“Fair-play” və onun ətrafında…

“Bakı” – “Xəzər Lənkəran”

Bir neçə gündən sonra Premyer liqanın final mərhələsinin növbəti oyunları keçiriləcək. “Xəzər Lənkəran”  aprelin 2-də səfərdə paytaxtın “Bakı” klubu ilə qarşılaşcaq. “Bakı” klubu “Xəzər Lənkəran”  üçün nə “Neftçi” kimi əzəli rəqib, nə də “İnter” kimi dost klub olmasa da bu iki klub arasında keçirilən oyunların statistikasında həm maraqlı  həm də Azərbaycan futbolunun adına utanc  verici məqamlar diqqət çəkir. Əvvəlcə maraqlı məqamlara toxunaq;

Paytaxt klubunun “Xəzər Lənkəran” sindromu düz 1693 gün davam etmişdi ki, bu sindromun qırılmasından sonrakı mərhələdə cənub təmsilçisi eyni vəziyyətlə üzləşmiş oldu.

“Bakı” klubu “Xəzər-Lənkəran”a ölkə çempionatında sonuncu dəfə 22 avqust 2005-ci il tarixində qalib gəlmişdi ki, bu hal bir də 1693 gün sonra 11 aprel 2010-cu ildə təkrarlandı. Həmin oyundan  sonra keçirilən biri kubok matçı olmaqla hər üç oyunda paytaxt təmsilçisi qələbə qazandı.  “Xəzər Lənkəran” komandası yarandığı gündən  “Fırtınalar Meydanı”nda “Bakı” klubuna cəmi 3-dəfə məğlub olub. Bunların birincisi kubokun cavab oyununa (0:1) təsadüf edir(ilk oyun 2:0, baş məşqçi Ağasəlim Mircavadov).İkincisi də yenə kubok oyunudur. (ilk oyun 0:1, cavab oyunu 2:2 – baş məşqçi İqor Ponamaryov). Nəhayət üçüncü oyun komandamızın tarixində qara ləkə kimi qalmışdır. Beləki, matçda qalib gələrək çempion ola biləcəyi təqdirdə komandamız 0:1-hesabı ilə məğlub olmuşdu. Bu 15-may 2010-cu il tarixində baş vermişdir ( baş məşqçi Ağasəlim Mircavadov ). Sonuncu iki oyun evdə və səfərdə olmaqla 1:1 hesabıyla nəticələnib. ( baş məşqçi Mirça Rednik)

“Xəzər Lənkəran” iki dəfə “Bakı” üzərində qazandığı  böyük hesablı qələbəsi ilə də öyünə bilər. Beləki, bunlar hər ikisiİ 3:0-olmaqla İqor Ponamaryovun rəhbərliyi ilə “Fırtınalar Meydanı”nda  və Ağasəlim Mircavadovun baş məşqçiliyi dövründə T. Bəhrəmov stadionunda baş vermişdir.

İndi isə 2010-cu ilin mayındakı kubokun final oyununu xatırlamaqla və futbolun vasitəsi ilə cəmiyyətimizin müəyyən hissəsinin əqidəsinə nəzər salaq ;

“Bakı” – “Xəzər Lənkəran” oyunlarının statistik yazısını hazırlayarkən əlbəttəki  2009/10 futbol  mövsümündə Azərbaycan kubokunun final oyunu yada düşməyə bilməz. Dünya futbolu tarixində nadir hallarda rast gəlinən hal təəssüf ki, məhz Azərbaycan futbolunda qeydə alındı. “Fair-play”  adlanan, idmanın müxtəlif növlərində olduğu kimi futbolda da tətbiq olunan lakin yazılmamış qaydalar kimi tanınan və insanların şərəf  və ləyaqət hisslərinə hesablanaraq onların ixtiyarına buraxılan bu qaydalar kobud şəkildə ölkə kubokunun final qarşılaşmasında pozulmuşdu. Üzücü məqam isə o idi ki, ölkənin ali futbol qurumunun rəhbəri oyun sonrası televiziya vasitəsi ilə hər şeyin qaydalar çərçivəsində baş verdiyini bildirməklə yüzminlərlə insanın heysiyyatı ilə oynamış və onları  təhqir etmişdi. Bir çox mətbuat nümayəndələri həmin hadisəyə reaksiya verərək ədalətli tərəfi müdafiə etsələr də bu yalnız qəzet və internet saytlarının səhifələrindən o yana getmədi. Daha bir üzücü məqamı da qeyd etməyə bilmərik. Beləki, həmin ərəfədə özlərini “Xəzər Lənkəran” azarkeşi kimi qələmə verən,  lakin müxtəlif səbəblərdən kubokun finalındakı həmin o hadisəni  bilərəkdən yanlış formada  qiymətləndirərək güya qapıçının səhv etdiyini iddia edən qüvvələrin olduğunu da etiraf etməliyik. Komandanın o vaxtkı baş məşqçisinin istefaya getməsinə nail olmaq üçün istənilən ədalətsizliyə göz yummağın nə dərəcədə mənəvi dəyərlərə uyğun gəldiyini onların vicdanının ixtiyarına buraxaraq biz o vaxtlar da mübarizəmizdə davamlı olduq. Həmin kubok oyunundan sonrakı on gün ərzində hətta klub rəhbərliyi  susarkən məhz “12-c oyunçu” olaraq biz ədalətli müabrizədə irəlidə gedirdik. Biz ilk olaraq ədalət xatirinə daha sonra isə “Xəzər Lənkəran” sevgisi ilə bütün şəxsi ambisiyalarımızı arxa plana çəkərək o vaxt da ondan əvvəl və sonra da daim eyni əqidə ilə sevimli komandamıza azarkeşlik etmişik. Həmin hadisədən bir ilə yaxın müddət keçsə də bu hadisəni bir daha yada salaraq, həmin anlarda kimlərin hansı mövqedə olduğunu yaddaşlarda təzələməyə  çalışdıq. Bu mövzu ilə bağlı sonda  onu da qeyd edək ki, istənilən vəziyyətdə, hətta düşmənin belə ədalətsizliyə məruz qalması anında  haqq səsini ucaltmaq bacarığı hər kəsin işi deyil. Şəxsi ambisiyaların hökmü ilə deyil azad düşüncənin nəticəsi olaraq ədalətli qərar vermək bacarığı özü də bir xoşbəxlikdir.

Son:

Beləliklə “Xəzər Lənkəran” komandası  “Bakı” adlı rəqibi ilə aralarında olan  müəyyən məqamlara aydınlıq gətirməlidir. Bunun üçün səfərdə “Bakı”ya qalib gəlməyin yetərli olmasının  kifayət edəcəyi düşüncəsindəyik. İstənilən halda “Xəzər Lənkəran” səfərdə paytaxt klubuna qalib gəlməklə premyer liqada turnir cədvəlindəki yerini daha da yaxşılaşdıra bilər və çempionluq yolunda daha bir uğurlu addım ata bilər. Bundan əlavə azarkeşlərin də qəlbindəki “Bakı” közünü  qismən də olsa söndürmüş olar. Onu da xatırladaq ki, “Xəzər Lənkəran” ölkə kubokunun yarım final mərhələsində də iki dəfə “Bakı “ klubu ilə qarşılaşacaq.

Məlumatdan istifadə edildikdə istinad zəruridir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir