Karles Bakes “Xəzər Lənkəran”dan ayrıldı

bakes1“Xəzər Lənkəran” klubunun baş məşqçisi Karles Bakes istefa verib. Bu barədə məlumatı apasport.az saytına ispaniyalı mütəxəssisin özü açıqlayıb.

O bildirib ki, bu qərarının əsas səbəbi komandanın uğursuz çıxışı, qarşısına qoyulan vəzifənin öhdəsindən gələ bilməməsidir: “Bu barədə artıq rəhbərliklə söhbət etmişəm. Belə qərara gəldik ki, komandadan indi ayrılmağım daha məqsədəuyğundur”.

Qeyd edək ki, Premyer Liqanın XXI turunda “Qəbələ”yə 0:2 hesabı ilə uduzan “Xəzər Lənkəran” “altılıq” şanslarını çətinə salıb.

MƏNBƏ: Apasport.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir