Babək Quliyev ”Xəzər Lənkəran”ın idman direktoru təyin olundu

BabekBu gün “Xəzər Lənkəran” sabiq FİFA referisi Babək Quliyevlə əməkdaşlığa başladı. Keçmiş hakim “Xəzər Lənkəran”ın idman direktoru vəzifəsinə gətirildi.

Babək Quliyev futbol həyatına 1983-cü ildə futbolçu olaraq başlamışdır. 2001-ci ildən etibarən hakimlik fəaliyyətinə start verən Quliyev 2002-ci ildən peşəkar keriyerasına FİFA referisi olaraq davam etmişdir. 2009-cu ilə qədər Azərbaycanı beynəlxalq arenalarda təmsil edən referi 2009-cu ildə hakimlikdən kənarlaşdırılmışdır. Bununla belə, Babək Quliyev futboldan uzaqlaşmamışdır. O, hal-hazırda bir sıra media orqanlarında futbol eksperti olaraq hakimliyin səviyyəsini şərh edir.

MƏNBƏ: lankaranfc.com

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir