Baques “Xəzər Lənkəran”a lazımdırmı?

Bildiyimiz kimi ölkəyə gəlib-getmiş əcnəbi çalışdırıcıların ən səviyyəlilərindən biri, az əvvəl “Xəzər Lənkəran”ın baş məşqçisi olmuş Mirça Rednik olub. Onun dönəmində komandanın necə döyüşkən və mübariz ruhda oyun sərgiləməsi, həqiqi inkişaf yolunda olması, müxtəlif və gözəl taktikalarla oyun qurması və nəhayət futbolda ən lazımlı faktor olan nəticə verməsi, onu azarkeşlərin və futbola hörmətlə yanaşan bütün hər kəsin sevimlisinə çevirmişdi. Onun ölkəmizə gətirdiyi legionerlərin də elə ən səviyyəlilərdən olmaları, nəticədə gözəl komanda heyəti qurması da onun futbol aləmində bilik, bacarıq və nüfuz sahibi olmasının göstəricisi idi. Məlum hadisələrdən sonra onun komandamızdan uzaqlaşdıqdan daha sonra digər iki Rumıniya komandasındakı uğurlu nəticələri və nəhayət Belçika kimi bir futbol ölkəsinin böyük tarixi olan Liej təmsilçisi “Standard”a keçidi və oradakı elə ilk turlardan göstərdiyi oyun və qazandığı nəticələr, onun ölkəmizə gəlib-getmiş ən səviyyəli məşqçilərdən biri yox, birincisi kimi dəyərləndirməyə şübhə yeri qoymur.

 Bəli, biz belə böyük bir məşqçinin qədrini bilmədik. Elə bu nadanlığımızın ucbatından da ondan sonrakı dövrlərdə çox pis vəziyyətlərlə üzləşdik. Sonrakı mərhələlərdə gətirdiyimiz iki məşqçinin isə “Xəzər Lənkəran”ın səviyyəsinə heç cür uyğun gəlməməsi nəticəsində komandanı acınacaqlı duruma sürükləmiş olduq. Məhz bunları və klubda aparılan işlərin düzgün qurulmaması, iki fanat qurumu rəhbərlərinin klubun sahibinə müraciət etməsini zəruri etdi. Belə ki, “12-cioyunçu” azarkeş qrupunun və “Bosman” fanklubunun rəhbərlərinin imzaladığı müraciət, klubun sahibinə bu çatışmazlıqların aradan qaldırılmasına şəxsən nəzarət etmək xahişiylə göndərildi və göndərilən müraciətdə bir sıra əsas məsələlər qeyd olundu. Bundan sonra klub rəhbərliyinin adıçəkilən fanat qurumlarının üzvləri ilə görüşü baş tutdu ki, bu görüşün bütün detalları və burada qaldırılan məsələlər ertəsi gün dəqiqliklə klubun sahibinə çatdırıldı. Anlaşılan da o oldu ki, görüş məhz klubun sahibinin tapşırığı ilə baş tutmuşdu. Həqiqətən sonrakı dəyişikliklərə start verilməsi də onu göstərdi ki, klubun sahibi bu müraciətə ciddi yanaşmış və müraciətdəki qaldırılan məsələlərin obyektivliyinə əsaslı yanaşma nümayiş etdirmişdir. Hələ durumdakı düzəliş tam başa çatmasa da, bu yöndə atdığı addımlara görə klubun sahibinə minnətdarlığımızı bildirməyi özümüzə borc bilirik. Lakin proseslərin davamlı olacağına ümidvar olduğumuzu da bildirməliyik. Məhz bu halda komandamızın möhtəşəmliyinə olan inamımız reallaşa bilər.

 Əlbəttə növbəti addım kimi yeni baş məşqçi məsələsinin gündəmdə olduğunu deməliyik. Birinci dövrənin sonlarına yaxın axırıncı yerlərdən qurtula bilməməyimiz baş məqçinin göndərilməsi ilə nəticələndi. Belədə boş qalmış baş məşqçi postuna göründüyü kimi ciddi axtarışların başlamasını qeyd edə bilərik. Mirça Rednik kimi bir mütəxəssisi “Standard” kimi bir komandadan geri gətirmək artıq xülya olunca, əlbəttə yeni birinin axtarışını zəruri edib.

 Uzun axtarışlardan sonra klub, İspan mütəxəssis Martorell Baquesin üzərində dayanmalı olub. Hətta klubun rəsmi saytının yaydığı informasiyaya görə onunla ilkin razılıq əldə olunub. Belədə bizim də qurucu və hazırda komandamıza gəlmək ehtimalı olan, konkret böyük nəticələrə imza atmış əcnəbi məşqçilərdən ibarət siyahımız olsa da, klubun işlərinə qarışmamaq düşüncəsi ilə onların adlarını təqdim etmədik. Martorell Baquesin ismini ilk dəfə eşitdiyimizdən təbii ki, onun haqqında informasiya əldə etməyə çalışdıq.

 Əldə olunan informasiyalara görə Martorell Baques məşqçi kimi ən yaxşı halda Kataloniyanın 12 yaşlı gənclərinə rəhbərlik edib. Onun İspaniya kimi futbol ölkəısində baş məşqçi kimi çalışmağa imkan verən kateqoriyası olsa da nədənsə, hələlik heç bir peşəkar klubun başına keçməyib. Bu, bəlkə də 39 yaşlı mütəxəssisin müəyyən qədər gənc olması ilə əlaqədardır. Onu da qeyd edək ki, İspaniya kimi bir səviyyəli futbol mütəxəssislərinin ölkəsində ortaya çıxmaq özü bir çətinlikdir. Belədə digər ölkələrdə özünü doğruldub ortaya çıxmaq bəlkə də ən real variantdır ki, Martorell Baquesin də komandamıza gəlişi bu baxımdan dəyərləndirilə bilər. Topladığımız məlumatlar içərisində onun çox güclü bir taktik mütəxəssis və nəzəri futbol sahəsində olduqca bilikli biri olduğu ortaya çıxır. Həmçinin çalışdığı futbol üzrə taktik şirkətinin əsas simalarından olduğu anlaşılır. Həmin şirkətin apardığı işlərlə tanış olduqda isə demək olar ki, bütün dünya futbolunu əhatə edən taktika, menecerlik və sair sahələri onun əsas işlərindən olub. Belə ki, həmin şirkətin tanıdığımız futbol meneceri olan Anna Mariya da daxil olmaqla, neçə-neçə məşhur futbol menecerləri ilə iş birliyinin olmasının şahidi oluruq. Barselona kimi bir məktəbdə yoğrulmuş olan Martorell Baques əlbətdə çalışdığı sahədə uğurlar qazana bilib. Qalır onun praktik futbolda özünü sübut etməsi, bu heç də mümkünsüz görünmür. Kifayət qədər nəzəri biliklərə sahib olan bu mütəxəssis özündə inam, baş məşqçiyə lazım olan nizam-intizam dəyərlərinə riayət, qətiyyət və başqa keyfiyyətləri də birləşdirərsə, bəlkə də o, “Xəzər Lənkəran”ın kəşfi ola bilər. Hər halda onu tanıyanlardan aldığımız bilgilərdə bunun böyük ölçüdə belə olacağı anlaşılır.

 Əgər baş məşqçi kimi özünü doğrutmasa belə, yenə deyə bilərik ki, futbol biliklərinə dərindən bələd olması, quruculuq bilikləri və böyük menecerlik təcrübəsi onun “Xəzər Lənkəran”a nə qədər lazımlı bir kadr olduğunu ortaya qoyur. “Xəzər Lənkəran”da çatışmayan ən yaralı məsələlərdən biri də elə budur. Belədə onun komandada bir peşəkar futbol qurucusu kimi işini davam etdirməsi və elə onun məsləhəti ilə İspaniya kimi bir ölkədən baş məşqçi gətirilməsi heç də pis olmaz və böyük ümidlər vəd edə bilər. Hər halda apardığımız araşdırmalardan sonra bizim buna ümidimiz yaranıb.

 MƏNBƏ: Bosman.at.ua

8 thoughts on “Baques “Xəzər Lənkəran”a lazımdırmı?

  • 15 Noyabr 2012 at 21:50
    Permalink

    men bawa duwmurem rednik hacan praqmatik futbol oynadib ki noyutcuyle her zaman ustun futbol oynayib ve udub uduzdurduqlari oyunda hakim eger vaxtinda rewadi oyundan qovsaydi bezi alcaq oyuncular satqinliq etmeseydiler bu oyunuda udardi noyutci niye avroliqada uda bilmir pulla qurupa duwmeyin axiri bele olar men eminem ki rednik xezere qayidacaq

    Reply
  • 15 Noyabr 2012 at 21:05
    Permalink

    coxdandi yazmiram,ama mene ele gelirki bu mewqcini getirmekle mubariz iki dovwani vuracaq.yeqinki bu mewqci idare etme iwlerini de icra edecek.ne ise gezlemek lazimdi.menim wexsen bu mewqciye nese inamim var!

    Reply
  • 15 Noyabr 2012 at 21:03
    Permalink

    Admin mene ele gelir lazimdi,inaniram bu mesqci bizim umudlermizi dogruldar Insallah

    Reply
  • 15 Noyabr 2012 at 20:21
    Permalink

    Uğurlar yeni məşqçiyə. Yaxşı olmağın zaman göstərəcək- inşaallah əla olmalıdır, ona inanin. Şərhlərdə xeyirli sözlər yazın,allah da xoş sözlərimizi eşitsin X-Lənkəranımız haqda. Bəd ağızlar onsuzda hərnəyə quş qoyullar.. Şəxsi ambissiyalarinizi qoyun yerə..

    Reply
  • 15 Noyabr 2012 at 20:01
    Permalink

    AZIZ BAKIDA YASAYAN TALISLAR VA XAZAR-LENKERAN AZERKESLERI SABAH TEZE MESQCININ TEQDIM ETME MARASIMI OLAR KIM GALMAY ISDEYIRSE MASQCININ GALISINI GOZEL QEYD ETMEYE MENE ZENG ETSIN YIGISIB GEDEK XAZAR-LENKERAN AZERKESLERINE LAYIQ ONU QARSILAYAG MODERN OTELI VAR TAQDIM ETME ORDA OLACAG SAHAT 14-00 DA OLAR CALISAG BIRAZ TEZ GEDEK GALMAY ISTEYEN MANE ZENG VURSUN 051 968 67 00 ADMIN XAYIS EDIREM BU MESAJI HAR SAYIFAYA YAY

    Reply
  • 15 Noyabr 2012 at 19:24
    Permalink

    hansi nəticə 0-5 neftciyə və ya 1-4 kəpəzə məğlubiyyətinə görə tərifləyirsiz . mən və mənim bir sira dostlarim və məhz rednikin praqmatik qorxaq müdafiə futboluna görə hələ də xəzərin oyunlarina getmirik.
    xəzərdə işləmiş ən güclü məşqci ponamoryov və mircavadov olub rednik xəzəri belə günə salıb gedib ki xəzər hələdə özünə gələ bilmir . rednik bəlkədə yaxçı məşqçidir amma bizdə işləmək yaxşı yox gərək
    böyükaga kimi qurd və ya ramin musayevin dostu olasan . rednik əgər raminlə dost olarsa onda cempion olariq .
    ***
    Sizin şərhinizə belə bir münasibət bildirirəm: Özünə hörmət edən azarkeş, bir kişi kimi, özündə vicdan və qeyrət hiss edərsə futbol qurumunun rəhbəri ilə dost olan, min bir fırıldaqdan çıxan məşqçinin başçılıq etdiyi komandadan üz döndərər. Bəli futbol qurumunun rəhbəri ilə dost olan məşqçinin başçılıq etdiyi komandaya azarkeşlik etmək fahişəlik kimi bir şeydir. Bu səbəbdən də sözün əsl mənasında KİŞİlər futbol qurumlarının rəhbərləri ilə kişi kimi mübarizə aparan komandaya azarkeşlik edirlər. Yeri gəlmişkən futbol qurumlarının təzyiqlərinə və süni maneələrinə baxmayaraq Mirça Rednik “Xəzər Lənkəran”a kubok qazandıra bilmişdi. Rednik hansısa futbol qurumunun rəhbəri ilə dost olmadan fırıldaq etmədən buna nail olmuşdu. “Xəzər Lənkəran” kişi kimi vuruşaraq haqqını ala bilmişdi.

    Reply
    • 15 Noyabr 2012 at 20:47
      Permalink

      tamami ilə raziyam halal olsun amma məndə bir söz deyim fırıldaqçılıqla dolu bir liqada rednik kimi
      təmiz məşqci bacarmaz görünür siz mənim nə demək istədiyimi anlamamısız bizim cempionat da 1ci 2ci
      kubokun sahibi əvvəlcədən bəlli olur mənimlə razilaşirsiz ? ona görə bura güclü məçqci yox güclü
      (………………). gətirmək lazimdir . böyükaga yəni supermandi xəzərə 5-0 udur və ya rəşad vişıbaladi sillə
      vurur hakim kor olur. yuxaridaki sualima cavab verin zəhmət olmasa
      ***
      Çempionatda bir çox məsələlərin iyrənc formada aparılması göz önündədir.Çempionluğun və kubokun öncədən kimlərə veriləcəyinin bəlli olması barədə əlimdə hər hansı əsas və sübutum olmasa da bir çox məsələlərdən şübhələnmək üçün fikirlərim vardır. Bütün bunlarla yanaşı qeyd etməliyəm ki, iyrəncliklə qazanılan hər hansı çempionluq və kubok onsuz da həmin klubun adına ləkədən savayı heç nə gətirmir. Qoy elə bu iyrəncliyi qəbul edənlər bu yollarla çempion olub kuboka sahib çxısınlar və qoy “Xəzər Lənkəran” təmiz yolla mübarizə aparsın. Belədə “Xəzər Lənkəran”ın qazanacağı gümüş medal da şərəfli olar nəinki iyərnc formada qazanılmış hər hansı daha böyük digər bir uğur.

      Reply

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir