Davam edir: Klub rəhbərliyinə azarkeş sözü

azarkes1

Azarkeş şərhləri toplanaraq klub rəhbərliyinə çatdırıldı.

12cioyuncu.info azarkeş saytında dərc olunmuş “Klub rəhbərliyinə azarkeş sözü” başlıqlı yazının şərh bölümünə azarkeşlərimiz sevimli komandamızla bağlı fikir və istəklərini, arzu və təkliflərini yazıblar. Öncədən bildirildiyi kimi azarkeşlərin şərhləri toplanaraq klub rəhbərliyinə çatdırıdı. Bu işdə yardım etdiyinə görə klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğluna təşəkkür edirik.

Qeyd edək ki, mövzu ilə bağlı şərh yazmağa məhdudiyyət tətbiq olunmur və azarkeşlər bundan sonra da bu yazıda fikirlərini paylaşa bilər.

 

153 thoughts on “Davam edir: Klub rəhbərliyinə azarkeş sözü

  • 31 Dekabr 2015 at 14:39
    Permalink

    Yeni il sene ugurlar getirsin.Yeni ilde yeni iwler yeni gozel gunler arzu edirem.2016-ci il sene ugur getirsin. Allah sene can sagliqi versin.
    Yolka ağacının iynələrinin sayı qədər ömür,oyuncaqları kimi əlvan günlər,Şaxta babanın torbası kimi sürprizlərlə dolu həyat arzu edirəm.Bayramın Mübarək.
    ***
    Ey “Xəzər Lənkəran” azarkeşi, bu gözəl arzular sənə ünvanlanıb.

    Reply
  • 31 Dekabr 2015 at 13:01
    Permalink

    Salam müəllim ,salam XL camiəsi,salam ürəyində ağ-yaşıl sevgiyə doğmaları qədər yer ayıran AZƏRKEŞLƏR ,Sizin hamınızı Milad bayramı münasibətilə təbrik edirəm ,klubdan ətalətdən çıxmağı, azərkeşlərə sonsuz səbr və təmkin arzulayıram.P.S. Yaman günün ömrü az olar deyiblər…P.P.S. bizim ömrümüz nə qədərdi ki…..

    Reply
  • 30 Dekabr 2015 at 14:07
    Permalink

    Salam Qardas bizim Xezerden ne xeber var?
    ***
    Salam. Biz də ordan burdan əldə etdiyimiz informasiyaları analiz edirik hələlik. Məsələn klubda hazırlanaraq kluba yaxın olan (lazım gələndə klub rəhbərliyinin mövqeyini bildirən) saytlarda yayılmış belə bir informasiyanı:

    “Xəzər Lənkəran” rəhbərliyi baş məşqçi Yunis Hüseynovla bir araya gəlib. Görüşdə komandanın ilk 2 dövrədəki çıxışı və qarşıdakı aylarla bağlı planlar müzakirə olunub.
    Güman ki, “ağ-yaşıllar” növbəti maaşını 2016-cı ilin yanvarında alacaq. Bunadək isə FİFA-nın transfer yasağını qaldırmaqdan ötrü tələb olunan 600 min dolların ödənilməsinə başlanılmalıdı. Cənublular 1 illik qadağadan xilas məqsədilə mərhələli plan tərtib edib. Yəni ki, ümumi cərimə 3 hissədə sahiblərinə verilsin.
    FİFA hələlik bu təklifə baxır. XL İsvıeçrədən gələcək cavab əsasında yeni ilin qayğısına qalacaq. Hüseynovun rəhbərlikdən istəyi 5-6 legionerdi. Baş məşqçi bahalı əcnəbilərdən yapışmayıb. Başqaları necə, onlar da elə. Aylığı, uzağı, 3-4 min dollar civarında olanlar.
    “Xəzər Lənkəran”ın qış planı böyük ölçüdə məlumdu. Yeni ildən sonra vətəni tərk etməyəcəklər. Komanda hazırlığını ya Bakıda, ya da Lənkəranda keçirəcək. Bu detallar nə sabah, nə də birigün dəqiqləşəcək. Elə bu gün.
    Qeyri-adi hadisə baş verməsə, “Xəzər Lənkəran”ın tarixində bir ilk yaşanacaq. “Ağ-yaşıllar” 2004-cü ildən, yardılmasından ötən 11 il ərzində ilk dəfə qış toplanışını Azərbaycanda yola verəcək.
    Üçüncü dövrəyə Yunis Hüseynovla başlayacağı netləşən əyalət təmsilçisinin AFFA-nın nəzarətinə keçib-keçməyəcəyinə də aydınlıq gəlib. Sportinfo.az-ın məlumatına görə, bugünlərdə İstanbuldafəxri prezident Mübariz Mənsimovun qəbulunda olan prezident Mais Mənsimov və vitse-prezident Tuyqun Nadirov günün ən vacib sualına cavab alıb.
    Patron klubu nə satmaq, nə də kiməsə hədiyyə etmək fikrindədi. O, federasiyanın aylıq 90 min manat təklifini keçərsiz sayıb. Tanınmış iş adamı «Palmali»nin 2016-cı ilin yayından etibarən «Xəzər Lənkəran»ı maliyyələşdirəcəyini bildirərək, qarşıdakı aylarda maliyyə məsələlərinin «Palsüd»ün sayəsində həllini tapmasını istəyib.
    İstanbulda XL-la bağlı düşüncələr optimistdi. Şirkət ixtisaslaşdığı gəmiçilik sektorunda fəaliyyətini təmərküzləşdirir. Bir neçə yeni layihəyə qoşulan «Palmali»nin istifadəsindəki su nəqliyyatının sayını artırmaqdadı. Əsas problemin – BP və digər nəhəng kampaniyaların onlara olan borcunun tezliklə ödənilməsi yönündə danışıqlar gedir.
    Təbii ki, Türkiyə ilə Rusiya arasında cərəyan edən məlum gərginlik şirkətin iş nizamına mənfi təsirsiz ötüşməyib. Əgər bu vəziyyət yaranmasaydı, «Palmali» klubla ilişkilərini qırılma nöqtəsinə çatdırmazdı. Hələlik reallıq onlardan bunu tələb edir. «Palmali» istər Türkiyənin, istərsə də Rusiyanın iqtisadi həyatında yaxından iştirak eləyir, müəyyən rola və çəkiyə sahibdi.
    Rusiya banklarına yatırılan milyonlarla vəsaiti geri çəkmək riskdi, özü də çox təhlükəli riskdi.
    «Xəzər Lənkəran»ın «cari ağırlığı», son aylarda olduğu kimi, yenə Mais Mənsimovun üzərində qalacaq. Prezident həm «Palsüd»ün, həm də şəxsi imkanları hesabına klubun müvazinətini qorumalıdı.
    “Palmali”nin “Milyonçular məhləsi”ndə yerləşən Bakı ofisinin yenidən İçərişəhərə köçürülməsinin aktuallaşması bu mənada atılacaq növbəti addımın bir növüdü. Mənsimov avtomobil qarajının yarısını boşaltmaq və Təbriz küçəsində tikilən binadan bir neçə mənzili satmaq bahasına «Xəzər Lənkəran»ın dağılmasını önləyib. Əlbəttə, Mais bəy cənub zonasının öz «mirvari»sini itirməməsi, futbolsuz qalmaması üçün daha ciddi sınaqlara hazırdı. Baş ofisin icarəyə verilməsindən gələn məbləğ klub üçün ayrılıb.

    Reply
  • 30 Dekabr 2015 at 11:01
    Permalink

    salam adim mellim sabahız xeyir bir yenilik yoxdu
    ***
    Salam. Bu günlərdə klubda vəziyyət olduqca kritikdir. Yeniliklər var amma hamısı üzücüdür. Yaxşıya doğru hələlik heç bir məlumat yoxdur. Ümidimizi itirməyək.

    Reply
  • 30 Dekabr 2015 at 10:57
    Permalink

    Salam xezerin kapitani Kim olacaq?
    ***
    Salam. Əvvəlcə komandanın öz taleyi həll olunmalıdır. Hazırda isə komandanın olub olmayacağı belə dəqiq məlum deyil. Amma ümid edək ki, sonda azarkeşlərimiz məyus olmazlar.

    Reply
  • 29 Dekabr 2015 at 13:22
    Permalink

    Salam xəzər-L yeni futbolmu gətirəcək?
    ***
    Salam. Hazırda olan məlumata görə klub rəhbərliyinin nəinki komandaya futblçu gətirməyə, hətta qarınlarına yemək üçün çörək almağa belə pulları yoxdur. Çox pis durumdadır klub və elə klub rəbərliyi bütövlüklə. Əməlli başlı müflis vəziyyətdədirlər, bunun əksini deyənlərə isə inanmayın.

    Reply
  • 27 Dekabr 2015 at 22:16
    Permalink

    salam axsaminiz xeyir admi n bey men bildiyime gore yunis huseynov ve klub rehberliyi iclasi olmalidir duzdu saba iclas olacaq hormetli xezer azerkesleri yunis huseynov cox savadli mesqcidi ona vaxt vermey lazimdi vaxt deyende 6 ya 8 ay yox 1il 2il birdeki serait yaratmaq lazimdiki oz bildiyi kimi isdesin

    Reply
  • 27 Dekabr 2015 at 22:13
    Permalink

    Salam klub rəhbərliyi arasında iclas keçirilib?
    Komandanin gelecey talehi haqqinda
    ***
    Salam. Toplantı barədə mətbuatda məlumatlar yayılır. Klubla əlaqəmiz olmadığından biz də mətbuatı izləməklə kifayətlənirik.

    Reply
  • 27 Dekabr 2015 at 17:40
    Permalink

    Klubun ictimaiyyətlə ünsiyyəti çərçivəsində Yeni il qabağı rəhbərliyə azarkeş sözlərini nominasiyalara bölüb hər nominasiyada 1-3-cü yerləri müəyyən edərək müəllifləri qeyd etmək olardı…misal üçün filan nominasiyada filan yeri tutana gələn ilin sonunadək “A” sektorunda oturmaqdan mərhum etmək…

    Reply
  • 27 Dekabr 2015 at 11:56
    Permalink

    Xezer lenkeran yeni oyucular AlAcaq?
    ***
    Salam. Almaga pullari yoxdur.

    Reply
  • 26 Dekabr 2015 at 22:20
    Permalink

    Salam eziz Xezer severler haminizi salalayiram.Qardaslarim butun sayitlari oxyyuram Xezer haqqda hansisa meqaleye her hansi bir melumatlara rast gelmirem.Evvller komandą fasieye getmemisden butun melumatlari elde edirdik,indi noldu bu komandaya?butun klublarin hazirliq planlari hazirdi yalniz Xezerden basqa.Burda nese basqa bir is var ,noldu krizis bir tek Xezeri vurdu??…Nebilim valla lap casbas qalmisiq.

    Reply
  • 26 Dekabr 2015 at 18:06
    Permalink

    Salamlar hormetli Xezer Lenkaran azerkesleri.biz bugunleri Lenkarandan kiminse getmesinden danismali deyirik,bu rehberliyin isidi, biz onlara is vermemisik, nece deyerler Allah verdyi cani alar.amma meni bir azerkes kimi narahat eden mesele kuluba kimlerin geleceyi ve hansi pula geleceydi.nezere alsaqki bu gunlerde Palmali sirketlerinin isleri coxda yaxsi getmir,bax burda bize Allah duha elemek qalir.Allah ozu komek olsun,amin

    Cemil 12

    Reply
  • 26 Dekabr 2015 at 18:04
    Permalink

    Klub rəhbərliyi Yunis müəllimlə görüşü nə vaxt olacaq axı vaxt gedir bunlar helə gözləyirlər. Axırda biz azarkeşlər əziyyət çəkirik. Allahım özün bizə kömək et.

    Reply
  • 26 Dekabr 2015 at 18:02
    Permalink

    Xezere teze oyuncu gelib?

    Reply
  • 26 Dekabr 2015 at 17:56
    Permalink

    Sizin saytda Nadirovun Türkiyə səfəri batədə yazını oxudum və kaş oxumayaydım…belə şeyləri eşidəndə adam necə onlara inansın…məncə onların biz azərkşlərin nə çəkdiyi heç vecinə də deyil. .belə yalançı vədlər verən klub rəhbərliyi nə əldə edəcək bilmirəm. .Artıq bəsdir caamatın əsəbləri ilə oynadılar.

    Reply
  • 26 Dekabr 2015 at 17:54
    Permalink

    SALAM ADMIN BEY SEHETIZ NECEDI? EVVELA HAMINI SALAMLIYIRAM VE BILMEK ISTERDIM KI,KOMANDADA VEZIYYET NE YERDEDIR?BELE GORUREM VEZIYYET HECDE UREK ACAN DEYIL.KLUBDA PUL PROBLEMI VAR OZUDE DEHSETLI DERECEDE.ALLAH BIZE REHM ETSIN. SIYAVUS MOSKVA

    Reply
  • 26 Dekabr 2015 at 00:52
    Permalink

    Azarkeşin nə istədiyini azərkeşin özü kimi Klub rəhbərliyi (Klub) da bilir: Güclü komanda titulunu Titul komandaya qaytarmaq. Məlumdur ki, Azarkeşin məlum istəyini Klub da istəyir. Məlumdur ki, istəklərin üst üstə düşdüyü şəraitdə tərəflərin hədəflərə çatmaları üçün şərait yox dərəcəsində azdır. Azdır, deməli yox deyil. Yox deyil isə hələ vardır demək deyil. Məlumdur ki, klubun özündən de fakto əvvəl yaradılmış komanda atdan qabağa bağlanmış araba idi ki, hərəkəti klubda tənzimlənmədiyi kimi dayanmasının səbəbi də klubdan kənarda axtarılmalıdr. Məlumdur ki, peşəkar klub kimi təqdim olunan klubun fəaliyyətinə qeyri-peşəkar yanaşmanın bəhrəsi bu gün üz-üzə qaldığımız ağır sanksiyalardır ki, onların altından çıxma planları Azarkeşə naməlum qalır. Məlumdur ki, Klub çəkişmələrdə hələ ki, bərkiməsə də peşəkarlığa üstünlük verməyin zəruriliyini qəbul etmişdir. Məlumdur ki, Klub üzünü ağartmaq üçün vaxt istəyir, amma zaman limiti ərimiş yaz qarı kimi görünür. Məlumdur ki, Azarkeşə məlum olmayanlar da çoxdur, ba bu məchulların açmasını Klubdan gözləyirik.

    Reply
  • 25 Dekabr 2015 at 20:38
    Permalink

    Dùnen oxdumki tuyqud istefa verib inan ele sevind ele bildim Lenkerandan getdi cùnki o bizim Xezeri pis gùne qoydu o yunisle birge

    Reply
  • 25 Dekabr 2015 at 19:11
    Permalink

    Salam Qardas bu pul ne meseledir axi ?
    ***
    Salam. Pul əslində elə həmin borc puldu. Yeni nəsə baş verməyib. FİFA- transfer qadağası təyin etməklə yanaşı həm də cəriməni ödəməyi tələb etmişdi. Klubun ödəmək üçün pulu olmayınca hər şey olduğu kimi qalıb və bir az da üstünə əlavə olunub, Vəssalam.

    Reply

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir