Komandamızda yeni qapıçı – Kamal Bayramov

”Xəzər Lənkəran” ilk yay transferini gerçəkləşdirdi

Bu gün “Xəzər Lənkəran” Futbol Klubu qapıçı Kamal Bayramovla iki illik müqavilə imzaladı. Kamal bizim komandamıza “Turan” klubundan keçib.

25 yaşlı qolkiper peşəkar karyerasına “Neftçi”də başlayıb. O, bu klubda 2001-2002-ci illərdə oynayıb. Sonradan Kamalın futbol karyerasında zədə ucbatından uzundövrlü fasilə yaranıb. Bayramov meydana yenidən 2007-ci ildə qayıdıb. O zaman qapıçı “Muğan” klubunun şərəfini qoruyurdu və məhz o dövrdə (2007/2008 mövsümündə) “Muğan” Premyer Liqaya yüksəldi.

Kamalın son oynadığı klub “Turan” olub. Bu klubda o 2009-cu ildən çıxış edib.

Kamal Bayramov evlidir, onun bir körpə oğlu var.

Mənbə: lankaranfc.com

 

2 thoughts on “Komandamızda yeni qapıçı – Kamal Bayramov

  • 13 Fevral 2012 at 05:22
    Permalink

    Orxan yaxsi qapcdi  galin ona dasday olagun .o xala gancsi

    Reply
  • 02 Sentyabr 2011 at 03:15
    Permalink

    bu komandanin qapisinda yalnz ya kamran yadaki orxan durmalidir.Gelin baxaq Kamal Orxandan gujdudurmu?????men her ikisinin mewqini ve oyunlarini izlemiwem….Axlima sadece bir fikir gelir…BU SEHVBIR ATDIMDIR….

    Reply

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir