Hər kəs öz yerini bilməli…

rednikSaytımızda “Xəzər Lənkəran”ın keçmiş baş məşqçiləri haqqında mütəmadi olaraq yeni xəbərlər təqdim edirik. Məlum olduğu kimi son iki il ərzində komandamızın baş məşqçisi olmuş Mirça Rednik Belçika çempionatında mübarizə aparan “Standard” klubunda, Güneyt Biçer Türkiyənin II liqasında çıxış edən yarım həvəskar “Nazilli Belediyespor” komandasında baş məşqçi kimi çalışırlar, Yünis Hüseynov isə hazırda işsizdir.
Qeyd edək ki, Belçika çempionatında Lyoj şəhərini təmsil edən “Standard” klubu  dekabrın  27-də doğma meydanda “Beerschot” klubunu 3:0-hesabı ilə məğlub edərək 2012-ili böyük hesablı qələbə ilə başa vurmuşdur. Rumın çalışdırıcının başçlıq etdiyi “Standard” klubu qış fasiləsi öncəsi 38-xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşmışdır.
Ondan fərqli olaraq vətəni türkiyədə çalışan və yarım həvəskar “Nazilli Belediyespor” komandasında baş məşqçi olan Güneyt Biçerin vəziyyəti heç də qənaətbəxş deyil. Beləki, Türkiyənin yarım həvəskar klublarının mübarizə apardığı II liqada çıxış edən “Nazilli Belediyespor” 2012-ci ilin son oyununda səfərdə “Çankırıspor” ilə üz-üzə gəlmiş və 1:2 hesabı ilə məğlub olmuşdur. Biçerin komandası 24-xalla turnir cədvəlinin 8-ci pilləsində yer alaraq qış fasiləsinə yollanmışdır.

2010-cu ilin yayından 2011-ci ilin sonuna qədər  “Xəzər Lənkəran”ın baş məşqçisi olmuş  Mirça Rednikin ölkəmizdə çalışdığı müddətdə azarkeş sevgisi ilə yanaşı, futbol qurumlarının və idman mətbuatının, həmçinin digər qərəzli ünsürlərin insanlığa yaraşmayan hərəkətlərinin şahidi oldu. Təəssüf ki, azarkeşlərin sevgisi bu iyərncliklərin qarşısını ala bilmədi. Müxtəlif səviyyəsizlərin Redniki “Qaraçı” adlandıraraq onun haqqında xüsusi antitəbliğatı yəqin ki, uzun illər unudulmayacaq. Təbii ki, Rumın məşqçinin ölkəmizdə çalışdığı müddətdə hamı öz səviyyəsini göstərdi. AFFA və PFL prezidentindən tutmuş, ağzıgöyçək jurnalistlərə qədər, məşqçidən şikayət edən OYUNCAQ futbolçulardan tutmuş Rednikin əleyhinə əxlaqsız və tərbiyəsiz formada təbilğat aparan, özlərinə gah fanat gah da azarkeş adı verən bəzi  geri zəkalılara qədər  hamı öz kimliyini göstərdi. Bütün pisliklər də yaxşılıqlar da elə bu ölkədə qaldı və Rednik vətəninə qayıdandan sonra da işsiz olmadı. Rumın mütəxəssis ölkəsində iki klubda baş məşqçi kimi çalışaraq sonradan Belçikaya dəvət aldı və bu günə qədər də vaxtı ilə 5-il ərzində futbolçu kimi formasını  geydiyi “Standard” klubunda baş məşqçidir. Azərbaycan futbolu isə özünün bütün iyrəncliklərini qoruyaraq kağız üzərində olan yalançı inkişafının ardıyca sürünməkdən savayı heç nə ilə yadda qala bilmir. Çünki sürünənlər  heç vaxt ucala bilməzlər.

 

 

7 thoughts on “Hər kəs öz yerini bilməli…

  • 28 Dekabr 2012 at 22:49
    Permalink

    Sizinlə tamami ilə razıyam.AFFa istər PFL -da bir nəfər göstərin ki onlar futbolçu olublar və ya futboldan başları cıxır.onların başları başqa şeydən çıxdıqlarına görə futbol aləminin adamlarından qorxub ona qarşı qaraçılıq eləyirlər.

    Reply
  • 28 Dekabr 2012 at 05:59
    Permalink

    Hormetli Admin, Size yalniz ve yalniz algishlar dushur chunki, siz hech vaxt o gozel insani, gozel meshgchini unutmursuz ve daimi bizim futbol gehramanimiz baresinde melumat verirsiz. Allahda sizi hech vaxt unutmasin, daima sizin uzerinizde olsun. Beli, Rednik bizim gelbimizdedir.

    Reply
  • 28 Dekabr 2012 at 01:21
    Permalink

    Her defe bu INSANDAN soz dusende menim ureyim partlayir ((( men olene qeder ona ser atanlarin ata-babasini soyerem. Nece minlerle insani qelbine REDNIK dagi vurdular. Camahatin gozunu yularda qoydular ALLAH onlarin gozunu yollarda quysun! Serefsizler……

    Reply
  • 28 Dekabr 2012 at 01:11
    Permalink

    Admin xəbəriniz varm; ki Standard  işirak etdiyi liqadan ,;çımaq istəyir . Kulubun prezdentı yeni bir çempianat yaradılmasının tərafdarıdı ,və bu əgər baş verməsə Fransa çempianatında iştirak edəcəklər ,deyir hüquqi cəhətdən bu mümkündür/
    ***
    Bu barədə mən də hansısa saytda oxumuşam. Nə qədər dəqiq məlumat olduğunu deyə bilmərəm. Amma onu bilirəm ki, Belçika çempionatı bizim çempionatdan qat-qat səviyyəlidir. Belçikada klublara futbol qurumları tərəfindən münasibət də eynidir. Daha bizim çempionatda olduğu kimi ögey doğmalıq yoxdur. Əgər həmin xəbər düzdürsə deməli “Standard” klubu daha da irəli getmək fikrindədir. Bir də ki, güvəniləsi baş məşqçi varsa niyə də Fransa çempionatına üz tutmasınlar.

    Reply
  • 28 Dekabr 2012 at 00:31
    Permalink

    sen bizim qehramanimizsan qehramanlar ölmüler.seni xüsusi yerin var qelbinde.seni göre bilseydim bir sualim olardi sene?.seni kim ne azdirdi getiri cixardi Azerbaycana? sen özünü nece sevdirdin nece qelbimize yol tapdin seni onutmaq olmur REDNIK

    Reply
  • 27 Dekabr 2012 at 23:57
    Permalink

    Redniki qaracı adlandıranlar öz saqına soluna baxsalarlar gorərlər ki,onların yaşında hec Azərbaycanda ağac yoxdur, amma onlar utanmadan özlərinə pampers bağlayıb AFFA-nın binasında oturub guya ki, Azərbaycan futbolunun taleyni həll edirlər.O BOYUK REDNİKDİR, O ÖZUNU BİZLƏRƏ KƏNARDA YOX MEYDANCADA GÖSTƏRMİŞ BİR DAHİ MƏŞQCİDİR.Onun kimi məşqcinin yoxloğunda indi biz ALTILIQ-a duşmək ucun əl-ayağa duşmuşuk.

    Reply
  • 27 Dekabr 2012 at 23:53
    Permalink

    Düz sözə zaval yoxdur.Belə insani heç vaxt yaddan çixartmaq olmaz.!!!
    Halaldi sizə Rednikimiz…!!!

    Reply

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir