“Benfika” və “Braqa”da oynamış futbolçu “Xəzər Lənkəran”da !

“Styaua” klubu iki Braziliyalını bizə verir…

Rumıniyanın prosport.ro saytının yaydığı məlumata görə “Styaua” klubundan iki futbolçu dünən “Xəzər Lənkəran”ın düşərgəsinə yollanıb. Onların dünən Avstriyaya getdikləri bildirilir. Məlumatda hər iki futbolçunun klub rəhbərliyi ilə danışıqlar apardığı da deyilir. Maraqlı təklifi qəbul edən futbolçular müqavilə imzalamağa yaxındırlar ki, bu baş verəcəksə Maruis Onofraş daxil olmaqla “Styaua” dan “Xəzər Lənkəran”a gələn artıq  üçlüyü tamamlanmış olacaqlar.   Eder Bonfim və  Ricardo Gomes adlı futbolçuların Braziliyadan olduqları  iddia edilir. BURADAN İZLƏ

 

Rumıniyanın “Unirea Urziceni” klubunun heyətində “Qlazqo Reyngers”ə qarşı oyunda özünü göstərən 29-yaşlı Ricardo Gomes azarkeşlərin sevimlisinə çevrilmişdi.

“Benfika” və  “Braqa” klublarında top qovan 30-yaşlı yarımmüdafiəçi Eder Bonfimin isə daha  zəngin karyerası olduğunu da qeyd edək.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir