nə bilim kimlərinsə “xalaoğlu” olduğunu da  nəzərə alıb qərar verirlər. Əlin hansı bucaqda və hansı məqsəd üçün açıldığını da düşünürlər. Bəlkə kasıbçılıqdır əl açır da… Məsafələrin əhəmiyyəti də var, bu işdə….Hələ bizdə klubun dövlət təşkilatı tərəfindən maliyyələşdiyini nəzərə alıb öz evindəkiləri belə “söyüş mişeni”nə çevirməklə  dövlətçilik naminə vətəndaşlıq borclarını ödəyən hakimlərimiz də var. Bizim tərəflərdə oyundan sonra hakimlərin qiymətini hakimlər komitəsinin sədri verir ki, o da əlbəttki düzünü deyəcək də…Bizlərdə bir çox qaydalara,elə “Fair-play” qaydalarına da bir dəfə elə tüpürüblər ki, tüpürdüyünü yalamaq ayıb iş sayıldığından heç  dil tərpətməyə yeri də yoxdur…

Siz Avropadakılar nə biləsiz bizim mentalitetimizin dəyərini,  dəyəri var, onu da bilənlər bilir… Hər başına papaq qoyan, papağın qədrini  bilmir ki ? Odure, o gün də bir avara şərqi Avropalını otuzdurduq yerinə, papağı  başından çıxarıb nümayişkanə şəkildə yerə atmışdı. Oturub başa saldıq ki, “qaqaş,  nə “göz qaşına” yaxırsan, çaşmısan ? Bura səninçün  nə bilim Belçika zad deyila, özün də “Standart”da məşqçi işləmisən, bildin alə, Miri..?” O da həmin gündən sonra  yerə atmazdan əvvəl papağını qabağına qoyub yaxşı-yaxşı fikirlərşir nə etməli olduğunu…

O ki, qaldı sizin yaşamağınıza, o həyat deyil, uşaq baxçasıdır. Həyatda gərək mübarizə olsun, çarpışasan, vuruşasan, özgələri ilə yox alə, elə özünkülərinlə vuruşasan, cırmaqlya-cırmaqlaya bir tikə çörək tapasan, o da boğazında qalsın və yaşayasan… Düzünü dediyinə görə səni “dəmir yolu”ilə göndərsinlər, üzü şərqə sənsə yolunu düz gedəsən qütblərin fərqinə varmadan… Sən gecə gündüz iş görəsən başqaları  para qazansın, sən dişsiz damqla gəzəsən, başqaları kefdə damağda, sən yaşayıb yaradasan, başqaları yaradılıb yaşasınlar, illər boyu “Əs-Səlamu əleykum”a bir quru “privet”lə cavablandırılıb, saydıqalrından saymamazlıq görəsən və saya gəlməyəsən, fərqi yoxdur neçənci olursan ol əsas odur ki, oyunçu olasan, rəqəmlə hərfin fərqini bilməyənlərdən zülm görəsən, elə hey borc  alasan, borclanasan, xərclənəsən, dənizlərin çaylara axdığını iddia edənlərin hökmünə tabe olasan, yaşayasan bir təhər, axşama qədər səhər olsun, səhərin də zəhər olsun,bir də baxasan ki, uduzmusan, “zato” kimsə udub, axı  biri udmalı biri də uduzmalıdır  bu həyatda… bax beləcə maraqlı həyat yaşayasan. Yoxsa sizin kimi, elə futbolunuz da həyatınız kimi mübarizəsizdir, maraqsızdır, eşidirsənmi  Belçikalı ?..

Azəri.

5 thoughts on “…qütblərin fərqinə varmadan…

  • 23 Yanvar 2015 at 17:31
    Permalink

    ………….
    ………….
    ………….
    ………….
    ………….
    ***
    Siz belə yazırsız, baxın görün R.S nə yazır. O yazır ki, əgər siz saytda getsəniz o da gedəcək. Görün biz bu saytda necə bir ailə kimiyik. Mən R.S-in yazdığı şərhi oxuyub çox kövrəldim. İmkan varsa siz də oxuyun və görün sizin nə qədər və necə etibarlı, sədaqətli, vəfalı dostlarınız var. Bu dostları atıb getməkmi olar?

    Reply
  • 23 Yanvar 2015 at 17:20
    Permalink

    Zəfər Lerikliyə.
    Bəy bu nədir belə? Zəfər bəy sizdən heç gözləməzdim. Nə getmək? Biz bir ailəyik burda. Məgər ailə üzvləri arasında söz olanda, evin qapısın çırpıb getməkmi lazımdır? Axı bizim az yaşamız yoxdur.
    Mən o şərhdə dedim ki, Admin heç kəsə qadağa qoymur.Təbii ki, bəzi qaydalara riayət etmək şərti ilə qaydalar da var.
    Əgər siz saytdan getsəniz, deməli bizdən deyidiniz.
    Amma mən inanıram və buna şübhəm yoxdur ki, siz layiqli istifadəçisiniz və bizlərə üz çevirib getməzsiniz.
    Admin, əgər Zəfər bəyin getməsində mən günhakaramsa, bağışlayın, eləysə mən də gedirəm!!!!
    Zəfər bəy sizdən şərh gözləyirəm.
    Zəfər bəy, İslam Cabbarliya üzümü çevirək kiçik anlamamzlığa görə? Sizi dostcasına danlamaq istədim ,amma qorxdum ki, yenə inciyərsisniz.
    Biz indiki vaxtda BİR OLMALİYİQ BAŞQA YOL YOXDUR !!VƏSSALLAM!!!

    Reply
    • 23 Yanvar 2015 at 19:13
      Permalink

      Mən heç vaxt İslam muəllimin sözundən çixmaram. Sizdən də belə təmkinlə və hörmətlə yanaşmağinizi ğözləyirdim. Təşəkkur edirəm sizə R.S bəy. Həmişə və hər gun saytdayam və “XL”-li olmağimla fəxr edirəm.
      Danlamağa haqqiniz var. Bəlkə də çox böyuk uşaqliq elədim. Yenədə Sizlər məni bağişlayin.
      ***
      Əhsən, Zəfər bəy, həyat davam edir. Bu arada çox əsəbiyəm. Çünki “Xəzər Lənkəran”ın daşı xeyli adamın başına düşüb, BAXIN: http://www.anews.az/news/8417#.VMJb2dKsXfJ
      http://sport7.az/az/view/2691/xezer-lenkeran-20-yanvarda-doulan-futbolularna-ad-gn-keirtdi-fotolar/

      Reply
      • 23 Yanvar 2015 at 19:46
        Permalink

        Vallah daşimiz ağirdir. 20 yanvar faciəsini kiminsə ad gunu qeyd etməkləri ilə bağlamaq və buna rəng vermək şərəfsizlikdir.Bəlkə 20 yanvarda biz torpaqlarimizi duşməndən təmizlədik.Belə çixir ki ,həmin gundə qələbə bayrami kimi qeyd edilməməlidir.
        Deməli ,bu yazini yazmaq istəyənlər 20-yanvarda doğulan futbolçularimizin təqvim gununu çoxdan izləyirlərmiş.Başqa şərhə ehtiyac yoxdur. Futbol hara ,siyasət hara?
        ***
        Əsas məsələ ondadır ki, bu kökündən yannlış informasiyadır. Belə ki, gənc futbolçularımız ad günlərini yanvarın 21-də keçiriblər.

        Reply
  • 23 Yanvar 2015 at 16:13
    Permalink

    Salam …………
    ………………
    ………………
    ………………
    ***
    Zəfər bəy yenə də aləmi qatdız bir birinə. Siz nə danışırsız nə getmək, filan? Sizi heş yerə buraxmaq fikrində deyilik. Elə mən də sayt istifadəçiləri də lap elə başda R.S olmaqla hamımız sizi çox istəyirik. İndicə R.S. bəyə görüm hansı yollasa xəbər edəcəyəm ki, siz belə getmək istəyirsiz. O da qoy axşam aatlarında son yazılardan birində öz münasibətini bildirsin. Ay hay, elə bilirsiniz biz sizi belə asanlıqla buraxarıq? Və ya elə bilirsiniz ki, biz dostlara arxa çevirən namərdlərik? YOX !!! Belə bir şey ola bilməz. Siz heç yerə getmirsiz, VƏSSALAM!!!

    Reply

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir