“Qarabağ”la oyun barədə daha ətraflı

 Premyer Liqanın X turu çərçivəsində oktyabrın 27-də Lənkəranda keçirilmiş “Xəzər Lənkəran” – “Qarabağ” qarşılaşmasının “Futbol+” qəzetində dərc edilmiş reportajını təqdim edirik.

 Cənublular yenə də “Qarabağ” önündə coşdu.

 “Fırtınalar meydanı”nda baş tutan matçda hər iki komandan üçün qələbə hava-su kimi vacib idi. Lakin istər meydan sahiblərinin, istərsə də qonaqların heyətində olan itkilər hər iki çalışdırıcı üçün ən qayğılı məqam idi. Qurban Qurbanov Vüqar Nadirov, Əfran İsmayılıov, Rəşad Sadıqovun xidmətindən mərhum idisə, Yunis Hüseynov müdafiə dördlüyünü qurmaq üçün bir xeyli baş sındırmışdı. Elnur Allahverdiyevin bitməyən cəzası üzərinə start heyətin dəyişməz ismi Eder Bonfimin uzun müddətə zədələnməsi “Xəzər Lənkəran”da sağ cinah müdafiəçisinin yoxluğunu qabarıq üzə çıxarmışdı. Heyətdə olan digər iki müdafiəçi Ruslan və Vanderson isə matça ağrıkəsici iynə hesabına çıxmışdı. Hüseynov start heyətində  Ruslan Abışovu mərkəz müdafiəçisi mövqeyinə çəkib Vandersonu  sağ cinahda qərarlaşdırmışdı. Bir az irəli gedib qeyd edim ki, Ruslan məhz bu mövqedə cənub klubunda ən gözəl oyununu oynadı. Digər bir məqam isə nəhayət Yunis bəyin 4-5-1 taktikasından əl çəkib meydanda iki hücumçuya güvənməsi idi. Məhz güvənilən ikinci hücumçu, yunan Sialmas matçın qəhrəmanı oldu.

 Qurbanov isə Raufu hücumda qərarlaşdırmaqla sürətli cinah reydləri hesabına ona dəstək verilməsini düşünmüşdü. Bu mənada Vaqif Cavadovun üzərinə böyük iş düşməli idi. Lakin Vanderson Skarduelli Cavadovu elə bağladı ki, matç ərzində yarımmüdafiəçi bircə dəfə diqqət mərkəzinə düşməyi bacardı. Həmin epizodda da yaxın məsafədən vurulan zərbəni Orxan Sadıqlı düzgün mövqe seçməklə tutmağı bacardı. Orxan bu epizodla yanaşı növbəti dəfə ikinci hissə də diqqət mərkəzinə düşəcəkdi ki, Raufun iki metrdən baş zərbəsini gənc qapıçı  inanılmaz reaksiya ilə dəf etdi. Bu zaman  “Qarabağ”lı futbolçular İlqar və Rauf qolkiperlə görüşüb təbrik etməklə gözəl bir mənzərə yaratdılar.  Həmin an “Xəzər Lənkəran” qapısında qol görsə idi yəqin ki, matçın axarı da dəyişəcəkdi. Mən əslində adəti reportajlardan fərqli dəst-xəttə doğru ona görə gedirəm ki, kifayət qədər maraqlı və əzmkar oyunda bəzi vacib anları oxucuya onu yormadan çatdıra bilim. Oyunun startında “Qarabağ” o qədər yaxşı və həyəcansız  təsir bağışlayırdı ki, ən optimist cənublu azarkeş belə komandasının qələbə qazanacağına inanmazdı. Lakin dəqiqələr keçdikcə meydan sahibləri özünə gəldi. Burda ən vacib məqam isə seçilən taktika idi. Belə ki, yaxın ötürmələrlə oynayan, texniki futbola üstünlük verən “Qarabağ” ağır qazonda çətinlik çəkincə “ağ-yaşıl”lar diaqonal uzaq ötürmələrlə daha rahat hücumlar qurmağa başladı. Pitsin cinah ötürməsi sonrası Skarlatakenin ayaq zərbəsini Aqolli son anda qapı xəttindən çıxara bildisə matçın 23-cü dəqiqəsində bəxt əməlli-başlı qonaqların tərəfində oldu. Tounkara  mərkəzdən daşıdığı topu sağ cinaha açılmış Pitsə ötürüb uzun qaçışdan sonra rumıniyalının ideal qapı önünə paralel ötürməsinə yetişib topu  boş qapıdan keçirə bilmədi.  Ani əks-hücumda ağdamlıların rəqibin cərimə meydançasının düz önündə qazandığı cərimə zərbəsini isə Vaqif Cavadov boşa verdi. İlk dəfə “Xəzər Lənkəran”da start heyətində meydana çıxan və ikinci oyununu keçirən Sialmas 36-cı dəqiqəyə qədər göstərdiyi əzmkar və texnikalı oyununun bəhrəsini qol hesabını açmaqla gördü. Pitsin havalandırdığı topu irəli şığıyan yunan forvard baş zərbəsi ilə uzaq küncə göndərdi. Qoldan sonra “Qarabağ” daha bir itki verdi. Yan xəttdə gedən mübarizə zamanı Sadionun dizi Aqollinin sifətinə elə möhkəm dəydi ki, futbolçu oyunu davam etdirə bilmədi. Bu epizodda matçın başlanğıcında  ona qarşı arxadan çox kobud oynayan alban futbolçunu Tounkara bəlkə də bu yolla cəzalandırmağı düşündü. Amma bunu elə ustalıqla etdi ki,  bir metrliyində olan yan hakim belə Fariz Yusifova hər şeyin qaydalar çərçivəsində olduğunu anlatdı. Qurban Qurbanov İlqar Qurbanovu meydana  buraxıb yarımmüdafiəçini müdafiənin sol cinahında qərarlaşdırdı.

“Qarabağ” birdə ilk hissənin sonunda qol vurmağa yaxın oldu. Lakin yenə də Orxan yaxşı oynadı. Gənc qolkiper Raufun ara ötürməsinə irəli çıxıb Muaremə çatmasına imkan vermədi. Fasilədən sonra hər iki komanda əvəzetmədən istifadə etmədən mübarizəyə başladı. Səhərdən yağıb dayanmayan yağış meydanı ağır duruma salsa da matçın gözəlliyi adına xələl gəlməməsinə hər iki komandanın mübariz, əzmkar oyunu rol oynayırdı. Elə bu mübarizlikdən doğan epizod zamanı əks hücuma doğru atılan Sialması Maksim köynəyindən tutmaqla saxladı. Belə də qarşısında ikinci sarı vərəqəni görən milli futbolçumuz komandasını azlıqda qoydu. Maraqlıdır ki, “ Qarabağ” azlıqda qalandan sonra haradasa 10 dəqiqə “Xəzər Lənkəran”ı qapısına doğru sıxışdırmağı bacardı. Bu anlarda Orxanın bir dəfə mükəmməl qurtarışını yuxarıda qeyd etmişəm. Nəhayət “ağ-yaşıl”lar  özünə gəlib ağdamlıların mühasirə halqasından çıxmağı bacardı. Və… Yenə də Sialmas fərqlənib komandasının rahat nəfəs almasına şərait yaratdı. Ani əks –hücum zamanı uzaq ötürməyə başı ilə  yüngülcə toxunan Subaşiç Sialması qapıçı ilə duelə göndərdi. Buna qədər isə müdafiəçini də sürəti və gövdəsi ilə keçən yunan forvard birbaşa zərbə ilə toru silkələdi. Ümumiyyətlə artıq çəkisi olduğu hiss edilən, amma meydanda daim hərəkətdə olub bir çox anda müdafiənin də köməyinə gələn Sialmas qələbədə böyük pay sahibi oldu. Mən bu yerdə ağzına qədər palçıq içində olan Alvizi də xüsusi qeyd etməməyə bilmərəm.

 İkinci qoldan sonra da qonaqlar təslim olmadı. Belə də baxımlı oyunun ləzzəti hələ də davam edirdi. Lakin cənublu futbolçular meydanın hər qarşı uğrunda elə döyüşürdülər ki, ağdamlıların təslim olmaqdan başqa yolu qalmadı. Qurban Qurbanovun matçı xilas etmək adına ardıcıl əvəzetmələrinə Hüseynov iki gənc futbolçusunu meydana buraxmaqla cavab verib onun üçün çox vacib olan 3 xalı aktivinə yazmağı bacardı. Maraqlıdır ki, Yunis Hüseynovun gəlişindən sonra “Xəzər Lənkəran” iki dəfə adına layiq oyun göstərib ki, hər iki görüşdə “Qarabağ”la matça təsadüf edir.

 Hüseyn Cəbrayıloğlu.

MƏNBƏ: “Futbol+” qəzeti.

 

11 thoughts on ““Qarabağ”la oyun barədə daha ətraflı

  • 30 Oktyabr 2012 at 11:27
    Permalink

    Admin salam! neye gore Yunis Elnur Abdullayevi oyuna buraxmir xahiş edirəm bu barədə geniş məlumat verəsiniz……… bu da bizim yerli “məşqçimiz”
    ***
    Təəssüf ki, Elnur ABdullayevin hansı səbəbdən meydana buraxılmaması barədə məlumatım yoxdur deyə saytda hər hansı məlumat verə bilməyəcəyəm.

    Reply
  • 29 Oktyabr 2012 at 21:47
    Permalink

    Başa duşmurəm XƏZƏR nə vaxtədək on nəfərlə oynayacaq,görəsən rəhbərlik nəyə görə AFFA-nın qarşısında acizdir? Bu Subaşiclər,Kamranlar məgər bizim ucun qalıb? Gorəsən biz də onbir nəfərnən oynayacayıqmı?Əgər biz onbir nəfərnən oynasaq deməli KUBOKUN QALİBİ VƏ CEMPİONUQ.

    Reply
  • 29 Oktyabr 2012 at 21:25
    Permalink

    qocu bala kamran yene qayidir amma bu defe birdefelik.haminizdan uzr isdirem el arasinda bir mesele varee bu kamran temiz rehberliyiii …… dolayib. cunki bundan bawqa nese bawqa ad vermek olmur

    Reply
  • 29 Oktyabr 2012 at 20:13
    Permalink

    Orxan Azarbaycanin an guclu qapcisi olacaq.Buna subaniz olmasin.Vandеrson gozal oynadi ,hamcinin milli oyuncularda gozal oynadilar.fiziki hazirliq oz sozunu dеdi.Bir sozla bu oyunda komanda can yandirdi.Bеla oynamaq lazimdir

    Reply
  • 29 Oktyabr 2012 at 19:35
    Permalink

    orxanin cixiwin mende qeyd etmeliyem.. cixiwlarda cox agilli idi.. bir defe de yaxin mesafeden baw zerbesin gozel cixardi.. hemcinin oyuna sonradan giren kazim kazimli bir epizodda yan xet kenarinda rauf eliyevle axiracan oynadi ve mubarizeni uddu…bu genclere wans verilmelidi..

    Reply
  • 29 Oktyabr 2012 at 18:31
    Permalink

    Yazini oxuduqca elə bildim yenə oyuna canli baxiram bir az həyacanlandim,yaziya cox sagol duşur həmcinin Adminədə.Mən kecən şərhlərimdədə qeyd etmişəmki. Xəzər iki bə ya uc hucumcu ilə oynayanda bu komanda həmişə qələbə qazanir.Xəzərdə hucuma meyilli yarimmudafiyəcilər var onlar hər an oyuna surətli qoşula bilirlər.Yəni sözumun cani odur ki,qorxaq futboldan əl cəkmək lazimdir yadda saxlamaq lazimdir ki, bu komandanin adi XƏZƏR LƏNKƏRANDİR.Ən cox azerkeş ordusu olan Xəzər komandasi ancaq və ancaq cempionluga oynayan komanda XƏZƏR

    Reply
  • 29 Oktyabr 2012 at 18:25
    Permalink

    salam .cox gozel repartaj. admin wekilden deyildiye qeder pis gorunmure qazon. anladiqim qeder orxan bu oyunda cox inamli tesir baqiwlayib… menim bu gune qeder yunis beye deye bileceyib bir tek + sozum varki oda orxan ile baqli. saqolki ORxana inanib onu star heyetine buraxdin . ve buda behersi yavaw yavaw orxan oz yerin mohkemledir,inwallah her wey yaxci olar Orxan sende uzerinde iwle ancaq ireliye can at.Seni esas yiqmada gozleyirem…. nehayet 2004 buyana xezerin bir futbolcu yetiwdire bilidi

    Reply
  • 29 Oktyabr 2012 at 18:18
    Permalink

    Yaxşı ki qolların  videoyazısın  saytlar veriblər İkinci qolun necə vurulduğun gördük .Bu qola görə Orxanın payı böyükdür .,Əla ötürmə ,ikinci  ötürmə və qol .Kamrandan da artıq qapıçı olacaq .Sialması da yatızdırıb skamyada .imkan ver öz oyununu göstərsin də bu yazıqlar Ballonu görürüsünüz .çiçəkləri açılıb  o da artıq pas atırdı Yaxşı ki bəxti açıldı .,

    Reply
  • 29 Oktyabr 2012 at 17:53
    Permalink

    Bu repartajı oxuyanda hər bir azarkeşin ürəyi açılır .Hər iki insana təşəkkürlər ..Həm H .Cəbraylıoğluna ki  repartajı yazdığı üçün  , həm Adminə də öz saytında yerləşdirib  bu repartajı .
    Ola bilərmi ki Yunis ancaq Qarabağın oyununu bilib ona uyğun taktika qurqur ,o biri komndaları isə oyununu təhlil edə  bilmir ,və bu üzdən komandanı irəli apara bilmir .İnşallah Sumqayıtla oyunda da qələbə ilə geri dönsünlər .Bundan sonra xal itirmək olmaz .

    Reply
  • 29 Oktyabr 2012 at 16:58
    Permalink

    Ele bu meqaleynen goruruk ki Yunis H. Xezere layiq mewqci doyul. Bu oynu Qarabagla oynanan 1ci oyunla bir tutmazdim cunki komonda yazilan qeder super oynamadi. Oyuncular Orxani o qeder yuklediler ki, hec bir cempionluga oynayan komanda bunu elememelidir. Bu oyun meglubiyete beraber oyun idi, ve bunu qarwidaki oyunlarda gorersiz! Men Xezerin bu oynu uduzub Yunisin nehayet getmesine daha sevinerdim neyinki bu qelebeye. Noyutcuden gerek ibret gotureler! Rehberlik, baw mewqci ISTEFA!!!

    Reply
  • 29 Oktyabr 2012 at 16:34
    Permalink

    COX SQOL ADMIN SEN HEQIQETENDE FUTBOL ADAMISAN,,HAFIS MELLIM ELIYVEDE DERIN TEWEKKUR DUWURKI,ORXAN SADIQLI KIMI QAPICI HAZRLAYIB XEZERIMIZCUN,,ORXANADA EHSEN DUWUR,,SAQOLSUN ,KAMANDAMIZI XILAS ETDI MENCEE,,1 0 DA QARABAGIN YARATDIGI QOL E[IZODLARI QAPIYA DAXIL OLSAYDI BAWQA CUR OLACAQDI OYUN,,AMA YENEDE FUTBOLCULARIMIZ SAQ OLSUNLAR,,,XUSUSI ILEDE RUSLAN ABIWOV,DIMITRUS,VE ORXAN SADIQLI,,YADINIZA BIR WEYI SALIMKI, IKINCI QOLUN PASIN ORXAN VERDI,,))
    ***
    Orxan Sadıxlını indi yox hələ onun ehtiyat skamyasında oturduğu vaxtlarda məşqlər zamanı görüb bəyənmiş və gələcəkdə yaxşı qapıçı olacağına inanırdım.

    Reply

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir