Ölkə futbolunun gizli-qara səhifələri açılır

neftci“Rusiyada Moldova çempionatının səviyyəsi haqda bizim avrokubok matçlarımıza görə fikir söyləmək olar.

Biz qazax və ya azərbaycanlılarla oynayanda həmişə onları məğlub etmişik. Hətta belə bir fikir var ki, Moldova çempionatı gücünə görə Rusiya və Ukraynadan sonra üçüncüdü”. Bunu “Turan”ın sabiq futbolçusu Valeri Onile deyib.

 2009/10 mövsümündə “Turan”da çıxış etmiş moldovalı mərkəz yarımmüdafiəçisi karyerası haqqında danışıb. Hazırda “Zolotoy” adlı klubla Sankt-Peterburqda keçirilən həvəskar turnirdə çıxış edən Onile Azərbaycan karyerası haqqında fikirlərini bildirib.

 Vaxtilə “Zimbru”nun heyətində Avroliqada çıxış edərkən “Bakı”ya hər iki oyunda qol vurmuş moldovalı futbolçu 2009-cu ilin dekabrın 5-də şübhəli “Turan” – “Neftçi” oyunu haqda danışıb: “Bir dəfə Azərbaycanda “danışılmış” oyunda iştirak etmişəm. Bizi “Neftçi”nin sabiq məşqçisi (Nizami Sadıqov nəzərdə tutulur – red.) çalışdırırdı. Onun çempionluq uğrunda mübarizə aparan sabiq komandası qonaq gəlmişdi. Bizə oyunu vermək lazım olduğu deyilməmişdi. Ancaq start heyəti təəccüblü idi. Heyətdə demək olar əsas heyətdə oynamamış əvəzedici komandanın futbolçuları vardı. Ən maraqlısı isə odu ki, biz ilk hissədən sonra 2:0 öndə idik. Paltardəyişmə otağına daxil oluruq, orda məşqçimiz rəngi qaçmış halda oturub. Dedi ki, uşaqlar, “Neftçi”yə kömək etmək lazımdı, bu gün uduzmalıyıq. Yekunda 2:3 hesabı ilə uduzduq. Tribunadakılar təbii ki, hay-küy qoparırdı. Ehtiyat oyunçular skamyasındakı təcrübəli futbolçular bu “şou”da iştirak etməmək üçün meydana çıxmaq istəmirdi və kənara çəkib məşqçi ilə birbaşa mübahisə edirdi. Mən onda oyunun sonlarında meydana çıxmışdım”.  

30 yaşlı futbolçu Tovuz haqqında bunları deyib: “Turan” o qədər də böyük olmayan Tovuz şəhərini təmsil edir. Gürcüstanla sərhəddən 30 km, bizim tez-tez getdiyimiz Tbilisidən 60 km aralıda yerləşir. Bakıya da gedirdik, o da böyük və gözəl şəhərdi. Həmişə şəhərdə gedəndə görürdüm ki, iş gününün qızğın çağında kişilər küçədə oturub domino oynayır və buna təəccüblənirdim. Hamımız onların nə vaxt işlədiyini ehtimal etməyə çalışırdıq. Başa düşmürdük. Futbola gəlincə, məlumdu ki, azərbaycanlılar çox istiqanlı millətdi. Ona görə də nadir matçlar qırmızı vərəqəsiz keçirdi. Orda şəhərlər arasındakı məsafə azdı, avtobusla gedirdik, baxmayaraq ki, isti bizi bəzən əldən salırdı”.

 Qeyd edək ki, apasport.az saytı 2009/10 mövsümündə, dekabrın 5-də keçirilmiş “Turan” – “Neftçi” oyununun hansı hesabla nəticələnəcəyini hələ fasilə zamanı yazmışdı. BURADAN İZLƏ 

MƏNBƏ: Apasport.az

2 thoughts on “Ölkə futbolunun gizli-qara səhifələri açılır

  • 31 Oktyabr 2014 at 07:42
    Permalink

    Bu Valerkaya qandırmaq lazımdır ki, “Vostok delo tonkoe, Petruxa”.
    ***
    Əhsən.

    Reply
  • 30 Oktyabr 2014 at 19:52
    Permalink

    1966-cı ildən bəri davam edən ənənə. Heç təəccüblənmədim

    Reply

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir