Dostuma məktub.

huseyn Salam əziz dostum. İlin günün bu vaxtında mənə vaxt ayırıb məktub yazmağına sevindim. Hərçənd  mən özüm də elə sənə məktub yazmağa hazırlaşırdım. Son dəfə yazdığın məktubda premyer liqamıza sponsor tapılınca səni xəbərdar etməyimi  istəmişdin. Vallah, sponsor çoxdan tapılsa da, utandığımdan bunu  yaza bilmirdim. Məsələ burasındadı ki, çempionatımızın sponsoru mərc şirkəti  “Topaz”dı. Amma  bu da son deyil, ən pis xəbər növbəti illə bağlıdır. Belə ki, futbol çempionatına mərc şirkəti sponsorluq edincə ölkənin Narkomanlar Birliyi də ayağa qalxıb. Onlar qarşıdakı mövsümdə Birliklərinin nəzdində olan  “Xaşxaş” şirkətinin   premyer liqaya  sponsorluğu üçün  əməli fəaliyyətə başladıqlarını  bəyan ediblər.    Yəqin bunu oxuduqdan sonra səni çoxdan  axtarmamağımı anlayışla qarşılayarsan. Qardaş, hər şeyə rəğmən, ölkəmizdə futbol sahəsində quruculuq işləri bütün Avropanın diqqət mərkəzindədir. Beynəlxalq Otüstü Xokkey Federasiyası düz bir aydı Azərbaycan haqqında danışır. Bizim futbol meydançalarının getdikcə süni qazonla  əvəzlənməsi adıçəkilən federasiyanı əməlli-başlı sevindirib. Deyilənə görə otüstü xokkey üzrə dünya çempionatı keçirməyə meydança tapa bilməyən federasiya ardıcıl 5 mundialın  Azərbaycanda təşkilini  istəyir.

   Əzizim, Babək Quliyev demişkən, birmənalı olaraq haqlısan ki, sənə çoxdandır klublarımızdan heç nə yazmıram. Odu ki, yaxın otur.

  Azərbaycanda çalışmış çex  Petrjeladan sonra daha bir əcnəbi mütəxəssis dəli olmağa namizəddir. “Rəvan”ın baş məşqçisi Kemal Alispahiç artıq Bosniyada ruhi- əsəb dispanserinə yerləşdirilib.   Yaxınlarının dediyinə görə, mütəxəssis tez –tez Bəhruz  Şirəliyevlə  Anar Salmanovun adını sayıqlayıb, yatdığı yerdən dik atılır. Amma bu hadisə futbolumuz adına böyük reklam da  gətirib. Az qala iki on illikdi  Arsen Vengeri yerindən tərpədə bilməyən “Arsenal” tərəfdarları Bəhmən Həsənovla Bəhruz Şirəliyevin təcili olaraq ingilis klubunda rəhbər posta gətirilməsi üçün imzatoplama kampaniyasına başlayıblar. Reklam demişkən, öz klubunun oyunlarında tribunaya yüz azarkeş toplaya bilməyən “Bakı”  buna çarə taparaq İspaniya nəhəngi  Madrid “Atletiko”su ilə böyük reklam əməkdaşlığına imza atıb. Qardaşım, deyilənlərə inansaq,  bundan sonra “Bakı”nın  oyunlarına İspaniyadan qatar-qatar, təyyarə-təyyarə azarkeş gələcək. Hətta paytaxt klubunun “Neftçi” ilə oyunlardan  sonra  döyülən futbolçuları İbrahim Karqbo və Elvin Əliyevə əl qaldıranların tapılmasını da ispan kriminalistlər öz üzərinə götürüb. Bir sözlə, bütün dünya bu reklam əməkdaşlığından danışır. Sənin yadına gələr, “Tvente” ilə “ Qarabağ”  arasında bağlanan əməkdaşlıq müqaviləsindən  sonra nə qədər azərbaycanlı uşaq Hollandiyaya gedib futbolun sirlərini öyrəndi? İndi uşaq məşqçiləri futbol öyrətməyə uşaq tapa bilmir. Ona görə də nə qədər belə müqavilələr imzalansa,  futbolumuz inkişaf edər.

 Dostum,   məktubunda “Xəzər Lənkəran” da baş məşqçinin kimliyini soruşsan da, sənə cavab verməyəcəyəm. Onsuzda məktubum  sənə yetişənə qədər yeni məşqçini dəyişə bilərlər. Odu ki, səbirli ol, növbəti məktublarımda sənə bir dəfəlik yazaram. “Xəzər Lənkəran” haqqda oxuyan kimi bilirəm ki, “Neftçi” yadına düşəcək. Qardaş, “ağ-qara”ların  Avroliqanın qrup mərhələsinə düşməsində böyük pay sahibi olan Böyükağa Hacıyev bir gün ara vermədən futbolumuzun inkişafına töhfələrini davam etdirir. Naxçıvanlı mütəxəssisin “Pele və mən“in ardından daha  iki kitabı çapa hazırlanır. “Arıçılığın inkişafı və Azərbaycan futbolu”,   “Mətbuat konfranslarında işlənən aforizmlər” adlı kitablar çapdan çıxmamış ictimaiyyət “Əli və Nino”nun qarşısında  növbəyə düzülüb.

 Dostum, yadına gəlir,  tələbəlik illərində ara-sıra Sumqayıt stadionunda oyunlara baxardıq. İndi “gənclik şəhəri” ni təmsil edən komandanın başı dərddədir.  Klubun Almaniyadan gətirdiyi  bədən tərbiyəsi  müəllimi Bernard Raaba  çalışdığı məktəbdən ultimatum  gəlib. Məktəb direktorunun yazdığı məktubda   deyilir ki, “ya gəl, uşaqları başına yığıb dərsini keç, ya da sənin  “ “İbtidai siniflər üçün bədən tərbiyəsi  dərsi” saatlarını başqa müəllimə verəcəyik” . İndi “Sumqayıt” klubu rəhbərliyini fikir götürüb ki, Raab getsə necə olacaq.  

 Sənin Hakimlər Komitəsinin sədri Xəqani Məmmədovu unutmadığına təəccüblənirəm. Çünki, biz onu çoxdan unutmuşuq. Futbol funksionerləri bütün səlahiyyətlərini Elçin Məmmədova veriblər.  “Şah Abbası taxtda, Nadiri qundaqda” görsə də,  həmişə “cavan” qalan futzal referisi hamımın adından  danışır. PFL-in prezidenti Ramin Musayevi son dəfə jurnalistlər ət dükanında , Xəqani Məmmədovu da “bulvar” da karuselə minəndə görüblər. Odu ki, onları soruşmasan yaxşıdır. Heç qəzetlərdə, saytlarda da oxumağa  bir şey yoxdur.  İlin sonu olduğundan hər kəs “ən” ləri seçir. FİFA reytinqində 114-cü olan ölkəmizin o qədər “ən” i var ki, seçməklə qurtarmır. Odu ki, sənə can sağlığı arzulayıb məktubu bitirirəm. Özündən muğayat ol, məni tanıyan hər kəsə salam de. Məktublarının ardını kəsmə ki, mən də sənə tez-tez yazım. Hələlik, əziz dostum.

 P.S:  Dostum, səncə “İdman Azərbaycan” kanalının dediyi vəhşi öküzü sonda kim ram edəcək?

Hüseyn Cəbrayıloğlu.

MƏNBƏ: “Futbol+” qəzeti

20 thoughts on “Dostuma məktub.

  • 01 Yanvar 2013 at 13:21
    Permalink

    ADMIN BAYRAMINIZ MUBAREK OLSUN…GELECEK IWLERDE HEYATDA SIZE UGURLAR ARZU EDIREM..

    Reply
  • 01 Yanvar 2013 at 01:52
    Permalink

    admin qardawim zehmet olmasa ruminyanin taninmiw futbol saytdarinnan birinin adin yazinda gozlirem zehmet olmasa
    ***
    1.Gsp.ro
    2.Prosport.ro
    3.Digisport.ro
    4.Asport.ro və s….

    Reply
    • 01 Yanvar 2013 at 10:53
      Permalink

      ELEDI MEWEDI / ancaq barcelonanin mewq bazalarindan biridir

      Reply
  • 01 Yanvar 2013 at 01:37
    Permalink

    Hormetli Islam muellim sizin bayraminiz muberek olsun . Inwalla bizi hemiwe sevimdiresiz..en xow arzularim size axarici olsun

    Reply
  • 01 Yanvar 2013 at 00:39
    Permalink

    Salam admin! Sizi ve dunya Azerbaycan xalqinin hemreyilk ve yeni il munasibeti ile tebrik edirem! Qoy butun qaranliq meqamlar koyne ilde qalsin ve yeni ilde yeni ugurlarla!!!  YAWASIN ISLAM DUNYASI!!!

    Reply
  • 01 Yanvar 2013 at 00:39
    Permalink

    Admin sizi urekden 2013 ilizi tebrik edirem qoy bu il size dusherli olsun qelen ileriz ise onanda yaxshi yaxshi hemishe yaxshi olsun butun ileriz bir birnen qozel olsun ! 

    Reply
  • 31 Dekabr 2012 at 23:27
    Permalink

    salam admin sizi ve gozel azeri xalqimi yeni il munasibeti ile urekden tebrik edirem! Admin insallah 2013 ci-il 12cioyuncu.info dan xezerin gozel xeberlerin yazasis! 

    Reply
  • 31 Dekabr 2012 at 22:57
    Permalink

    Butun XƏZƏRSEVƏRLƏRİ başda İslam Cabbarlı olmaqla həmrəylik gunu munasibəti ilə urəkdən təbrik edirəm.Arzu edirəm 2013-ci il duşərli və XƏZƏR-LƏNKƏRANIN ömru qoy ilan kimi uzun olsun .

    Reply
  • 31 Dekabr 2012 at 22:05
    Permalink

     Hörmətli Hüseyn Cəbrayıloğlu! “İdman Azərbaycan” kanalının dediyiniz vəhşi öküzü ram edəcək kisinin Azərbaycana xarici ölkədən transferi gözlənilir!

    Reply
  • 31 Dekabr 2012 at 20:00
    Permalink

    turmiwiklerin futbol meydancasina oxwuyur o stadion acqilida reisderiydi hee kamran?????real gorunmur kamran…

    Reply
  • 31 Dekabr 2012 at 19:56
    Permalink

    Admin sizin ve ailenizin yeni ilinizi tebrik edirem nece bele illere cixasiz, inwallah 2013 ci ilde nedi ne eliyim demiyesiz birdaha sizi tebrik edirem ,, elecede butun xezer lenkeran camiesinin
    ***
    Bütün camiəmizə gözəl günlər arzulayırıq.

    Reply
  • 31 Dekabr 2012 at 19:10
    Permalink

    salam bayramlar munasibetiyle 12cioyuncu.info saytinin butun izleyicilerini ve en zehmetkew insan Islam muellimi tebrik edirem ,arzu ediremki gelen il bizimcun daha ugurlu olsun , Xezerimizin sesi cempionlar liqasinin qrup mrhelesinden gelsin , hamimiza uzun omur can sagligi arzulayiram , gelen ilimiz sevincli anlarla bol olsun ..

    Reply
  • 31 Dekabr 2012 at 18:35
    Permalink

    Sadəcə Əla =))) hərşey yerindəcə yazılıb. bizim ölkəmizə legioner məşqçi gələndə eləbil düşmən gəlmiş kimi qarşılayırlar onu halbuki hər yerdə deyirlər “Azərbaycan xalqı qonaqpərvərdir” və həmdə deyirlərki gəlirlər pulumuzu yeməyə. hə düzdü bir siz imam balasısız. legioner məşqçilər isə kafir!. ALLAH LƏNƏT ELƏSİN BELƏ ADAMLARA!… İNŞALLAH AXİRƏT GÜNÜNDƏ HAMINIZIN SİFƏTİ GÖRÜNƏCƏY! Hansı ölkədə milli məşqçi çıxıb deyirki legioner məşqçilərdən zəhləm gedir? onları udanda həzz alıram?. ancaq Azərbaycanda! sorada deyirlər bizim liqa uje avropa səviyyəli normal liqadır. ALLAH LƏNƏT ELƏSİN sizə! min təsbeh! gündə nə qədər əsəbləşər axı adam??.

    Reply
  • 31 Dekabr 2012 at 18:21
    Permalink

    HORMETLI ISLAM BEY.ALLAHSIZIN BUTUN ARZU ISTEYLERIZI CIN ELESIN INWALLAH AMIN.CEKDIYIZ ZEHMETINIZIN QARWILIGIN ALLAH SIZE 2 QAT ARZU EDIREMKI QAYTARSIN.AILENIZLE BIRGE 2013CU ILDE ARZU ETDIKLERIZE CATASIZ INWALLAH.XOWBEXT GUNLER ARZU EDIREM SIZE.2013CU IL SIZE YALNIZ XOWBEXTLIK MEHRIBANLIQ UGURLAR GETIRSIN INWALLAH.MEN SIZI GORMESEMDE TANIMASAMDA UNSIYETDE OLMASAMDA.AMA MEHRIBANLIQLA YAZDIGIZ WERHLERIN CAVABINDAN NECE INSAN OLDUGUZU ARTIQ GORMIWEM.HEMIWE UREYIMDE SIZIN YERIZ OLACAQ .UGURLAR SIZE
    ***
    Təşəkkürlər, bütün camiyəmizə yeni ildə gözəl günlər arzusu ilə.

    Reply
  • 31 Dekabr 2012 at 18:11
    Permalink

    millet mewhur olmuwam))) he4 1 sayta bawa sala bilmirem ki,ay qoyun bu afrikalilarin siyahisi ruminyada olan senegallilar ve nigeriyalilarin siyahisidi XL-in transfer siyahisinda olanlar deil!!! belke ola biler ki,bunlardan kimse olsun… bu ara da hamivuzun bayramin TEBRIK EDIREM!!! inwallah 2013 bize ve komandamiza duwerli olar

    Reply
  • 31 Dekabr 2012 at 17:29
    Permalink

    Qaradsh darixmishdiq.Hardasa nece vaxti?Ehsen,2012-nin mohuru yene senin terefinden vuruldu.

    Reply

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir