Hayıf oldu…

Uinston Parks 1Vaxtı ilə “Xəzər Lənkəran”ın heyətində uğurlu çıxışı ilə yadda qalan, sonradan isə gözlənilmədən “Bakı” klubuna keçən Uinston Parks son zamanlar zədədən əziyyət çəkir və komandasına kömək edə bilmirdi. Görünür bu səbəbdən də paytaxt klubu Kosta rikalı futbolçu ilə yollarını ayırmaq qərarına gəlib. Beləcə zədədən yaxa qurtara bilməyən futbolçu üstəlik yaxın günlərdə klubsuz da qalacaq. Qeyd edək ki, Uinston Parks “Bakı”nın heyətində yalnız bir oyunda özünü az-çox göstərə bilməmişdi ki, bu da 21.10.2011 tarixində “Xəzər Lənkəran”la matçda baş vermişdi. Həmin oyunda Parks əcaib vəziyyətlərdə, daha dəqiq Kamran Ağayevin qəribə səhvlərindən sonra ardıcıl iki dəfə topu komandamızın qapısından keçirə bilmişdi. Ümumilikdə isə kosta rikalı futbolçunun kareyrasının zolaqlı klubda alınmaması göz önündədir. İndiki vəziyyətdə bu futbolçunun halına acımamaq da olmur. Qeyd edək ki, eyni aqibəti vaxtı ilə Junior Osvaldo da yaşamışdı. Beləki, barziliyalı futbolçu “Xəzər Lənkəran”ı gözlənilmədən tərk edərək “Bakı” klubuna keçmiş və uğursuz oyunlar seriyasının ardından yola salınmışdı.

22 thoughts on “Hayıf oldu…

  • 03 Yanvar 2013 at 00:08
    Permalink

    PARKS BAKI KOMANDASI TƏRƏFİNDƏN OQURLANAN ZAMANDA AZƏRKEŞ OLARAQ BUNA MÜNASİBƏT BİLDİRMİŞDİK.ONUN AQİBƏTİNİN BUNDAN ARTIQ OLMAYACAQINA ƏMİN İDİK BU AQİBƏTİ VOBAYDA YAŞAYACAQ. BİZ BUNU ARZULAMIRIQ ONLARDA İNSANDILAR AMMA ONLAR ATDIQLARI SƏHV ADDIMLARININ NƏTİCƏSİNDƏ BUNU YAŞAMAĞA MƏCBUR OLURLAR.
    BU AQİBƏT KAMRANI BA GÖZLƏYİR….!

    Reply
  • 01 Yanvar 2013 at 13:39
    Permalink

    XEZERIN COREYINE PULUNA BAYIS OLAN HECVAX AXIRA QEDER GEDE BILMIR VOBAYDA BUNUN GUNUNE QALAR MEN BUNU DEMSIEM YENE DEYIREM 

    Reply
  • 01 Yanvar 2013 at 12:38
    Permalink

    SALAMUN ELEYKUM ADMIN BEY. SIZI VE BUTUN XEZER LENKERAN MEHEBBETINI PELBINDE DAWHYAN AZERKEWLERI YENI IL MUNASIBETI ILE QELBEN TEBRIK EDIREM VE KOMANDAMHWA YENI ILDE UGURLAR ARZULAYIRAM.

    Reply
  • 30 Dekabr 2012 at 16:06
    Permalink

    Vaxtilə K. Ağayev başda olmaqla “torbatikənlər” dəstəsi M. Rednikə qarşı təxribata əl atanda, XL rəhbərliyi bacarıqsız və qeyri-peşəkar olduğunu sübut etməklə təxribatçılara dəstək oldu və səviyyəli bir məşqçinin komandadan getməsinə səbəb oldu. XL rəhbərliyində çalışan şəxslər futbol anlayışı olmayan, təsadüfü insanlardır.

    Reply
  • 30 Dekabr 2012 at 13:23
    Permalink

    yaxwi oldu parkiecin yediyi yemek ona haramdi bilmirdinki bizlerin gozlerini yolda qoyanlarinda gozleride yolda qalar men yexsen cox sevinirem o bundanda bewbeter gune qalsin o adam olsaydi yediyi coreyin bucur azerkewlerin qedrini bilerdi

    Reply
  • 30 Dekabr 2012 at 13:10
    Permalink

    Kim nə edirsə özünə edir ,Heç də məyus olmağa dəyməz .Avroliqa qabağı Redniki pis vəziyyətdə qoyan Parks  bundan başqa hansı aqibət gözləyə bilərdi ? Hələ o biri torba  tikənləri  demirəm  hamı öz cəzasını aldı .Allah  hərkəsi etdiyi  hərəkətə görə mükafatlandırır ,Pis-pis yaxşını -yaxşı ,

    Reply
  • 30 Dekabr 2012 at 12:05
    Permalink

    Əziz həmvətənlilərim ilk öncə qarşıdan gələn yeni ilinizi təbrik edirəm, başda bu saytda böyük əməyi olan bütün azərkeşlərin! Bu Parksa və Bakı klubuna isə tövsiyyəm budur ki, HALAL-lıq deyilən bir kəlam və ya insan oğluna aid bir deyim var ki, bu da onlara aid deyil ki, mən nəyi qoyub nə axtarıram (Kubok oyununun finalı yaddan çıxmayıb ki, və elə həmən il 2 oyunu da qalib olub mərhələ adlamayan bir komanda deyil ki, bunlar?) HALAL-lıq almaq lazımdır ay haramzadələr (Bizim azərkeşlərdən üzr istəyirəm bu frazaya görə)

    Reply
  • 30 Dekabr 2012 at 11:12
    Permalink

    Parksın “Bakı” klubuna keçməsində təkcə pul amili rol oynamadı, böyük şəhər, barlar, diskotekalar, gecə klubları, qızlar, əylənmək üçün hər cür şərait var bu şəhərdə. Parks kimi insanlar əyləncəyə meyilli futbolçulardır, onları klubun mənafeyindən daha çox, əylənmək maraqlandırır.

    Reply
  • 30 Dekabr 2012 at 09:30
    Permalink

    gor ne gune qalmisan ay parks sen deyildin xezerde her oyunda qol vuran ne deyek Allah axirivi xeyr etsin

    Reply
  • 30 Dekabr 2012 at 09:27
    Permalink

    Allah bəlasını verib onun.

    Reply
  • 30 Dekabr 2012 at 08:28
    Permalink

    Salam Admin.eslinde Parksin gozun pul tutdu ona gore bu vezietde cunki rednik onu bura getirmekle sanki ikinci nefes verdi…Admin bir weye diqqet tyetirin Umumiyetle Baki xezerle oyunda vurduqu haram topdan sora helem ozume gelmirki gelmir..Allaha qurban olum burda diyiblereee haram iwle qabaqa getmek olmaz.Baki el bilirki pul her weydi neceki pul ile parksin bawin aldadib aparmiwdi

    Reply
  • 30 Dekabr 2012 at 02:35
    Permalink

    men evvel ele bildim dame n doye gelir oueman n doyenin kicik qardawi. dame de gelse ela olardi amma emmasi var 4000000 du qiymeti gelseydiler herikisi super hucum olardi

    Reply
  • 30 Dekabr 2012 at 02:33
    Permalink

    ….. mən belə başa duşurəm ki,guclu oyuncu olmur, guclu MƏŞQCİ olur.Oyuncunu guclu oyuncu eləyən də elə məşqci və azərkeşlərdir.Buna misal Parks,Denis silva.Juninyo.Morio souza,Vobay və başqaları.Parks REDNİKİN dövrundə elə oynayırdı mən duşunurdum ki,görəsən belə oyuncu yolunu azıb azərbaycana gəlib. Amma bakıya gedəndən sonra həmən Parksı mən görmədim.Nə isə ALLAH RƏHMƏT ELƏSİN SƏNİ PARKS,SƏN XƏZƏRDƏ YAXŞI OĞLAN İDİN,BİZLƏRİ COX SEVİNDİRMİSƏN.
    ***
    Ad yazmadan da müraciət edərək şərhinizdəki fikri qeyd edə bilərsiniz, məsələn sadəcə “Admin” və ya “İnzibatçı”. Amma bu sadəcə xahişdir, əlbəttə ki, istəniən halda seçim etmək sizin hüququnuzdur.

    Reply
  • 30 Dekabr 2012 at 02:27
    Permalink

    admin nese xeber????
    ***
    Məşədi Vüsal artıq siz özünüz də bəzi xəbərləri yayımısınız. Məlumatlar olduqca əlbəttə ki, saytımızda yayacağıq.

    Reply
  • 30 Dekabr 2012 at 02:13
    Permalink

    osman ndoyeden resmi aciglama…bilmirem rapidi secim ya xezerlenkerani.men buxarestde oynamaq istemirem daha.ndoye sonda onuda bildiribki xezer lenkeran onuncun kuluba 23min odemeye hazirdi ama kulub 30min teleb edir.ay insafsizlar 7 min ucun qalmisiiiz??? day ne diyime size

    Reply
    • 30 Dekabr 2012 at 02:46
      Permalink

      bu harda yazlib ki ?? ndoye-nin musahibesi?

      Reply
  • 30 Dekabr 2012 at 01:57
    Permalink

    osman ndoyenin qiymeti 4 milyon evrodu.qaston mendi 400min evro..boubakar mansaly 1milyon200min yevro…..jhon lke ibeh 1000000 evro…kehinde fatai 1milyon800min yevro…..mixael tukura ise 525-600min yevro…hansilari real gorsenir 4000000 yoxsa 525 min yevrooo eziz azerkewder????????

    Reply
    • 30 Dekabr 2012 at 02:41
      Permalink

      usman ndoye 500 min avrodu

      Reply
  • 30 Dekabr 2012 at 01:45
    Permalink

    Ne deyek Allah bilen meslehetdi. Evin yixilmasin qalmisdinda burda, azdan coxda bilirdin ki, onlar biznen edalete gore vurusmurlar.

    Reply

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir