Güneyt Biçerin QƏLƏTİ

qeletDekabrın 27-də saytımızda təqdim olunan “Hər kəs öz yerini bilməli…” yazısının sorağı Türkiyəyə gedib çıxıb yaxud bu yazının sorağı oraya xüsusi olaraq göndərilib. Hər nədirsə həmin yazıda “Xəzər Lənkəran”ın keçmiş baş məşqçisi Mirça Rednikin “Standard” klubu ilə Belçika çempionatında  turnir cədvəlinin 5-ci pilləsində, Güneyt Biçerin isə hazırda Türkiyənin II liqasında yarımhəvəskar “Nazilli Belediyespor” komandası ilə  8-ci pillədə yer alması barədə məlumat verilmişdi. Görünür yarımhəvəskar komandada işləməsini yazmağımız Biçeri özündən çıxarıb.

Ardıcıllıqla.

Fəaliyyətinə hörmətlə yanaşdığımız korner.az saytında Güneyt Biçerin müsahibəsi təqdim olunub və mənbə də göstərilib. Amma məsələ ondadır ki, müsahibə məhz korner.az saytının hesabına yayıla bilmişdir, əks halda həmin “mənbə”nin ümidinə qalsaydı Facebook sosial şəbəkəsində yalnız 6-nəfər tərəfindən oxunacaq, 6-nəfər tərəfindən paylaşılacaqdı və 6-dəfə də LİKE  olunacaqdı ki, bu da həmin “mənbə”nin sevimli 666-rəqəminin alınmasına gətirib çıxaracaqdı.

 Beləliklə Güneyt Biçer nələr deyib?

Əvvəla Biçər bilməli idi ki, onun çalışdığı komandanı yarımhəvəskar adlandıran 12cioyuncu.info azarkeş azarkeş saytıdır. Bu saytı azarkeşlər çalışdırır və təbii ki, biz də jurnalist deyilik. Ümumiyyətlə bizim heç vaxt ondan müsahibə almaq fikrimiz də olmayıb. Biz müxtəlif zamanlarda “Xəzər Lənkəran”ın baş məşqçiləri olmuş Rasim Karadan, Ağasəlim Mircavadovdan və Mirça Rednikdən müsahibələr almışıq. Eyni ilə də Karles Bakesdən də müsahibə almaq fikrimiz var. Qeyd edək ki, bizim siyahımıza daxil olmaq üçün Biçer həmin şərəfə sahib  deyil. Digər məsələ isə ondan ibarətdir ki, 12cioyuncu.info saytının heç bir nümayəndəsi heç vaxt Türkiyədə olmayıb və Mais Mənsimovun hesabına 5-ulduzlu oteldə də qalmayıb. Bundan sonra Biçer ortaya çıxsın və bizin yalan dediyimizi isbatlasın.

Deyəsən Biçerdən müsahibə alanlar aranı qatmaq üçün ünvanları da səhv salıblar, amma əgər Güneyt hocadır – qocadır nədir, özü də bu qədər səhvə yol verməyəydi. Amma o səhv edib, özü də necə – “Onların məni tərifləmələri üçün maddi və mənəvi səbəbləri olmadığından bu yazdıqlarını nomal qarşılayıram” fikrinə müsahibəsində yol verən Güneyt Biçer başından böyük qələt edib.

Buradan ona səslənirik: “Axı səni “Xəzər Lənkəran” azarkeşləri bəyənmədi və sən də getdin. Şaban demişkən “EŞOLEŞEK” sən kimləri maddiyyat ummaqda suçlayırsan? Birdən ikiyə səninlə aramızda maddi söhbətlər olub?”

 Daha sonra “zərin qədrin zərgər bilər” misalını çəkən Türk “mütəxəssis” səhvin quyusuna girib. Bir deyən lazımdır ki, “Sən ey Biçer, it sümüyündən hazırlanan zər qədər də ola bilmədin buralarda. Sənin zərgər sandıqların isə necə deyərlər “aşağı aşağı it (sümüyndən də)” aşağıdırlar.”

 Nəhayət  “Bir çoxları isə bütün günahları Tuyğun Nadirovda görür, amma bu belə deyil. Həmin azarkeşlərə üzümü tutub demək istəyirəm ki, hədəfi yanlış seçiblər” deyən Güneyt Biçer, lap ağını çıxarıb. Bəlkə bu Türk cocuğu demək istəyir ki, hədəf Mübariz Mənsimov olmalı idi? Bəlkə azarkeşlər Mübariz Mənsimovu istefasını tələb etməli idilər?

Sonda Biçerə son mesajımızı yollayırıq. “Sən “Bakı” klubunun baş məşqçisi olarkən FAİR PLAY qaydalarına tüpürən məşqçi kimi dünyanın futbol tarixinə pis adla düşmüsən.  Sən 2010-cu ildə keçirilən həmin kubokun finalında FAİR PLAY qaydalarına uyğun olaraq öz qapısından top buraxmağa hazır olan öz futbolçularına əl işarəsi ilə  “oyuna davam” bildirən məşqçisən, sən “Xəzər Lənkəran” azarkeşlərinə ən böyük mənəvi zərbəni vuran şəxssən. Özünə hörmət edən “Xəzər Lənkəran” azarkeşi səni qəbul edə bilməz. Qəbul edənlər isə özünə hörmət etməyənlərdir. ”

 P.S. İnanmaq istərdik ki, korner.az saytı öz səviyyəsinə uyğun addım ataraq həmin səviyyəsiz müsahibəni rədd edəcək. Hər halda biz buna inanmaq istəyirik.

23 thoughts on “Güneyt Biçerin QƏLƏTİ

  • 31 Dekabr 2012 at 15:01
    Permalink

    Q oza düz deyir… Zırın qədrin zıl bilər! Azərkeşlər bunu yaxşı bilirlər!

    Reply
  • 29 Dekabr 2012 at 21:31
    Permalink

    Admin Bicer dovru qapandi artiq.Mence onun ustune bu qeder dusmeyin ve her hefde onun Turkiyedeki uqursuzluqunu xatirlatmaqinin menasi yoxdu.

    Reply

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir