Finaldan incilər…

20Azərbaycan kubokunun final matçından bir həftədən də çox vaxt keçir. Finalın kulminasiya nöqtəsi oyun sonrası penaltilər seriyası olsa da, penaltilərin ardından baş verən hadisələr hər şeyi unutdura bilmişdi. Bu yazıda isə sayt istifadəçilərinin diqqətini məhz penaltilərin yerinə yeitirlməsi zamanı qeydə alınan maraqlı məqamlara yönəltmək istəyirik. Lakin əvvəlcə onu da xatırlatmaq yerinə düşərdi ki, penaltilərə qədərki 120-dəqiqə ərzində “Xəzər Lənkəran”ın təhlükəli əks hücumları zamanı meydana ikinci topun atılması, eləcə də “Xəzər Lənkəran”ın hücumlarında meydandan çıxan topun, futbolçularımıza gec verilməsində top daşıyan uşaqların fəal rolu və s. hallar təsadüfən ola bilməzdi. Yeri gəlmişkən bu “və s.”lərin içində çoxlu müəmmalı işlər də var. Amma bunlar qaldı növbəti dəfəyə. Hələlik isə penalti seriyalarında hakimlər tərəfindən qeydə alınmayan qayda pozuntuları və daha bir ayrı epizoda diqqət yetirək.

************

Cəzasızlıq başladı və Stamenkoviç də bundan istifadə etdi.

f

j

k

“Neftçi”nin futbolçusu penal zərbəsini yerinə yetirir,“Xəzər Lənkəran”ın qapıçısı qaydalar çərçivəsində öz yerində qalıb.

1

Bəs “Neftçi”nin qapıçısı yerindədirmi? Hər iki epizodda hələ heç zərbə də vurulmayıb…

12

22

Bu da zərbə anı və Stamenkoviç qapıdan xeyli irəlidə…Bəs qapının sağ və solunda duran hakimlər nəyə baxırlar? 18

Yenə də “Neftçi”nin futbolçusu penaltini yerinə yetirib, top artıq qapıya gedir amma Toni Doblas xətt üzərində.

2

Digər rakusdan zərbə anında Stamenkoviç irəlidə, hakimlər seyr edirlər…

24

Zərbə yerinə yetirilən anda Toni Doblas topa tullanır, qaydalar çərçivəsində.

6

Bəs Stamenkoviç zərbə anında hansı qaydalara görə irəlidədir?

26

Əvvəlcə tabloda hesab 2:0 görünür sonra isə…

3

Oyun sonrası penalti seriyasında  3:0- hesabı qeydə alınmışdımı? Yoxsa bu T.Bəhramov stadionunda çalışan əməkdaşların  “Neftçi”yə xüsusi rəğbətindən irəli gəlir?

23

Hakim Stamenkoviçə qapıya getməyi göstərir

4

Cəzasızlıq üzündən artıq Stamenkoviç baş hakimin tələblərinə əməl etmir…aza-5

Stanenkoviç hakimi saymır, çünki baş hakim hələ də onu cəzalandırmayıb.

25

Hakim yenidən Stamenkoviçə yaxınlaşır.

16

Və yenə də Satmenkoviçdən qapıya getməyi tələb edir. Lakin cəzalandırmaq fikri hələ də yoxdur.

21

Belə görünür ki, “Neftçi”nin qapıçısı nə qədər meymunluq edibsə ona bu şəraiti elə hakimlər yaradıblar. “Ədalət təmsilçi”ləri bunu bilərəkdən ediblər, ya bilmədən onsuz da biz bilməyəcəyik. Hələlik bildiyimiz isə sadəcə  fotolarda və videoda gördüyümüzdür.

12 thoughts on “Finaldan incilər…

  • 07 İyun 2013 at 15:54
    Permalink

    admin bu xeberlerle Neftcinin qelebesine kolge salma
    ***
    “Qaranlıqda görülən qara işlərin kölgəsi olmur” (Sokrat)

    Reply
  • 07 İyun 2013 at 02:17
    Permalink

    Hakimin qapıçını cəzalandırmamasının əsas səbəbini, guya onun bu məqamı görməməsi ilə əlaqələndirirdilər. Halbuki, son videoda aydın görünür ki, Əliyar Ağayev kifayət qədər bu epizodu görür (yeri gəlmişkən, bu kadrları ilk dəfədir görürəm)və reaksiya vermir. Digər tərəfdən, bu qayda pozuntusu 1-ci və sonuncu dəfə deyildi axı, vurulan 5 penaltinin hamısında Stamenkoviç hakimin gözü qarşısında meymunluq edərək oyunçularımıza psixoloji təzyiq göstərirdi, hələ zərbəyə qədər qapı xəttini tərk etməyini demirəm. Ola bilsin həmin gün Əliyar Ağayevin görmə qabiliyyəti zəifləmişdi, bəs qapının sağında və solunda, əllərində dəyənəklə durmuş o iki hakim hara baxırdı? Nə üçünsə çoxları tərəfindən hakimin bu oyunu yüksək səviyyədə keçirməsi vurğulanır, halbuki, onun 2-3 kobud səhvi oyunun nəticəsinə təsir göstərə biləcək dərəcədə həlledici olmuşdu. Belə ki, birinci, Stamenkoviçin kobudluğu, 2-ci Rəşad Sadiqovun hakimə yumruq vurması, 3-cü, oyunun sonunda “Neftçi”nin qapısına təyin olunmayan penalti, bəli belə bir epizod var idi, hakim istəsəydi qərar qəbul edə bilərdi. Hələ Flavinyonun simulyasıyasını demirəm.

    Reply
  • 06 İyun 2013 at 17:38
    Permalink

    SALAM!!!!! Admin!Şərhimə ürəyimdən kecən dolğun rəy verdiyinizə görə cox sağ olun.ramin,xəqani kimilərinin fəaliyyəti məhz onsuzda qütbləşmiş müasir gənclərimizi təxribata cəkməyə yönəlib.Məhz millinin oyununda nefcinin hər hansı sudəmər azərkeşi XL-an azərkeşini təxribata cəkərsə haklı olduğumuz yerdə haksız duruma düşərik. İnanın adını cəkdiyim məxluqlar bundanda iyrənc işlər görməyə qadirdilər. Gənclərimizə tofsiyəm odur ki,ömrünüzü iktidar-müxalifət oyunlarına sərf etməyin.Qızıldan qiymətli dövrünüzü ALLAHA ibadətə,elm öyrənməyə Mübarizlərə və xalqımızın dəyərli övladlarına bənzəməyə sərf edin. MİLLİ Qəhrəman Mübariz İbrahimov da hamımızın hörmət etdiyi Şəxsiyyətlər, Mübariz Mənsimovda bu cəmiyyətdə yetişib.Örnək olduğunuz insanlar qoy bunlar olsun!!!!!İndi iktidarda olanlar göz qabağındadı özlərini müxalifət sayanlar isə adını milli oyanış qoyub 90-cı illərdə tələbə yataqxanalarında talış,ləzgi gənclərinə hücum cəkən insanlardır.Vəlidenlərinizin yaxınlarınızı xatirinə onlardan uzaq durun…..

    Reply
  • 06 İyun 2013 at 16:03
    Permalink

    SALAM!!!!! Admin!Oyundan sonrakı günlərdə bizlər ümüd sonda ölür deyərək ədalət axtarışındayıq.Lakin mayası haramla,rüşvətlə,yetim payı yeməklə yoğrulanların ədalətdən nə xəbəri? Namussuzlara deməy istəyirəm ki İLAHİ ƏDALƏT deyilən bir şey var….. Bakı da fair playə tüpürdü Avropadan qovdular. Azərbaycanın milli şərə….. güloğlanın müsayibəsin oxudum lap yazığım gəldi.Sən demə milli qeyrət çəkən Todorovun müsəlman qanı icən serbə dediyi söyüşün qeyrətini çəkibmiş. Yəqin onun da qanında serb qanı var. tahir süleymanov deyir ki, güya XL-an və Qəbələ məhşur baş məşqciləri nefci ilə rəqabətə görə gətirib.O yazığa demək istəyirəm ki,nefci ilə yox affaya,pflə,hakimlər komitəsinə,operatorlara,mühafizəcilərə,killerlərə,və damarlarında erməni qanı axan digərlərinə qarşı gətiriblər….. Admin sizdən və bütün XL-an azərkeşlərindən o cümlədən Azərbaycanda futbolda haqqın ədalətin bərqərar olmasını istəyən hər kəsdən xayiş edirəm ki, ramin musayev, xəqani futboldan qovulana qədər Millinin oyunlarını baykot edək!!!!!
    ***
    Salam. Şərhinizin sonundakı fikirlə razılaşa bilmirəm. Çünki nə Ramin Musayevin nə də Xaqani Məmmədovun milliyə heç bir aidiyyatı yoxdur. Elə Berti Foctsun və hətta Rövnəq Abdullayevin də milli komandamıza heç bir dəxli qalmayıb. Bu adlar dəyişiləcək gəlib gedənlər yenə də olacaq amma milli komandamız isə öz yerində qalacaq. Bu mənada məntiqlə yanaşanda daimini hansısa müvəqqətilərə görə baykot etmək fikri ilə razılaşa bilmirəm. Bundan əlavə hətta milli komanda baykot olunsa belə adları çəkilənlərin postundan gedəcəyinə heç bir qarantiya yoxdur. Lazım gələrsə paytaxt klubların rəsmi fan klubların apara bilərlər millinin oyunlarına. Ümumiyyətlə cəmiyyətin gənc təbəqəsinin əksər hisəssinin necə deyərlər saqqızını oğurlamaq heç də çətin deyil. Elə Bakıda minlərlə gəncə köynək və s. əşyalar paylayaraq millinin oyunlarında stadionu doldurmaq olar. Bu çətin deyil. Biz bunu 2009/2010 ölkə kubokunun finalında “Bakı” klubu tərəfindən necə uğurla həyata keçirildiyinin şahidi olmuşuq. 30-40-il əvvəl dünyanın ən böyük ölkəsi olan SSRİ-də Bakı şəhəri öz damğasını intellektual səviyyəsi, xüsusi musiqi janrı ilə, müğənniləri və aktyorları ilə, səviyyəli kino və teatr xadimləri ilə ,KVN (şən.haz.klubu) ilə və s. ilə vurmuşdusa indi Bakı bütün dünyada qara neftin hesabına quru-quru inkişaf edən bir şəhər kimi tanınır. Əslində elə düz də tanınır. Gənclərimizin müəyyən hissəsi özünə müxalifət deyib mitinqlər keçirir və elə başa düşürlər ki, güya bunlar haq yolunun elçiləridir, onlara əks gedən gənclər isə elə başa düşürlər ki, dünyanın harasında olursa olsun mitinq keçirənlər təxribatçıdırlar, qalan gənclər isə boş xəyallar üzərində fantaziyalarını qururlar. Az bir hissə elmlə məşğul olursa da onların da əksəriyyəti çürük fəslsəfəyə köklənən və mentalitetlə sitez olan reallığın qurbanı olacaqlar. Bİzim hazırki gəncliyimizin düşüncə tərzinə və həyata baxışına görə parçalı “buludlu” olması onları 30-cu illərin SSRİ gənclərinə və ya 70-ci illərin CİN gənclərinə oxşaması faktını aşkarlayır. Belə gəncliyi kim hansı tərəfə istəyirsə sürükləyə bilir. Nəzərə alsaq ki, futbol qurumlarının hazırda əlində kifayət qədər səlahiyyət və maddiyyat var, deməli onlar lazım gəlsə millinin oyunlarında T.Bəhramov stadionunu tam doldura bilərlər. Ona görə də milli komndanın baykot edilmə cəhdləri boşa çıxa bilər. Üstəlik milli komanda özü laqeyid münasibətə layiq deyil. Gəlin biz öz enerjimizi belə işlərə sərf etməyək. Çünki sonda həmin o futbol qurumlarından da həmin sürüklənən gənclikdən də vətənpərvər olmağımıza rəğmən elə bizi vətən düşməni kimi qələmə verə bilərlər. Nə qədər ki, cəmiyyətimiz səhv yolda olaraq göründüyü kimi olmağa çalışır, bu çalışqanlıq içində itiriləcəklərə qatılmaq bizə yaraşmaz.

    Reply
  • 06 İyun 2013 at 15:54
    Permalink

    Bizdə yaxşı bir məsəl var.Atı atın yanında bağlasan həmrəng olmasada həmxasiyət olar. neftçinin əcnəbilərinin neftçi kimi şərəfsizliyi buna tam subutdur.

    Reply
  • 06 İyun 2013 at 15:45
    Permalink

    Kor olsun gözüz ay hakimlər.Siz nefçini çenpion elədiniz.Haram olsus sizlərə Azərbaycan çörəkləri.hələ arsiz-arsiz həmin oyunda hakimə 7,9 bal verirsiniz.!Nə qədərki Affa-Pfl dəyişilməsə Azərbaycanda düzgün futbol OLMAYACAQ.

    Reply
  • 06 İyun 2013 at 12:40
    Permalink

    ramin xeqani rovneq buna qoresen ne behane tapacaq? maraqlidi hesab verinde ay …..

    Reply
  • 06 İyun 2013 at 12:15
    Permalink

    salam Admin necesiz? Admin olar hemishe bele udubda hacan kishi kimi oynayiblarki? arvad arvad kimi qelebe qazanarda

    Reply
  • 06 İyun 2013 at 11:11
    Permalink

    AFFA da oturub werefsiz yigini bu hakimde olarin toremesidi Werefsizler!

    Reply
  • 06 İyun 2013 at 06:34
    Permalink

    Бах буна горе де истер нефтчийе истерсе де гейри бир командайа еле галиб гелмек лазымдыр ки,судяларын ве бези региб футболчуларын озбашыналыгына ойундача сон гойулсун.Бу Азербайджанын фактик реаллыгыдыр.

    Reply
  • 06 İyun 2013 at 06:33
    Permalink

    Qarga burun ogr///. seninde sene havadarlig eden OGR////LARINDA v… y…. butun boyuk Xazar-Lankaran azerkeshleri …………Siz hal hazirda menim en birinci dushmenimsiniz. Sizlere ancag Lenet yariashir.

    Reply

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir