Karles Bakes Lənkəranla vidalaşdı.

 bakes_karlos_martorellIspan çalışdırıcı bu gün istefa verə bilər.

 “Xəzər Lənkəran”da növbəti baş məşqçi istefası reallaşa bilər. Alınan nəticələr sonrası komandanın baş məşqçisi Karles Bakesə olan ümidlər tamamilə tükənib. Hələ “Turan”la oyun sonrası komanda ilə görüş keçirən klub rəhbərliyi futbolçuları Tovuz təmsilçisi önündə qələbəyə rəğmən kəskin tənqid edərək mütləq qarşıdakı matçlara ciddi yanaşaraq ilk 6-lığa vəsiqə qazanmalı olduqlarını tələb etmişdi. Lakin göründüyü kimi heç də hər şey klub rəhbərliyinin istədiyi kimi olmadı. “Qəbələ”yə məğlub olan cənub təmsilçisi demək olar ki, böyük ölçüdə ilk 6-lıq şansını itirib. Belə də ispan çalışdırıcının işindən narazı qalıb  qış fasiləsində edilən 6 transferə rəğmən qoyulan tapşırıqları yerinə yetirə bilməyən Bakesi istefaya göndərilməsi gündəmə gəlib. Dünən axşam saatlarında komandanın Bakıda olmasına rəğmən Karles Bakes Lənkərana yola düşüb. Çalışdırıcı bazadakı otağında olan ona aid əşyaları toplayaraq bazanın əməkdaşları ilə vidalaşaraq yenidən Bakıya dönüb. Çox güman bu gün onun istefası rəsmi olaraq açıqlanacaq.

 MƏNBƏ: “Futbol+” qəzeti

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir