Gəlin bu günki “Xəzər Lənkəran” kimi tələsməyək!

kitayski sheref   Superkubok oyununda böyük əzmkarlıq, təmkin və ustalıq nümayiş etdirərək qələbə qazanan “Xəzər Lənkəran” bu döyüşdən sonra böyük ruh yüksəkliyi ilə evdə “Qarabağ”la çətin çempionat matçına çıxacaqdı. Bu oyunu da qələbə ilə başa vursaydı, turnir cədvəlində də iki pillə irəliləyib 4-cü yerdə qərarlaşacaqdı. Turun digər görüşlərində rəqiblərin xal itkisi buna imkan verirdi.

Səbirsizliklə gözlədiyimiz oyun saatı gəlib çatdı. Meydanda mübarizə başladı, nə başladı… Onu deyim ki, oyunun televiziyadan canlı verilməməsi yenə azarkeşlərin keyfinə soğan doğrasa da, klubun rəsmi internet saytı vəziyyətdən çıxmağa çalışdı. Ara-sıra donmalar olsa da translyasiyanı qənaətbəxş saymaq olar.

Onu deyim ki, Azərbaycan futbolunda Vüsal Əliyevin timsalında, çoxdan bəri görünməmiş bir hakimliyin şahidi olduq. Sanki İngiltərə Premyer Liqasının oyununa baxdıq. Bütün oyunu öz axarına buraxan, hər xırda epizoda fit çalmayan, sərt oyuna imkan verən və buna baxmayaraq yenə də ipin ucunu əlində saxlayan Vüsal Əliyev, gərginliyin böyüyüb dava-dalaşa da çevrilməsinə imkan verməməklə ölkədə Tofiq Bəhramov, Eldar Əzimzadə və bir neçə belə nümunəvi hakimlər nəslinin kəsilmədiyini hələ də bu sahənin adamının tək-tük qaldığını sübut etdi. Halal olsun, Vüsal Əliyev! Bu gərginliyə dözdün, sürəti saxladın, ən əsası isə onu sübut etdin ki, Azərbaycan hakimi müstəqil olsa, bacarar. Yaşa!

Komandamızın oyununa gəlincə, əziyyətli Superkubok oyunundan sonra bunu nəyə bənzətmək olardı… İllərlə zəhmət bahasına pul toplayıb, əziyyətlə istədiyi yüksəksürətli avtomobili alan bir şəxsin, bu arzusuna çatdıqdan sonra sevincək oturub avtomobili çox yüksək sürətlə idarə etməsi səbəbindən idarəçiliyi əldən verməsi və sevimli avtomobilini hansısa divara çırpması. Əslində hər şey yaxşı idi, avtomobil də, sürücülük bacarığı da. Amma qəza oldu və bu qəza sevincək sürücünün sevinc hissləri içərisində qərq olması ilə idarəçiliyi itirməsi səbəbindən baş verdi.

Oyuna yüksək sürətlə başlayan və davam edən komandamız, əslində tələsirdi. Tələsməklə isə sürətli oyun anlayışları başqa şeylərdir. Sürətli oyun, yüksək tempin ağılla idarə olunmasıdırsa, tələskənlikdən yaranan sürət isə ağılla idarə olunan deyil, səni öz axarına salmış iti axan çay axınına düşmək kimi bir şeydir. Bax bu gün “Xəzər Lənkəran” bunun qurbanı oldu. Yüksək sürətlə oyuna atılmış komandanın qarşısında hər hansı ölkə komandasının qala biləcəyinə inanmıram. “Qarabağ” da müəyyən Avropa təcrübəsi hesabına dayana bildi. Onu da deyim ki, oyunun ilk 15 dəqiqəsi bu təzyiqlərə dözə bilməsəydi, onda hesab bizim xeyrimizə bundan da böyük ola bilərdi.

Qurban Qurbanovun komandası inanılmaz təmkin göstərərək, öz oyun intizamlarını qoruya bildi. Ona görə də biz oynadıq, onlar vurdu. Əslində oyuna heç bu tempdə başlamaq da lazım deyildi. Bu tempə hər an hazır olub, asta oyun sərgiləmək, rəqibin gözləmədiyi momentdə bu tempi işə salıb ani kəsərli hücumla onların müdafiəsini pozmaq lazım gəlirdi. Əgər bir belə top vurulsaydı, daha ağıllı oyun alınardı və məğlub olmazdıq.

Heç olmasa Con Toşakdan ikinci hissədə belə oyun tətbiqin gözləyirdik. Deyəsən elə o da futbolçulara belə bir tapşırıq vermişdi. Lakin qələbə istəyi böyük olan komandamız özünü pərvanə kimi oda vurub yandırdı. Bu futbolda hər zaman olan bir şeylərdir. Toşak öz təcrübəsi ilə oyunun əvvəlindən bu sürətə imkan verməməliydi. Ancaq bunun yaxşı tərəfləri də var. Bir neçə ay öncə meydanda özlərini güclə tərpədən futbolçularımız, bu gün çox sürətli, Avropa oyunu oynadıqlarını göstərməklə, əslində bizə böyük ümidlər verdilər. Lakin daha ağılla oynamaqla bu sürətin sintezini Con Toşak təcrübəsi ilə qaydaya qoymalıdır. Evdə böyükhesablı məğlubiyyət heç də yaxşı olmasa da, bu oyundan sonra komandaya inam başqa prizmadan yarandı ki, yaxın gələcəkdə bunun bəhrəsini mütləq görəcəyik. Bəzən azarkeşlər məğlubiyyətdən və hesabdan razı qalmayaraq ümidsizləşirlər ki, bu da təbiidir. Amma gəlin bu günki “Xəzər Lənkəran” kimi tələsməyək!

 

Mirhafiz Babayev

 

Mənbə:Bosman.az

16 thoughts on “Gəlin bu günki “Xəzər Lənkəran” kimi tələsməyək!

  • 29 Oktyabr 2013 at 17:38
    Permalink

    Xezer kamandamiz zeif deyil.Istenilen kamandadan lazim gelse gucludur.Eger zeif oynayibsa onda sebeblerde deyilmelidir.Duzdur 3:o yaxşi hal deyil amma buda esas vermir ki ,klubumuzun zeif olduqunu demeye.Sadece meqlubiyyetin sebeblerle baqli olduqunu duşunurem.Bu sebeblerde aydindir.

    Reply
  • 28 Oktyabr 2013 at 21:40
    Permalink

    Komanda 0-3 hesabile meglub olursa,demek olduqca zeifdir.Belede hansisa irelileyisden sohbet gede bilmez.Umumiyyetle,qol burxdigimiz epizodlardaele sehvler olur ki, o da qola beraber olur.Bir bele sehv,iki bele sehv hesabin yavas-yavas artmasina sebeb olur.Bir defe qapici, bir defe mudafieci,bir defe o oyuncu,bir defe bu oyuncu gorun hesab hara gedib cixir.Asagi yas qruplarinda oynayan futbolcular bele sehvler etmir.Mesqciye geldikde, mene ele gelir ki,bas mesqcinin gucu 2-3 oyuna belli olur.Bizde bu 2-3 oyun coxdan oub.Netice de goz qabagindadir.

    Reply
  • 28 Oktyabr 2013 at 19:09
    Permalink

    Hecde bashqa xeyirli Prizma ile yanashmaq lazim deyil. Nece olur oynayan biz qelebeni qzanan onlar. Bu fikirle razi olmaq lazim deyil. Elave vaxtda son saniyelerinde uduzan Bash meshqci deyishikliye niye el atdi anlamaq olmadi. Elnur Ceferliye shans vermek yaxshidir beyenilir ama bele olmaz. Qarabaq laiqli qelebe qazandi. Boshuna toppu goturub ireli atilaraq suret yaratmaqin sonu mentiqsiz alinirsa buna suret yox reqib ucun bir furset olduqun basha dushmeliyik. Qarabaq arxaada oynamaqla, bizlere ele gelmesinki onun erazisine suret bahasina goirmishik. Qisa paslashmada suret olmali idi onu gormedik.

    Reply
  • 28 Oktyabr 2013 at 19:03
    Permalink

    Bileti iki manata satanın və bu qərarı verənə ALLAH ləhnət eləsin.Admin bu haqqda Mübariz bəyə məktub ünvanlamaq lazımdır.O bilsə bu mrazlar bileti bu kasıb millətə iki manata satırlar vallah onların dərsinini soyar.əlin etiraz bu qiymətə.Bilet azerkeş üçün satılır əər azerkeş bu bileti almasa bu dəyuslər nə edəcək.Admin Sizdən artıq dərəcədə xahiş edirəm bu barədə Mənsimova müraciət ünvanlıyaq.O bilir ki hazırki vəziyyətdə bu çox çətindir.Bütün Xəzər sevərləri bilet qiymətinə fikirinizi bildirəsiniz.Axı klub rəhbərliyi bilmir kihamısının maddi durumu onlarkı kimi deyil.Yenə deyirəm bileti iki manata satdıranın bu işdə ona kömək olanlara ALLAH ləhnət eləsin.O biri komandaların oynuna caamatı güclə gətirirlər və gətirdiyi o adamlarada klub rəhbərliyi pul verir amma bizim vicdansızlar nə ilə məşguldurlar Xəzərin böyük azerkeş ordusundan istifadə edirlər.

    Reply
  • 28 Oktyabr 2013 at 14:30
    Permalink

    Üduzanda deyirsiniz qara zolağa düşub qələbə qazana bilmir.SUper kubokun sevincindən qələbə qazana bilmir.Bəs nə vaxt bunlar baş verər.Düzələr azerkeşlərini,infaktların sayı çox olandan sonra cəhənnəmə düzəlsin.Bu qocanın heç bir vicdanı yoxdur.Superkuboku qoca qzanmadı, komahda uçun oxunan dualar qazandırdı.NƏ QIŞtransverindən danışırsınız kifayət qədər yaxşı oyunçular var yaxşı hayyət qura bilmir.Tərlan Əhmədovu və onun komandası ilə gətir gör necə komanda yaradar.

    Reply
  • 28 Oktyabr 2013 at 14:16
    Permalink

    salam aleykum,CON TOSAK vaxtinin futbolcusu ve yaxsi mesqci olduqunu subut edib amma xezer lenkaranin oyunlarinda nedense oynu alinmir demek olmaz alinir, amma oyuncu deyiwiklerinda, sefe yol veririr hemin oyunda sacconi meydana buraxmadi sacconi 1 hiseden meydanda olmali idi, benahuxezer lenkaranda oynu berbad vezietdedi amma benahu bunan yaxsi oyna qadirdi,mudafi cinahlardan cox zeifdi butun reqiblerde bunan yaxsi istifade edir, CON TOWAKA demek isteyiremki xezer lenkaranin bu veziyete dusmesinde cavabdeh sensen ve sefleri futbolcularda yox ozunde axtar futbolcular uzerinde qoyduqun mewqci heti telabkar deyiler ,ona gore xezer bu gundedi,alvaro silva ile aqabala yumruq davasi edende hec kim onlara irad tutmadi ,CON TOSAK bunu qebul etki senin futbol siyasetin zeyifdi,yaxsi olarki ozune yaxsi bit komekci tapasan.

    Reply
  • 28 Oktyabr 2013 at 12:12
    Permalink

    AZƏRBAYCANDA QUCLU KLUB YOXDUR XL SADƏCƏ TƏLƏSKƏNLİYİN QURBANİ OLDU QARABAG İSƏ TƏMKİNLİ OYUNU SAYƏSİNDƏ QALİB QƏLDİ.BİZİM KOMANDALAR BİR DAHA SUBUT ETDİLƏR Kİ 3 QUNDƏN BİR OYUN OYNAMAGA HAZİR DEYİLLƏR.HAZİR OLMAQLARİNA HƏLƏ BİR ƏSR LAZİMDİR BƏLKƏ DƏ MUMKUNSUZDUR.MƏN QARABAG QUCLUDUR DEMƏZDİM YƏQİN YUXARİLARDA NƏLƏRSƏ BAS VERİR BİZİM XƏBƏRİMİZ YOXDUR.SONDA DEMƏK İSTƏYİRƏM Kİ XL-nin TİTULLARDAN ƏLİNİ İNDİDƏN UZMƏSİ HEC KİMDƏ SUBHƏ JARATMASİN BU BELƏDİR.HEYİF O TAMASACİLARDAN O DESTEKDƏN.

    Reply
  • 28 Oktyabr 2013 at 10:38
    Permalink

    TOŞAKA GUVENMEK LAZİMDİR. MEGLUBİYYETLER OLACAAQ. SEBİRLİ OLUB ONA VAXT VERMEK LAZİMDİR.

    Reply
  • 28 Oktyabr 2013 at 02:14
    Permalink

    ZƏFƏR qardaş, stadionda oyuna baxmaq ekranda baxmaqdan çox fərqlidir.Bu gün mən oyunçularımızın topsuz hərəkətlərini, 90 dəqiqə sürətli oyununu (bircə tələskənlik olmasaydı) gördüm. Tələskənlik son ötürmələrdə dəqiqliyi təmin edə bilmədi. Əks hücumlarda rəqib bizi yaxaladı və üç top vurdu. Gəlin etiraf edək ki, bu həmən “Qarabağ”dır ki, sürətli əks hücumlar hesabına Avropada mərhələlər keçib. Bizim komandamızın da “Qarabağ” kimi güclü olmasına çox az vaxt qaldığına məndə bir ümid var.

    Reply
    • 28 Oktyabr 2013 at 10:32
      Permalink

      Kamandamizin oz meydaninda oynamasi,hemcinin superkubokun qazanilmasindan sonra yuksek ehvalda olmasi,ozuneinamin artmasi esas verirdi ki,hucumda oynayacaq.Q.Qurbanov bunu bilirdi ve aqilli taktika qurmuwdu.Oynu ekshucumlar ustunde qurmuwdu ki,buda onlara yaxwi netice ile sonuclandi.Towak helede Azerbaycan futbolunun bu hiylegerliyini ya bilmir,yada onunda kamandamiza inami dahada coxdur.Bu meqlubiyyet aci olmadi ve olmamaliydida.Buda ondan ireli gelir ki,kamandamiz vuruwur ve hec bir klubnan oyunda mudafiede yaziq korkemde oturmaqi sevmir.Bu alqiwa layiqdir amma kamandamiz hele guclenmelidir.Birazda sebr edek!

      Reply
  • 28 Oktyabr 2013 at 01:44
    Permalink

    towak hecne bilmir o istefa verib gedmelidi yoxsa xezer bu il hec avropaya cixa bilmeyecek yan bakavoylarda duzgun oyun aparmirdilar.

    Reply
  • 28 Oktyabr 2013 at 00:45
    Permalink

    Sizin fikirlərinizlə tam razıyam. Superkubok oyunundakı qələbə eyforiyası və bugünkü oyunda qələbəni tezliklə əldə etmək ücün lazimsız tələskənliyimiz bizi məğlubiyyətə sürüklədi.

    Reply
    • 28 Oktyabr 2013 at 00:58
      Permalink

      Beli Qabil qardaş!-İsteyimizi heyata kecirmek ucun futbolcularimiz hemişe telesir ve evezinde oz qapisinda qol gorur.Avropa oyunlarin ekseriyyetindede bu kimi oyunlar tez-tez olur.Hucuma meyilli olan kamanda oz qapisini qoruya bilmir.

      Reply
  • 28 Oktyabr 2013 at 00:37
    Permalink

    qis fasilesinden sonra cox guclu Xezer gelecek…bax onda komandamizi qinayanlar da bunun shahidi olacaq…gelin sebri olaq..axi biz bunu indiye kimi etmisik…

    Reply

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir