“Gözlənilən bir qətlin tarixçəsi”nə nəzirə

agac1“Futbol+” qəzetinin bölgə müxbiri, istedadlı yazar Hüseyn Cəbrayıloğlu, qəzetin 26-fevral tarixli sayında “Xəzər Lənkəran” komandasının baş məşqçisi, ispaniyalı gənc çalışdırıcı Karles Martorell Bakesin komandadakı postundan istefa verməsi ilə əlaqədar yazdığı “Gözlənilən bir qətlin tarixçəsi” adlı yazısını oxuduqdan sonra bu şeiri yazdım.

Qətl cinayətdir, maddələri var,

Bundan sonra yollar olmayır hamar!

Bu neçənci qətl, hansı cinayət,

Niyə bəs törədən yaşayır rahət?

 

Tərəfdarlar tökür, sel göz yaşları,

Mövqeçilər bitirmir savaşları.

İmdad! Deyə bağırırıq, həyan yox,

Bunlar yedi artıq, neçə başları?

 

Sağlam bədən, ruhla yaratdız onu,

Əyninə də biçdiz, ağ-yaşıl donu.

Hər yerdə, hər yanda, sevildi bu rəng,

Siz, bəlkə bilmirdiz? belə bir sonu!

 

 O cüssəli bədən, o sağlam bədən,

Naşı təbib əlində ölür, nədən?

Siz yaratdız, siz qurduz “bu dünyanı”,

Bu “yaşıl dünya”nı verdiz əlizdən?

 

“Yaşıl dünya” bizə həyat oylağı,

Sevənlərlə dolu, həm solu, sağı.

Burda bu dunyanı qazıb, didirlər,

Əlimizdən gedir, bu həyat bağı!

 

“Yaşıl dünya” qurduz, oldu evimiz,

Bu evdə yaşarıq, camiə tək biz.

İndi, kərpicləri, daşları uçur,

Altında qamışıq, inləyirik biz.

 

Zarıltıya, iniltiyə gələn yox,

Bu qədər işgəncə, həddindən də çox.

Dözürük, dözürük, hələ inamla,

Siz bir cavab verin, ümid var ya yox?

 

 Niyə susursunuz, inləyir bəşər,

Axı bu bəşəri sevən ərsiz, ər!

Bir bəy işi başladınız burada,

İndi bu işləri görür nökərlər.

 

 Bu qədər tərəfdar bilin, sizlədir,

Ürəklərdə bu rəngi əzizlədir.

Bunlarsa, girişib mövqebazlığa,

Bir çox məqamları sizdən gizlədir.

 

 

Çarə yalnız sizlə, gələcək bura,

Qardaşlar əl-ələ, yenidən qura…

“Ağ-yaşıl dünya”mız, sağlam olmalı,

Nəinki tapşıraq qaçaq, quldura.

 

Ey, Hüseyn qardaş, qətli sən dedin,

Camiə tək birləşin də söylədin.

Allah ürəklərə salsın qoy rəhm,

Mənə də deyərsən, yaxşı eylədin!

 

Çünki, bundan başqa bizdə çarə yox,

Nə qədər dəyəcək, sinələrə ox.

Nəhayət ağ günə, yaşıl həyatla,

Çatarıq, bu günə qalmayıbdı çox.

 

Mirhafiz Babayev             26. 02. 2013

MƏNBƏ: Bosman.at.ua

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir