Mirça Rednik: Azarkeşlər hazırki durumdan narazıdır…

Məlum olduğu kimi “Xəzər Lənkəran”ın keçmiş baş məşqçisi Mirça Rednik Belçikanın “Standard” Leige klubu ilə mövsümün sonuna qədər müqavilə imzalayıb. Oktyabrın 28-də Rumın çalışdırıcı ölkənin futbol ictimaiyyətinə təqdim olunub. Bu məqsədlə klubun bazasında mətbuat konfransı təşkil olunub. Belçika mediasının böyük marağına səbəb olan tədbirdə Mirça Rednik jurnalistlərin çoxsaylı suallarını cavablandırıb. Lakin mətbuat konfransı bitdikdən sonra da mətbuat nümayəndələri onu rahat buraxmayaraq bazanın həyətində də suallarını yağdırıblar. Daha sonra klub rəsmilərinin vasitəsi ilə Rednik komanda üzvləri ilə görüşüb. Ardıyca klubun rəsmi internet saytına eksklüziv müsahibə verən çalışdırıcı, 1991-1996 illərdə futbolçu kimi şərəfini qoruduğu kluba baş məşqçi kimi dönüşünə münasibət bildirərək maraqlı fikirləri ilə diqqət çəkib:

“Bu klubda çalışmaq üçün gələn təkliflə bir saniyə belə düşünmədən razılaşdım. Çox şadam ki, yenidən buradayam, özümü evimdəki kimi hss edirəm. Danışmağa çoxlu mövzularımız var. Azarkeşlər hazırki durumdan narazıdırlar, buna onların haqqı çatır. Nəticələrin olması üçün ilk növbədə qətiyyət lazımdır. Futbolçular da anlamalıdırlar ki, “Standard” dedikdə konkretlik nəzərdə tutulur, ona görə də daha çox çalışmalı və  meydanda özlərini fəda etməlidirlər. Futbolçularla danışmışam, mən onlardan qarşılıqlı hörmət əsasında olan münasibət istəyirəm. Buradan azarkeşlərə də müraciət edərək komandaya yaxın olmalarını xahiş edirəm. Bundan sonra yeni era başlayır. Mənə, xüsusən də futbolçulara sizin dəstəyiniz lazımdır. Mənim futbolçu və məşqçi kimi kifayət qədər təcrübəm var, əlimdən gələni edəcəyəm ki, uğurları sıralayaq. Amma bunu tək bacarmaram, çünki sehirbaz deyiləm. Biz birlikdə qələbələri sıralayə və məqsədlərimizə çata bilərik”

Müsahibəni videogörüntüsünü BURADAN İZLƏ.

Müsahibənin mətnini (ixtisarla) BURADAN İZLƏ.

Mirça Rednik 20-il əvvəl “Standard” Leige klubunun formasında…

QEYD: Bütün fotolar Standard.be saytndan götürülmüşdür.

9 thoughts on “Mirça Rednik: Azarkeşlər hazırki durumdan narazıdır…

  • 30 Oktyabr 2012 at 01:42
    Permalink

     Rednik  XL nəyə görə gəlməlidir? Məyər Azərbaycan futbolu o səviyyədədirki, onun futbol fəlsəfəsini başa düşsün? Biz futbolumuzu dünyaya hazırkı AFFA-nın uzaqgörən siyasəti nəticəsində rüşvət verməklə, israfçılıqla tanıtmalıyıq. Gozləri kor olan muzdlu futbol yazarları baxın gorün Redniki sizdən fərqli olaraq Avropa necə dəyərləndirir. Budur bizimlə Avropa futbolunun fərqi!

    Reply
  • 29 Oktyabr 2012 at 23:51
    Permalink

    RƏŞAD O DA (REDNİKİN P…) HEYİFDİR.

    Reply
  • 29 Oktyabr 2012 at 23:03
    Permalink

    BU YAZINI VE VIDEOKADRLARI SOXUN JURNALIST ANAR XANLAROVUN GOZUNE.

    Reply
  • 29 Oktyabr 2012 at 18:24
    Permalink

    Bir gün gələr ,Lənkarana gəlişinidə belə bir fotolarla verərsiniz Bizlər hələdə ümidlə onun yolunu gözləyirik .

    Reply
  • 29 Oktyabr 2012 at 18:12
    Permalink

    rednikin p… olsun boyukaganin basina

    Reply
  • 29 Oktyabr 2012 at 14:57
    Permalink

    Belcikanin mehsur “Standard” Liege klubu beyenat yayib. Beyenatda deyilir ki, komandanin cari movsumde sergilediyi hucum futbolu hec de ne klub rehberliyini ve ne de klubun azarkeslerini qane etmir. Bunun ucun onlar mesqci deyisikliyine qerar veribler. Yeni mesqci ise mueyyen telebatlara cavab vermelidir. Ilk novbede yeni mesqci komandaya praqmatik futbol oynamagi oyretmelidir. secdiyi oyun taktikalari ise antifutbol taktikasi olmalidir. Hemcinin diger komandalarin seviyyesiz mesqcilerine ciddi fikir vermemelidir. Hakim ozbasinaliqlarina qarsi en sivil yol olan “papaqcirpma” xususiyyetlerine malik olmalidir ki, bu etirazi da Belcika kimi inkisaf etmis futbol olkesinin futbol qurumlari cezalandirmaq ucun hec bir qanuni esas tapa bilmesin. 
    Beyenatda hem de o deyilir ki, metbuatin alchaq cixislarina qarsi bas mesqci ya dozumluluk gostermeli, ya da basqa variantlar tetbiq etmelidir. O cumleden futbolcularin alti-alti qrup halinda gezmesine imkan vermemelidir. Beyenatda bir sira basqa telebatlarin oldugunu da nezerinize catdiraraq onu demek isteyirik ki, bu yonde cox ciddi axtarisda olan “Standard” Liege klubu buna xeyli vaxt serf etdiyini bildirib. “Standard” Liege klubu onlarin komeyine catan Azerbaycan futbolcularina, klub resmilerine, “əldəölən” və “Qəpik-Quruş” mükafatı laureatları olan media nümayəndələrinə və həmçinin “dədəm mənə kor dedi, her yeteni vur dedi” və “köntöy” mükafatlari laureatları olan futbol qurumlarımızın rəhbərlərinə ciddi surətdə təşəkkür etmişlər. Bu mənada Azərbaycandan böyük məlumatlar aldıq deyə bəyənatın sonunda bildirilir.  

    Reply
  • 29 Oktyabr 2012 at 12:42
    Permalink

    Men bunun dilini basa dusmedim. Boyukaga Haciyevden danisdi bilmirem ya yox. Cunki Rubinle oyundan sonra Boyukaga KİCHİKOV, Rednikden de danismisdi. Amma Revana uduzandan sonra hech metbuat konfransina gelmeye bele hali yox idi. Deyilene gore istefa verib. Indi kimin boyuk, kimin ise, turk demisken kuchuk olmasi bir daha bilindi. Rednikin torbasina ilme vuran Kamran Agayev, Ramin Musayev, Anar Xanlarov, Tuyqun Nadirov, Kazbek Tuayev ve onlar kimi shexsiyyetsizler bu teyinatdan sonra ne qeder kuchuk olduqlarini yeqin ki, hiss edirler. Standard lyoj kimi bir tarixi olan klub Redniki devet edir, bizim kuchuklerse onu uzaqlashdirmaq uchun en alchaq yollara el atirlar. Budur Belchika futbolu ile Azerbaycan futbolu arasinda yaranmish seviyyenin ferqi. Bu kuchukler ne qeder ki, Azerbaycan futbolunda kok saliblar biz hech vaxt inkishaf ede bilmerik. Bunu hami gorsun ve bilsin ki, Azerbaycan futbolu bu vicdansizlarin elinde esir olub. Indi bildiniz ki, qarachi dediyiniz Rednik yox ele siz ozunuzsuz. qarachi da insandir. Eslinde siz shexsiyyetsiz insanliqdan uzaq, lakin insan cildine girmish sheytanlarsiz. Futboldan anlamadiginiz kimi insanliqdan da payiniz yoxdur bedbextler, avaralar. Kraxmallanib qalstuk taxmaqla ish bitmir. Belchikada Standard kimi bir komandani Rednik Lenkeranda yaratmaga qadir idi. Bir Standardin tarixine ve ugurlarina baxin. UEFA kuboklar kubokubda (indiki Avropa Liqasi) yalniz finalda Barselonaya 1:2 meglub olmaqla UEFA Kubokuna elvida eden bir komandani Lenkeranda da yaranma shansi vardi. Bu shansi uch-besh qurusha satan eblehler…      

    Reply

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir