Kal armuddu, lox yumurtadır, şor əzgildir…

Sakitliyə riayət edin !

Deyilənlərə görə dünyanın aparıcı telekanalları ölkəmizin televiziya vastələrinə həsəd apara bilərlər. Axı bizlərdə informasiya vasitələrinin bir çoxu başda telekanallarımız olmaqla dar çərçivədə çalışırlar… Adını çəkməyəcəyim bəzi telekanallar bir daha bağlanmamaq üçün yolunu dəyişdiyi halda, bəziləri elə əvvəlki yoluyla da gedir. Tutduğu yoldan asılı olaraq bizim məmləkətdə yol ayrıcında onlar üçün təklif olunan xüsusi cığıra düşənlər də olur. Elə bəzi bölgələrimizdə də telekanallar çalışır ki,onların da öz dəsti xətti və ya “cığır”ı var. Uzağa getmədən Lənkəranda yerləşən Cənub televiziyasııyla bağlı bir iki kəlmə deyək. Bu yaxınlara qədər Lənkəran sakinlərinin sevimli futbol klubuna  öz  efirində yer ayırmayan bu kanal, bütün iyrəncliklərini ortaya qoyurdu. Bəzən elə olurdu ki, Lənkəranda keçirilən “Böyük Oyun” öncəsi yerli komandanın deyil, məhz paytaxt təmsilçisinin matça hazırlığını işıqlandırırdı ?! O vaxtlar “Xəzər Lənkəran” haqqında danışanın sanki dilini kəsəscəkdilər deyə CTV-də çalışanlar Lənkəran təmsilçisi haqqında susurdular ? Sonralar klubun sponsorluğu ilə adı çəkilən kanalda veriliş açıldı. Həmin veriliş də başlayar, başlamaz reklam filən meydana çıxdı , “Xəzər Lənkəran” haqqında danışdılar, rəsmi fan klubun üzvlərini dəvət etdilər, yerli futbol mütəxəssisləri ekranda göründü… Bax onda bilindi ki,  CTV-nin dərdi pul dərdi imiş. Qarnına şiş girmiş CTV pula görə susurdu, pula görə danışdı, bir sözlə pula girdi… Əbəs yerə deyil ki, Lənkəranda CTV kanalına xüsusi ləqəb veriblər.  Etika xatirinə o ləqəbi qeyd etmirəm. Şəhər uşaqları, CTV-nin efirində görünən tanışlarını ertəsi gün  “prikol”a tutub: “Alə ayıbdır alə,  yer başına qəhət idi, gedib çıxdın cı… efirinə ? “

Kanalın əməkdaşları daha bilmirlər nədən danışsınlar, nəyi çəksinlər. Yox balası, problem nə qədər desən var, sadəcə bunlara sərf edib etməmək söhbəti var ortada. Əslinə qalsa elə CTV kanalı özü-özlüyündə cənub üçün problemdi, kal armuddu, lox yumurtadır, şor əzgildir…

O gün gedib internet klubları gəzib çəkiliş aparırdılar. Təsadüfən də gəlib bizim oturduğumuz kluba  çıxdılar. Haidsəni sona qədər izlədik.

Televiziya əməkdaşları içəri daxil olan kimi yapışdılar klubda çalışanın yaxasından ki, niyə sizin internet klubun qaydaları yazılmış kağızlar divara vurulmayıb. Klub əməkdaşı da əl qatıb özünə başa salmaq istəyirdi onları ki, “ay bala, bura internet klubdur, buraya gələnlər ekrana, yəni kompyuterin displeyinə baxırlar. O səbəbdən biz də bütün kompyuterlərin displeylərində qaydaları qoymuşuq, baxın onlar gözə girir.” Kənardan baxanda bu  mənzərə gülməli görünürdü. İnternet klubda çalışanın dediklərini televiziya əməkdaşı ya eşitmirdi, ya da…

Səsini ucaldan CTV əməkdaşına klubda çalışan sakitliyə riayət edilməsi haqqında xəbərdarlıq edib divardakı yazını göstərdi. Klubdakı istifadəçilərin gülüşü ətrafı bürüdü. “ Alə quşbala, sən divarda yazılan, qaydaya özün riaəyət etmirsən, hələ üstəlik, quş da buraxırsan, get aşığını at alə…” deyən bir cavan oğlanın sözləri həqiəqət kimi, yox,yox şillə kimi yapışdı CTV-çinin üzünə. Qaqaş lap yerində demişdi də…

Sakitlik düşdü, hamı da öz işini davam etdi. Ətrafdan nəm iyi gəldi, suyu süzülə-süzülə televiziya əməkdaşları klubu  tərk etdilər…

Deyirəme,  bu CTV-də işləmək də bir iş deyil ha… O biri kanallar heç olmasa bir təhər baş girriyirlər, amma bunlar elə hey gijdiyirlər…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir