Mübariz Mənsimova müraciət

 Salam, çox hörmətli Mübariz bəy! Biz sizi 2004-cü ildən sonra daha geniş tanımağa başladıq. O 2004-cü il ki, Azərbaycan futbolunda sıçrayış baş verdi. Bu sıçrayışda bir futbolsevərlər kimi həmişə futbolu olmuş, lakin sovet dönəminin süqutundan, 2004-cü ilə qədər tənəzzülə uğramış Lənkəran futbolunun azarkeşləri kimi biz də sizin sayənizdə təsis olunan “Xəzər Lənkəran” adında, doğma yurdumuzun yeni təmsilçisini görərkən sanki göylərə uçduq. Bu sevinci bizlərə bəxş edən bir insana inanın ki, bütün futbolsevərlər nə qədər dualar etdi. Futbol idmanın şahıdır deyirlər. Bu idmanın şah növünü bizlərə qaytaran bir insanın kim olduğu ilə daha dərindən maraqlanmağa başladıq. Öyrənəndə ki, bizim canımızın bir parçası olan “Xəzər Lənkəran” klubunun sponsoru “Palmali” şirkətlər qrupudur ki, bu şirkət dünya gəmiçilik sistemində böyük nüfuza malikdir və sizin sayənizdə çox peşəkarlıqla idarə olunur ki, bunun da böyük maliyyə potensialı var, təsəvvür edin ki, biz Lənkəran futbolunun azarkeşləri artıq özümüzü Avropa futbol məkanında görməyə başladıq. Bu sevincli anları sözlə ifadə etməyə çətinlik çəkirik.

Doğurdan da “Xəzər Lənkəran” elə ilk ilindəcə düşüncələrimizin necə doğru olduğunu ortaya qoymağa başladı. Külli miqdarda vəsaitlər xərcləyib, yeni, Avropa tələblərinə uyğun komanda yaratdığınızı, bir futbol klubuna lazım olan bütün infrastruktur formalaşdırdığınızı görüncə, yerə-göyə sığmırdıq. Bəri başdan futbol adına gördüyünüz bütün işlərə görə təşəkkür etməyi də özümüzə borc bilirik.

İllər keçdi, komandamız ölkə çempionluğunu qazandı, bir neçə dəfə ölkə kubokunu da başı üzərinə qaldırdı. Hətda beynəlxalq yarış olan “Birlik Kuboku”nu da ilk cəhddəcə başı üzərinə qaldıra bildi. Bununla biz azarkeşləri də göylərə qaldırdı. Artıq sizin də dediyiniz kimi “Xəzər Lənkəran” tək bu uğurları düşünməyib, Avropada sözünü deməyi qarşısına məqsəd qoymuşdu. Lakin Avropa uğurları bizim üçün əlçatmaz olaraq qalır.

Bu günlərdə ölkə futbol tarixində görünməmiş bir hadisə baş verdi. “Neftçi” futbol klubu Avropa Liqasının qrup mərhələsinə adını yazdırdı. Sizin kimi biz də ölkə futbolunun bu uğuruna sevinərək, bütün futbol ictimaiyyətini və bu klubun fanatlarını təbrik etdik. Bəli, Azərbaycan futbolunun Avropa səhnəsindəki bu uğuruna sevinməmək mümkün deyil. Bu uğurlara Azərbaycanın digər klubları da layiqdir. O cümlədən doğma “Xəzər Lənkəran” da. Biz bunu çox arzu edirik. Çünki sizin başçılığınız altında dünya futbolunun ulduzlarından ibarət çox güclü heyətlər qurulub. Bu heyətlər qurularkən heç bir maddi ölçülər nəzərə alınmayıb. Elə isə bəs biz niyə layiq olduğumuz nailiyyətləri əldə edə bilməmişik? Futbol klub camiəsinin bəlli bir quruluş modeli var. Burada klubun sahibi və onun azarkeşləri, klub yolunda fərqli miqdar da olsa, pul xərcləyir. Qalan bütün klub işçiləri və komanda heyəti para qazanır, yəni müqavilələrə görə maaş alır və hətda mükafatlar əldə edirlər. Sizin və biz azarkeşlərin klub adına haqqımız var. Bunu düzgün başadüşüləcək deyə yazırıq. Bu minnət yox, bir sevgi yanğısıdır.

Amma zaman-zaman klub adına heç bir haqqı olmayan insanlar, bəzi yazarlar sizin və bizim aramıza girib, klubu zəiflətmək yönündə çox iş gördülər. Onlar dəridən-qabıqdan çıxıb nələrə əl atmadılar? Ötən mövsüm Avropa rəqabətinə tab gətirə biləcək bir komandamızı diz çökdürdülər. “Xəzər Lənkəran” tarixində ilk dəfə böyük klub olma yolunda çox ciddi addımlamağa başlamışdı. Bu bizlərə qürur verirdi. Lakin həm daxildən, həm də kənardan müdaxilələr başlandı. Bizim ümidimiz siz idiniz. Biz inanırdıq ki, siz bunun qarşısını alacaqsız və klubumuzun daha da böyüməsi üçün addımlarınızı davam edəcəksiniz. Görünür müxtəlif məqsədi olan bədxahlar sizinlə də əlaqə saxlayarkən klubun o zamankı möhtəşəmliyinə nail olan kadrlar haqqında gözdən və nüfuzdan salıcı təsirlər etmişlər. Yoxsa biz heç zaman inana bilmirik ki, güclənməkdə və inkişafda olan, eyni zamanda sizin də adınızı daşıyan bir klubu dağıdıb, zəiflədənlərə qarşı tədbirlər görməyəydiz. Bu il bir daha sübut etdi ki, komanda haqqında buradan aldığınız informasiyalar həqiqəti əks etdirmir. Kimlərsə öz maraqları naminə sizə yanlış informasiyalar çatdırırlar. Komanda naminə sizdən təvəqqemiz budur ki, belə yanlış informasiyalara inanmayın. Öz bildiyiniz kimi dəqiq xəbərləri öyrənəndən sonra qərarlar verin.

Ötən il bizim futbolçumuz olmuş, öz peşəkarlığı ilə seçilən, vurduğu qolla Buxarest “Dinamo”suna ölkə kubokunu qazandıran Adrian Manuel Skarlatake, Azərbaycanın “Neftçi” komandasının ilk olaraq Avropa Liqası qrup mərhələsinə vəsiqə qazanmasında böyük pay sahibi olan, demək olar ki, hər oyunda vurduğu qollarla və digər qollara assistentliyi ilə yadda qalan Julius Vobay, komandamız üçün çox böyük fədakarlıq göstərərək, rəqiblərə cəhənnəm ab-havası yaşadan Uinston Parks və neçə-neçə adlarını çəkmədiyimiz futbolçular “Xəzər Lənkəran”ın futbolçuları deyildilərmi? Elə onları klubumuza gətirməklə gözəl bir heyət quran Mirça Rednik kimi bir mütəxəssis Rumıniya kimi futbolu bizdən daha çox inkişaf etmiş bir ölkədə Buxarest “Dinamo”suna, “Rapid”inə ayrı-ayrı vaxtlarda çempionluğu, ölkə kubokunu və superkuboklarını qazandıran biri “Xəzər Lənkəran”ın sükanı arxasında deyildimi? Bu, insanlarla gözəl ünsiyyət qurmağı bacaran, tələbkar azarkeşlərin futbol istəyini qarşılaya bilən, işinə olduqca peşəkar yanaşan, qısa müddət ərzində “Xəzər Lənkəran”a böyüklük bəxş edən, bizdən sonra bir neçə tur ərzində vətənində aşağı dəstəyə yuvarlanmağa məhkum olmuş “Astra” klubunu bu bəladan qurtaran, Avropa kuboklarında çox irəli getməyi bacaran, və sair və ilaxır uğurların sahibi olan bir mütəxəssisin arxasınca burda nələr söyləndi, hansı yollarla nüfuzdan salınmağa çalışıldı. “Makkabi”yə məğlubiyyəti əsas gətirənlərə isə bu işin daha böyük araşdırmalara ehtiyacının olduğunu deməliyik. Bunların əsl səbəblərini azarkeşlərimiz bildiyinə görə, “Xəzər Lənkəran” azarkeşi daima onu sevdi və yola salınarkən gözyaşları ilə qəhərləndi. Niyə siz bunlara diqqət ayırmadınız?. Bəlkə də bədxahların təbliğatı öz işini görmüşdü artıq.

Bütün bunları xatırlamaqla onu demək istəyirik ki, biz daha böyük uğurlara hazır olarkən, bədxahlar öz işlərini necə görə bilirlər? “Palmali” kimi dünya şöhrətli bir şirkətin komandasını bunlar necə zəiflədə bilirlər? O şirkətlə ki, siz böyük uğurlara imza atmısınız, sizin sponsoru olduğunuz  və belə möhtəşəm azarkeşi olan bir klub indi Avropada söz sahibi olmalı idi. Sizdən artıq dərəcədə təvəqqemiz budur ki, bu klubun işləri ilə yalnız özünüz məşğul olasınız. Bir müddət əvvəl ya iki oyunluq azarkeş cəzası və ya 37.000 manatlıq para cəzası məsələsində siz bu pulunuzdan keçərək, azarkeşləri futbolsuz qoymamağa üstünlük verdiyiniz kimi, bu dəfə də azarkeşlərimizi böyük futboldan uzaq düşməyə qoymayacaqsınız. Bizə ötənilki möhtəşəm “Xəzər Lənkəran”ımızı qaytarasınız, bizə Avropanı fəth etmək yolundakı itirilmiş ümidlərimizi qaytarasınız. Dünya sularında daim irəli üzdüyünüz kimi, “Xəzər Lənkəran”ı da  futbol dənizində irəli aparasınız.

Hörmətlə: “12-ci oyunçu azarkeş qrupunun rəhbəri İslam Cabbarlı

                  “Bosman” fan klubunun rəhbəri Mirhafiz Babayev 

104 thoughts on “Mübariz Mənsimova müraciət

  • 23 Dekabr 2014 at 20:35
    Permalink

    Xezer Lenkaranin baw mewqcisi Oguz Cetinin Istefasindan sonra Xezer Lenkarana Lenkaranin Sabiq Baw Mesqcisi Micra Rednik kecmelidir bele daha yaxwi olarrrrr

    Reply
  • 11 Noyabr 2012 at 17:59
    Permalink

    BU MOSKVA FAN KULUBU YARANANDA OLAR ELƏ MÖHTƏŞƏM GƏLDİLƏR Kİ BİZ DEDİY AY AMAN BULAR GÖRƏSƏN HARADA İDİLƏR.GƏLİŞLƏRİ NƏ QƏDƏR MÖHTƏŞƏM OLDUSA FƏALİYYƏTLƏRİ DƏ BİR O DƏDƏR SÖNUK VƏ MƏNASIZ OLDÜĞUNU GÜRDÜK.

    Reply
  • 04 Noyabr 2012 at 15:42
    Permalink

    Hörmətli İslam Cabbarlı və Mirhafis Babayev ,gec olsa da Sizin “Müraciət”inizin xeyri oldu ,Xeyr istəyənin qabağına Xeyir ,Pislik istəyənin qabağına Pislik çıxacaq .BU Müraciətin qabağını almaq istəyənlərə .olanlar böyük dərs olacaq ,Admin qoy məşqçinin adına aydınlıq gəlsin .bir “ZƏFƏR” də yazarsınız.
    ***
    Düzdür ola bilər ki, kimlərsə bunu qəbul etməyəcək amma həqiqət budur ki, bir çoxları “Xəzər Lənkəran” klubu ətrafında demoqoqiya ilə məşğul olarkən biz konkret iş görərək Mübariz Mənsimova müraciət etdik. Müraciətdə klubda yaranan problemlər və vəziyyətdən çıxış yollarını göstərdik.

    Reply
  • 24 Oktyabr 2012 at 23:48
    Permalink

    Московский “Фан-клуб” , “Хазар-Ленкорань”, присоединяется к вашему обращению. Мы искренно верим , что Наше обращение не останется без внимания !!

    Президент “фан-клуба” ” Хазар-Ленкорань” Москва

    Багиров М.Д

    Reply
  • 21 Oktyabr 2012 at 00:31
    Permalink

    Admin sizin fikrinizcə müraciət müsbət həlli olacaqmı .?Amma işlərin gedişi göstərir ki mütləq sizə cavab verilməlidir .çünki komanda da xaosdur .
    ***
    Bizə aşkar şəkildə cavab verilməyə də bilər. Lakin hansısa dəyişikliklərin olacağına da ümid edirəm.

    Reply
  • 21 Oktyabr 2012 at 00:13
    Permalink

    AFFA-nin müracətini 2-3 saata reaksiya verildi ,Axırı nə oldu ,yenə də özbaşnalıq ,Amma ki azrkeş müraciətinə heç bir reaksiya verilmir ,Bu bizə çox təsir edir ,Axı hamımız eyni inasnalrıq ,AFFA-da oturanlar heç bizim azarkeşlərdən önəmli deyil .Kamran getdi .özüdə heç kim onun haqda pis söz yazmayıb  ki xətrinə dəysin .Amma biz hələdə ümidlə gözləyirik Siz bu müraciətə cavab verəcəksiniz , 

    Reply

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir