Hüseyn Cəbrayıloğlu: Mənbənin kimliyi hər şeyi deyir.

huseynArtıq xəbər verdiyimiz kimi  korner. az saytında “Xəzər Lənkəran” klubunun keçmiş baş məşqçisi  Cüneyt Biçərdən alınan müsahibə dərc olunub və “mənbə” də göstərilmişdir. Həmin müsahibədə ad çəkilməsə də “Futbol+” qəzetinin əməkdaşı, tanınmış jurnalist  Hüseyn Cəbrayıloğlunun ünvanına türkiyəli çalışdırıcı tərəfindən bəzi ifadələr işlədildiyi açıq-aşkar hiss olunur. Belə də Hüseyn bəyi arayıb fikirlərini öyrəndik. Əvvəlcə hay-küylü yerdə olduğu hiss olunan Hüseyn bəy qısa vaxt istədikdən sonra danışığımıza davam edirik:

-Bu müsahibədən tam olaraq xəbərim yoxdur. İlk olaraq dostlarımızdan biri zəng edib bu barədə xəbər verdi. Sizdən bir neçə dəqiqə öncə isə həmkarım, “Apasport” portalının baş redaktoru İxtiyar Əsgərov zəng edib müsahibədən xəbərim olub-olmadığımı soruşdu. Birincisi, Cüneyt Biçərin elə sözlər deməsinə inanmıram. Çünki müsahibə alan tərəfə baxmaq elə kifayətdir. Mənbənin kimliyi hər şeyi deyir. Bir neçə gün öncə Böyükağa Hacıyevlə “Böyük oyun” sonrası mübahisə edən Elşad Səfərli ilə də müsahibə alan eyni mənbənin  nə qədər böyük iftiralar atdığını gördük. “Futbol+” qəzetinə müsahibə verən Elşad müəllim adıçəkilən fan-klubun üzvü olmadığını vurğulamaqla yanaşı müsahibə zamanı demədiyi sözləri onun adından ictimaiyyətə sırındığını dedi. İkincisi mən hansısa müəsissənin daxili iclasını foto mantaj edilərək fan-klubun iclası kimi sosial şəbəkələrdə paylaşan, xanım adları ilə sosial şəbəkələrdə iftira dolu şərhlər yazan, az qala 10-15 yalançı “nik”lə hansı isə fikir yaratmağa cəhd edən  şəxslərin aldığı müsahibəni ciddiyə almıram. Bir az da dərinə gedib bu adamların kimliyini açıqlamaq istəmirəm. İstənilən adam Lənkəranda həmin şəxslərin hansı mövqeyə, hörmətə sahib olduğunu bilir. Amma getdikcə fəallaşan bu insanları görünür tam olaraq ifşa etməyin vaxtı çatıb. İnşallah, qiymətli vaxtımızı bir gün sərf edib onların kimliyini  tam çılpaqlığı ilə Lənkərandan  kənarda yaşayanlara tanıdarıq. Bunu onlar istədi.

Müsahibədə yer alan fikirlərlə Hüseyn bəyi qısaca bir daha tanış edirik:

-Bayaq da dedim. Mən Biçərin elə sözlər deməsinə inanmıram. Əgər kimsə mənim yazılarımda, iştirak etdiyim verilişlərdə Cüneyt Biçərin ünvanına “həvəskar” ,  “həvəskar komandada çalışdığı” haqqında ifadələr işlətdiyimi sübut edə bilərsə buyursun. Yox, əgər Biçər bəy doğurdan belə deyibsə mənim də cavabım var. Mən “Xəzər Lənkəran”ın xarici toplanışlarında olarkən Mirça Rednikin dönəmindən bəri bütün məşqçilərdən müsahibəni toplanışın son günlərində almışam. Bu Rednikin də, Biçərində, Yunis müəllimində dönəmində belə olub. Zəhmət çəkib “Futbol+” qəzetinə baxa bilərlər. Cüneyt Biçər Antalya toplanışı dönəmində düz 4 dəfə özü, təkrar edirəm 4 dəfə özü  mənə istədiyi vaxt mənə müsahibə verməyə hazır olduğunu dedi. Son dəfə hətta “Hüseyin, bu reportajı nə zaman yapalım” dediyinə mənimlə birgə toplanışda olan həmkarım İxtiyar bəy də şahidlik etdi. Mən isə cavabımda “Cüneyt bəy, mən həmişə toplanışlarda müsahibəni son günlərdə alıram” deyərək vaxtı ona deyəcəyimi bildirdim. O da sağ olsun, mənim dediyim gündə, saatda otelin foyesinə düşərək müsahibəsini verdi. Bəli, mən yalnız Lənkəranda bir də gənclik illərimin 10 ilini verdiyim hərbi xidmətdə, Yuxarı Qarabağda olmuşam. O zaman biz orda ana-bacılarımızın namusunu qoruyanda kimlərsə evinin  içində nələrin  baş verdiyini, namusunun,  izzətinin, kişiliyinin necə getdiyini bilə bilə indi bizim jurnalist əqidəmizə çamur atmaq istəyirsə arzusu gözündə qalacaq. Dediyim kimi bunları Lənkəranda bilməyən yoxdur, kənarda yaşayanlar da tezliklə bilər. Ən azı ona görə  ki, kimlərin əli iləsə  bizlərə çamur atmaq istəyənlər ən azı kişi oğlu kişi olmalıdırlar. Çox-çox üzr istəyirəm ki, bunları demək məcburiyyətində qalıram. Üstəlik qorxulu olan dediyim adamlar yox, onların arxasında gizlənmək istəyənlərdir. Bir də mən səngər, qazma görmüşəm amma 5 ulduz otel yox. Razıyam. Amma  Biçərin məntiqi ilə mənim kimi o da nə 5 ulduz otel görmüşdü, nə də “Xəzər Lənkəran “ böyüklüyündə camiədə çalışmışdı. Bu qədər ucuz ifadələr işlətmək kimsəyə yaraşmaz.

 Biz çox sevdiyimiz və camiə olaraq dəyər verdiyimiz Hüseyn Cəbrayıloğlunun fikirləri ilə sizləri tanış etdik. Görünür kimlərsə bulanıq suda balıq tutmaq istəyir. Amma mənbənin kimliyinə, şəxsiyyətinə önəm vermədən özünü də saytını da hörmətdən salır.

27 thoughts on “Hüseyn Cəbrayıloğlu: Mənbənin kimliyi hər şeyi deyir.

  • 31 Dekabr 2012 at 17:25
    Permalink

    Todorov ve subashic komandadan getmelidilerSubashic azerkeshlere tekce eseb verir,.Inshallah bele de olar.

    .

    Reply
  • 30 Dekabr 2012 at 20:07
    Permalink

    Admin qapımızda yenı Yeni İl var. 2013-ci ilə girəcəyimiz bu günlər istərdim bütün arzularınız gerçəkləşsin. Gələcəyinizi formalaşdıracaq hər yeni gün ötən gündən daha da gözəl, istəklərinizə uyğun və sizi sevindirəcək şəkildə olsun. Yeni İlinizi Təbrik edirəm! Eləcədə bütün Xəzərin sevimli azerkeşlərini və bu saytda şərh yazan dostlarımın da yeni ilini təbrik edirəm.Hamınıza can sağlığı və uzun ömür arzulayıram.

    Reply
  • 30 Dekabr 2012 at 19:36
    Permalink

    Admin axşamınız xeyir.Mən biləni *XAN LƏNKƏRAN* adda belə fan klub yoxdur.Ancaq XAN LƏNKƏRAN adda avtobus marşurutu var Lənkərandan Bakıya işləyir.İnanmırsız onu idarə edən sürücü Elçindən soruşun.Eşq olsun bizim sayta.

    Reply
  • 30 Dekabr 2012 at 00:42
    Permalink

    …………………………..
    ***
    Bu hələ də məlum deyil. Hələ də vaxt var.

    Reply

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir